Minaların xəritələrini verin, diversantlarınızı geri alın! - GƏLİŞMƏ
Hərbi əməliyyatlar dayanandan bəri 5-ci aydır ki, Ermənistan bütün əsirlərinin qaytarılmasını istəyir, Azərbaycan isə ondan qovulduğu torpaqlarda minaladığı ərazilərin xəritəsini tələb edir. Bu müddət ərzində Yerevan 58 əsirini geri alıb, eyni zamanda Azərbaycanın minaya düşərək həyatını itirmiş və ya şikəst olmuş vətəndaşlarının sayı artıq yüzə yaxınlaşır.
Hərbi əsirlər, yoxsa diversantlar?
Avropa İnsan Haqları Məhkəməsi yanında Ermənistan nümayəndəliyi bildirir ki, Azərbaycan ölkədə 112 hərbi əsir saxladığını inkar edir.
SputnikArmenia-nın məlumatına görə, Ermənistanın beynəlxalq təşkilatlara təqdim etdiyi əsir siyahısındakı 249 nəfərdən 58-i artıq Yerevandadır, 7 nəfərin sağ olmadığı aşkarlanıb. Azərbaycan noyabrın 10-dan sonra ölkə sərhədlərini pozmuş və burada silahlı təxribatlar törətmiş 72 ermənini hərbi əsir deyil, diversant sayır, yerdə qalan 112 nəfərin isə onun ələ keçirdiyi şəxslər arasında olmadığını bildirir.
Ermənistan hər yana şikayət edir, hər gün bəyanatlar verir, bütün diasporunun gücünü xaricdə piketlər təşkil etməyə yönəldir, ən azı həmin 72 nəfərini geri istəyir. Bir çox dövlətlər və beynəlxalq təşkilatlar da Azərbaycanın dəlillərinə əhəmiyyət vermədən eyni tələblə Bakıya təzyiq göstərir.
Minaların axtarışı xəritəsiz uzun illər çəkəcək!
Bugünədək Qarabağda 27 dinc sakin, bundan iki dəfədən çox hərbçi minaya düşüb. İnsanlar (xüsusilə məcburi köçkünlər) doğma yerləri görməyə, yurdlarına qayıtmağa tələsirlər, hökumətin icazə verilənədək gözləmək barədə xəbərdarlığına məhəl qoymurlar. Onların əksəriyyəti postlarda saxlanılıb, geri qaytarılır, amma on min kvadrat kilometrlik bir ərazidə yeddi rayona gedən bütün cığırları nəzarətdə saxlamaq mümkün deyil. Qarşıdan isti ayların gəldiyini nəzərə alsaq, belə bədbəxt hadisələrin artacağını ehtimal edə bilərik. Əgər fevralın 9-da Baş Prokurorluq üç ayda 17 mülki şəxsin minaya düşdüyünü bildirirdisə, növbəti bir ayda onların sayının 27 nəfərə qalxması buna sübutdur.
Ermənistan hökuməti Azərbaycanın minalanmış ərazilərin xəritəsini vermək tələbinə reaksiya göstərmir. Qarşı tərəfin mediasında çox vaxt bu tələbə istehza ilə yanaşılır, sosial şəbəkələrin erməni seqmentində isə Azərbaycanda hər minaya düşmə xəbəri ruh yüksəkliyi doğurur.
Təəssüf ki, “hərbi əsirlər” məsələsində canfəşanlıq edən beynəlxalq aləm bu məsələdə olduqca təmkinli davranır. Halbuki, Konkret Silah Növlərinin Tətbiqinin Qadağan Olunması və ya Məhdudlaşdırılması barədə BMT Konvensiyasının II Protokolunda (1996-cı il düzəlişləri ilə) təsbit olunur ki, minalanmış sahələrə aid bütün məlumatlar qeydə alınır və hərbi əməliyyatlar bitəndən sonra münaqişədə qarşı tərəfə təqdim edilir. Göstərilir ki, həmin qayda münaqişə zamanı üzərində nəzarət itirilmiş ərazilərə də aiddir (maddə 9). Konvensiyanın pozulması hərbi cinayət hesab olunur.
Ehtimal ki, Rusiya sülhməramlıları özlərinin məsuliyyət dairələrinə düşən ərazilərin mina xəritələrini almaq qayğısına vaxtında qalıblar və buna görə orada minatəmizləmə işləri daha sürətlə və az itki ilə gedir. Ancaq bilavasitə Azərbaycanın nəzarətinə qayıtmış ərazilər üçün eyni xəritələrin tələb olunması, nədənsə, Rusiyanın nəzərində “sülhməramlılıq missiyası” sayılmır.
Heç bir cinayət cəzasız qalmamalıdır. Amma siyasətin alver meydanına çevrildiyi dünyada bəzən iki ziyandan azını seçmək lazım gəlir.
Məncə, 10 noyabr tarixindən sonra yaxalanmış diversantların qaytarılması məsələsinə yalnız qarşı tərəf minaladığı ərazilərin xəritələrini verəcəyi halda baxıla biləcəyini elan etmək işə fayda gətirər. Bu, gələcəkdə əhəmiyyətli itkilərin qarşısını almaq, azad olunmuş ərazilərin bərpasını və köçkünlərin oraya qaytarılmasını sürətləndirmək üçün atılmış addım ola bilər.
Belə bağlılıq minalar probleminin beynəlxalq gündəmə çıxarılmasına kömək göstərəcək. Ermənistanın təqdimatı ilə Avropada “hərbi əsirlər” adlandırılan diversantların problemini qabardan diplomatlar minalar barədə məsələni də paralel müzakirə etməli olacaqlar. Onlara ya bu iki məsələni birgə çözmək, ya da BMT-nin daha bir toplantısını çağırıb, adı çəkilən Konvensiyanı ermənilərin xatirinə dəyişmək qalacaq. //AYNA.AZ//
Paylaş:
Müəllif : Yazar
Tarix:19-03-2021, 08:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-03-2021, 08:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25