reklam
Regionxeberlericom.az » Siyasət » Zelenski Rusiya ilə danışıqlar aparmayacaq

reklam

Zelenski Rusiya ilə danışıqlar aparmayacaq


Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə danışıqların mümkünlüyünü təkzib edib.

Jurnalistlərin “Rusiya ilə danışıqlar olacaq” sualına Zelenski “yox” cavabını verib.

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Vladimir Putin Ukrayna prezidenti postuna keçən Zelenskini təbrik etməyəcək: “Prezident Putin Zelenskini Ukraynanın cənub-şərqindəki daxili münaqişənin nizama salınması, həmçinin Rusiya-Ukrayna əlaqələrinin normallaşması işindəki ilk uğurlarına görə təbrik edəcək”.

Hələ prezidentliyə namizəd olduğu dövrdə Zelenski bəyan etmişdi ki, Putinlə görüşəcəyi halda ondan Ukraynanın işğal edilən ərazilərinin qaytarılmasını və işğala görə kompensasiya tələb edəcək.



Paylaş:


Müəllif : Tarix:
23-05-2019, 21:33
Sikayət   


loading...
Загрузка...