reklam
Regionxeberlericom.az » Siyasət » Britaniya Rusiya ilə qarşıdurmaya qərar verib - Arktikada

reklam

Britaniya Rusiya ilə qarşıdurmaya qərar verib - Arktikada


Britaniyanın Krallıq hərbi-dəniz qüvvələri (HDQ) daim Qütb dairəsində iştirak edəcək ki, dəniz ticarət yollarına nəzarət üzrə Rusiyanın üstünlüyünə qarşı dura bilsin. Bu yollar buz örtüyü əridikcə naviqasiya üçün açılacaq.

Bu barədə «The Times» qəzeti hökumətdəki mənbələrə istinadla xəbər verir.

Nəşr göstərir ki, iqlimin dəyişməsi nəticəsində yaranan təhlükələr fonunda Rusiya qütb bölgəsi üzərində nəzarət yarada bilər. Bununla əlaqədar olaraq, yaxın aylarda NATO-nun Barents dənizindəki operativ qrupuna Britaniya freqatı daxil olacaq. Qəzet yazır ki, növbəti həftə müdafiə məsələləri, təhlükəsizlik və xarici siyasət üzrə çoxdan gözlənilən analitik hesabat dərc olunacaq.

««Qlobal Britaniya rəqabət dövründə» adlı sənəddə iqlimin dəyişməsi ilə yaranacaq təhlükə bütün dünyada sabitlik üçün dəqiq göstəriləcək» - məqalədə deyilir.

Bu sənədin müəlliflərindən biri də Müdafiə Nazirliyinin İqlim dəyişikliyi şəraitində syasət şöbəsinin başçısı general Riçard Nujdidir. Ona həm də arktik sular uğrunda mübahisənin kəskinləşməsi predmeti üzrə reaksiyanın analizi həvalə olunub.

Hesabatı müdafiə, təhlükəsizlik və xarici siyasət məsələlərinə soyuq müharibədən sonrakı dövrdə yenidən baxılmasının ən radikal variantı adlandırırlar.

«Böyük Britaniya Skandinaviya və Baltik bölgəsində bizim yaxın dostlarımıza dəstək vermək niyyətindədir - həm hərbi planda, həm də Rusiya tərəfindən yayılan dezinformasiya ilə mübarizədə. Belə problemlərin, iqlim dəyişikliyi və qütb bölgələrinin müdafiəsi kimi problemlərin qarşısında həmfikir ölkələrin birliyi çox vacibdir» - qəzet Xarici İşlər naziri Dominik Raabdan sitat gətirir.

London ehtiyat edir ki, Rusiya və Çin buzlar əridikcə Qütb dairəsində yaranacaq yeni dəniz yollarından öz maraqları üçün istifadə edə bilər. Bu zaman NATO Rusiya sərhədində açılan «dəniz şossesi»nə marağını gizlətmir. Bu yol Çindən Avropaya olan yolu demək olar, iki dəfə qısaldır.

«Dünyanın çiçəklənməsi ticarətdən asılıdır. Əgər ticarət yolları naviqasiya üçün açılırsa, biz əmin olmalıyıq ki, onlar açıq qalacaq və bir-iki ölkənin nəzarəti altında olmayacaq» - deyə, Britaniya hərbi-dəniz qüvvələrindəki (HDQ) mənbə bəyan edib.


Paylaş:


Müəllif : Tarix:
12-03-2021, 08:39
Sikayət   


loading...
Загрузка...