"Ukrayna üçün Krımı geri qaytarmaq çətin olacaq, amma..." - Elxan Şahinoğlu
Martın 16-da Krımın Rusiya tərəfindən işğalının rəsmiləşdirilməsindən 7 il keçir. Kreml 2013-2014-cü illərin əvvəllərində Kiyevdəki hakimiyyət-müxalifət qarşıdurmasından istifadə edərək Krıma hərbçilərini göndərdi, sonra isə “referendum” keçirib yarımadanı rəsmən ilhaq etdi.
Həmin dövrün hadisələri və perspektivi şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, həmin vaxt Ukrayna işğalın qarşısını almaq üçün heç nə edə bilmədi, Krım uğrunda döyüşə bilmədi.
Çünki ruspərəst prezident Viktor Yanukoviçin ölkədən qaçmasıyla kağız üzərində olan ordu da dağıldı.
"Bəlkə də Ukrayna yaşadığı xaosa rəğmən, Krım uğrunda əlindəki imkanlar daxilində döyüşsə və müqavimət göstərsəydi, Rusiya yarımadanı asanlıqla ram etməzdi. Ancaq onda da Kreml sahibi Ukraynanın ikiyə parçalamağı əmr edər və “Novorossiya” - Donetsk və Luqanskla yanaşı, Maripol, Dnepr, Odessa, Nikolayev, Xerson, Xarkov şəhərlərinin ələ keçirilməsi planını işə salardı",-deyə politoloq vurğulayıb.
E. Şahinoğlu daha sonra qeyd edib ki, Ukraynada bir-birini dəyişən hakimiyyətlərin başqa bir səhvi Krım tatarlarına güvənərək 1990-ci illərin başından Krımda onların sayının artırılmasına yaratdığı maneələrdir: "Mənə Kiyevdə rəsmilərdən biri etiraf etmişdi ki, onlar Krımda nə vaxtsa separatçılığa məhz tatarların başlayacağını zənn edirmişlər. Tam əksi oldu, tatarlar Kırmda Ukraynanın bütövlüyünə və bayrağına sadiq qaldılar, yarımadadkı ruslar isə Moskvaya sığındılar. Kiyevdəki siyasətçilər yanıldıqlarını Krımın ilhaqından sonra anladılar, ancaq artıq gec idi. Əlbəttə, Krım tatarlarının lideri Mustafa Cəmiloğlu ukraynalı siyasətçilər tərəfindən hörmət edilən şəxsdir, hər prezident onu yanında görmək istəyir, ancaq Mustafa bəyin məsləhətlərini daha əvvəl eşitmək lazım idi. Mustafa bəylə Kiyevdə bu mövzuda çox söhbətlərimiz olub, o vaxtına atılmalı olan addımların gecikdirildiyini deyirdi".
Politoloq hesab edir ki, Ukrayna üçün Krımı geri qaytarmaq çətin olacaq. Onun sözlərinə görə, Rusiyada prezident vaxtsa dəyişsə, hətta Navalnı kimi siyasətçinin Kreml sahibi olacağını ehtimal etsək belə, şimal qonşumuzun Krıımı Ukraynaya qaytaracağını zənn etmək çətindir.
"Buna baxmayaraq, Kiyev müqavimət göstərir və Donbasla yanaşı Krımı da unutmadığını göstərir. Misal üçün Ukrayna xarici işlər naziri Dmitri Kuleba ölkə-ölkə gəzərək dünya liderlərini avqust ayında Kiyevdə keçiriləcək “Krım platforması”na dəvət etmək istəyir.
ABŞ, Türkiyə və Avropa dövlətlərin toplantıda iştirak edəcəklərini bəyan ediblər. Əlbəttə, bu təşəbbüs Krımın ilhaqına son qoymayacaq, ancaq ən azı dünyanın diqqətini yarımadaya yönəldəcək, Qərbin Rusiyaya qarşı sanskiyalarını sərtləşdirəcək. Kiyevdə ümid edirlər ki, nə vaxtsa Rusiya zəiflməyə və bu ölkədə mərkəzdənqaçma proseslər başlasa Krımı geri qaytarmaq mümkün olacaq"- deyə, politoloq vurğulayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-03-2021, 13:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:17-03-2021, 13:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39