Avropa Şurası aprelədək Bakıdan cavab gözləyir - qərəz, yoxsa...
Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycanla bağlı son addımı ölkəmizdə geniş müzakirələrə səbəb olub. Komitə bir sıra şəxslərə (Anar Məmmədli, İntiqam Əliyev, NİDA hərəkatının fəalları və sairə) qarşı “qanunsuz cinayət ittihamlarının hələ də qüvvədə qalmasına təəssüf edir”.
“Respublikaçı Alternativ” Partiyasının funksioneri Natiq Cəfərli də bu qrupa aid edilib. Bildirilir ki, onun işində cinayət təqibinə hələ istintaq mərhələsində xitam verilsə də, indiyədək əsassız olaraq yazılmış vergi borcu silinməyib. “Komitə qərardadında ərizəçilərə qarşı ittiham hökmlərinin ləğvini, onlardan məhkumluğun götürülməsini, onların mülki və siyasi hüquqlarının tam bərpasını tələb edir”, - deyə, sənəddə bildirilir.
Komitə Azərbaycan hakimiyyətini 2021-ci il aprelin 30-dan gec olmayaraq bütün ərizəçilər barəsində zəruri fərdi tədbirlərin təxirə salınmadan görülməsini təmin etməyə və komitəni məlumatlandırmağa çağırır.
Həmçinin sənəddə məhkəmə iclasları zamanı təqsirləndirilən şəxslərin metal qəfəslərə yerləşdirilməsi təcrübəsindən imtina tədbirləri haqqında hakimiyyətin verdiyi məlumat qeyd edilir.
Ekspertlər indiki şəraitdə komitənin bu cür sənədlə çıxış etməsini təsadüfi saymırlar. Burada Azərbaycana qarşı qərəz sezənlər də az deyil.
N.Cəfərli “Yeni Müsavat”a açıqlamasında adı keçən sənədi bu cür şərh etdi: “Əslində bundan öncə dəfələrlə Avropa Şurası Nazirlər Kabineti Azərbaycan tərəfə xəbərdarlıq göndərmişdi. Biz də bu yazışmalarda iştirak etmişdik. Siyasi motivli insanların hüquqlarının pozulması ilə bağlı hökumətə müraciətlər olundu. Avropa Şurası qarşısında Azərbaycan öhdəlik götürüb. Onun üçün də qərarların icrası məcburi xarakter daşıyır. Çox təəssüf ki, icra prosesi ləng gedir. Doğrudur, bəzi irəliləyişlər var. 18-ci maddə ilə qanun pozuntusu təsdiq olunan bir çox insanların hüquqları tam bərpa olundu. Bu o demək deyil ki, Azərbaycan hökuməti heç bir addım atmır. Məsələn, İlqar Məmmədov və Rəsul Cəfərovla bağlı bütün hüquqların bərpası ilə əlaqədar qərarlar verildi, məhkumluq da götürüldü. Mənim işimlə bağlı da bir çox məhdudiyyətlər götürülüb. 18-ci maddə mənim işimdə də keçir. Vaxtından əvvəl azadlığa buraxılmağım, cinayət işinə xitam verilməsi pozitiv addımlardır. Amma 2016-cı ildə qanunsuz həbs edildiyimdə orada çox gülməli bir maddə də var idi. Bu da vergidən yayınma ilə bağlı idi. Halbuki vergi borcumun olmadığı barədə əlimdə arayış var idi. Bunu istintaq orqanlarına təqdim etmişdik. 2016-cı ildə artıq VÖEN-im bağlanmışdı. Bu ola-ola mənə vergi borcu yazılmışdı. Həmin borc hələ də qalıb, yəni silinməyib. Dəfələrlə bununla bağlı müraciətləri aidiyyəti qurumlara etmişəm. Hətta məhkəməyə belə üz tutmuşam. Yeri gəlmişkən, yerli məhkəmə xeyrimə qərar çıxarıb. Apelyasiya Məhkəməsi Vergilər Nazirliyinin bu borcun mənbəyinin haradan yarandığı barədə izahat vermədiyi ilə əlaqədar qərar verdi. Bu da pozitiv bir gəlişmə idi. Amma təəssüf ki, vergi borcu ilə bağlı məsələ öz həllini tapmayıb. Nəticədə Nazirlər Komitəsi Azərbaycan hökumətinə müraciətini göndərib”.
İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı dedi ki, bu məsələni araşdıracaqlar: “Buna ehtiyac da var. Amma hər birimiz görürük ki, Azərbaycana yeni bir nəfəs gəlib. Qələbə qazanmışıq, Qarabağımızı almışıq. Avropa Şurasının indiki vaxtda belə bir qərar verməsini analiz etməyə gərək var. Düşünürəm ki, bu məsələ ilə bağlı biz də gərək öz sözümüzü deyək, fikrimizi bildirək. Bu məsələnin bərqərar olmasında səylərimizi gücləndirməliyik. Hesab edirəm ki, bunu İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun formatında edə bilərdik. Geniş məlumatlar toplayandan sonra hüquq müdafiəçiləri olaraq bu işlə də məşğul olacağıq. Əgər doğrudan da biz əmin-amanlıq, sabitlik olan bir cəmiyyət istəyiriksə, elə etməliyik ki, bütün faktlar öz yerini tapsın. Açığı, istəməzdim ki, Avropa Şurasını qərəzli mövqedə qiymətləndirim. Amma hər halda, bu problem varsa, mütləq çözülməlidir”.
Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev sənədə mövqeyini ifadə edərkən məhkumların dəmir barmaqlıqda yox, şüşəli yerlərdə yerləşdirilməsi haqqında məsələyə öncəliklə toxundu: “Məhbusun hansı formada saxlanılmasında olan əsas məsələ odur ki, insan ləyaqətinə xələl gəlməsin. Məkan seçəndə insan ləyaqətinin qorunub saxlanılması əsas götürülür. Burada onların təhlükəsizliyi ilə bağlı da məsələyə diqqət ayrılır. Amma hər gün texnologiya dəyişir, yeniliklər baş verir. Qəfəslə bağlı məsələyə gəlincə, deyim ki, burada xüsusi bir problem yoxdur. Onun üçün də problem yaratmağa ehtiyac da yoxdur. İndiki şəraitdə Azərbaycanın həmin dəmir qəfəsləri əvəzləməyə imkanları çatır. Amma bunun insan hüquq və azadlıqlarının pozulmasına görə olduğunu demək doğru deyil. Məhbusun dəmir və ya şüşə qəfəsdə saxlanılması zamanla ola bilən məsələdir. Bunun Nazirlər Komitəsinin qərarında göstərilməsi bir az düşündürücüdür. Saxlanılan şəxslərlə bağlı bu hansı problemləri yaradır? Bu sual ətrafında düşünmək lazımdır. Şərəf və ləyaqətə toxunma kimi hallar varsa, desinlər, biz də bilək ki, əsas kimi nələri götürüblər. Bu məsələlərə sırf texniki məsələlər kimi yanaşmaq lazımdır. İradlar səsləndirmək, sadəcə, anlaşılmazlıq yaradır. Burada müəyyən qədər subyektivlik görünür. Avropa Şurasının qərarlarını icra etmək Azərbaycanın üzərinə götürdüyü öhdəliklərdən biridir. Bu qərarların icrası prosesi də gedir. Ola bilsin ki, texniki və digər məsələlərlə bağlı müəyyən gecikmələr olsun. Məsələn, İlqar Məmmədov və Rəsul Cəfərovla bağlı qərarlar icra olundu. Ölkəmizə qarşı Avropa Məhkəməsinin çox qərarları olub və onların icrası istiqamətində hər zaman müvafiq addımlar atılıb. Azərbaycan daim beynəlxalq öhdəliklərinə sadiqliyini nümayiş etdirib. Təəssüf ki, ölkəmizə qarşı münasibətlərində bəzi beynəlxalq təşkilatlar öhdəliklərinə əməl etmirlər. Dövlətlər var ki, illərdir beynəlxalq təşkilatların qərarlarını icra etmirlər. Məsələn, BMT-nin qətnamələri var idi, icra olunurdu? 27 ildən sonra Azərbaycan Ordusu Ali Baş Komandanımızın rəhbərliyi altında həmin qərarları icra etdi. Avropa Şurasının özünün belə bir sıra qərarları var ki, ayrı-ayrı dövlətlər icra etmirlər. Düşünürəm ki, istənilən halda bizim qurumlar da müxtəlif bəhanələr verməməlidirlər. İkili standartlar ölkəmizə qarşı hər zaman davam edəcək”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:17-03-2021, 10:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-03-2021, 10:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Dünən, 11:52