“PUTİN TƏHQİR EDİLİB VƏ BUNUN İNTİQAMINI ALMAQ İSTƏYİR” – “Rusiyaya əsas zərbələr bu istiqamətlərdə vurulacaq...”
Sülhəddin Əkbər: "ABŞ-ın 2030-cu ilə qədər Rusiyada rejim məsələni həll etmək niyyəti var, bunun da ən kritik dövrü..."
“ABŞ-ın əsas hədəfi Rusiyadır, amma Moskvanın “yaxın xaric” adlandırdığı postsovet məkanı da bura daxildir”
ABŞ Prezidenti Co Baydenin rusiyalı həmkarı haqqında sərt sözləri və buna Kremlin reaksiyası iki ölkə arasında münasibətlərin kəskinləşəcəyindən xəbər verir. Bunun hansı nəticələr yaradacağını isə indidən demək mümkünsüz görünür. Digər tərəfdən, ABŞ və Çin rəsmilərinin Alyaskada keçirdikləri görüş uğursuzluğa düçar oldu və tərəflər bir-birini ittiham etməyə başladı. Beləcə, dünyanın üç ən güclü ölkəsi arasında yaşanan gərginliyin nə ilə bitəcəyi diqqətlə izlənilir.
“AzPolitika.info” bu mövzu ətrafında Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbərlə söhbətləşib.
- Sülhəddin bəy, ABŞ Prezidenti Con Baydenin Rusiya lideri Vladimir Putini “qatil” adlandırmasından sonra Vaşinqtonla Moskva arasında münasibətlər son zamanların ən gərgin dövrünə qədəm qoydu. Bir çox mütəxəssislər əvvəlcədən Bayden dövründə ABŞ-Rusiya münasibətlərinin gərgin olacağını proqnoz edirdi. Artıq bu gərginlik başlayıb. Sizcə, bundan sonrakı gözləntilər nədən ibarətdir?
- Qeyd edim ki, münasibətlərin belə tezliklə gərginləşməsi bir qədər gözlənilməz oldu. Əlbəttə, ABŞ Rusiyanı özü üçün başlıca təhdid hesab edir. Sadəcə olaraq biz, üzü payıza doğru münasibətlərin gərginləşəcəyini, Rusiyaya qarşı ciddi təzyiqlərin başlayacağını gözləyirdik. Bu da təsadüfi deyildi. Çünki payızda Rusiya Dumasına seçkilər gözlənilir, daxili siyasətdə fəallaşma müşahidə olunacaq. Eyni zamanda, uzun illər sanksiya altında qalan Rusiyanın iqtisadiyyatında olan geriləmələr sosial durumu çətinləşdirib və insanlar arasında narazılıq kifayət qədər yüksəkdir. Amma bizim gözləntimizin əksinə olaraq, münasibətlərin korlanması üçün payızı gözləmək lazım gəlmədi.
Əlbəttə, Rusiyaya mümkün qədər “şərait” yaradılıb ki, dünyada hərbi-siyasi təsirini genişləndirsin, onun imkan və resursları bu proseslərə sərf edilsin, tükənsin. Çünki Rusiyanın təsir və nüfuzu dünyada nə qədər genişlənirsə, resursları da o qədər sürətlə tükənir. Yəni şərait yaradılıb ki, Rusiyanın xərcləri artsın. Əlbəttə, pandemiya da bir tərəfdən bu prosesi sürətləndirib. Covid-19, işsizliyin artması, sosial-iqtisadi həyatın ağırlaşması fonunda Rusiyanın xarici hərbi siyasətlə bağlı xərcləri də artıb.
İkinci xətt isə Rusiyanın gəlirlərinin azaldılması strategiyasıdır. Rusiyanın əsas gəlirləri neft və qazdan, eləcə də silah ixracatından, metal satışındandır. Mənim qənaətimcə, bundan sonra əsas zərbələr bu istiqamətə vurulacaq. Yəni neft-qaz sektoruna, silah ixracatına və metallurgiya sahəsinə. Həmçinin, siyasi təzyiqi artırmaq üçün Putinin yaxın ətrafına, yəni hakimiyyət hesabına varlananlara, Putinin aktivlərini idarə edənlərə sanksiyalar tətbiq oluna bilər.
- Ancaq ötən gün rəsmi Moskva Baydenin “qatil” ittihamına sərt reaksiya verdi. Kremlin sözçüsü Peskov bəyan etdi ki, əməkdaşlığa tərəfdardırlar, amma Vaşinqton sərt xətt seçirsə, Moskva buna hazırdır...
- Peskov bundan başqa nə deyə bilər ki? Əslində, adam əməkdaşlığa hazır olduqlarını deyir, bildirir ki, şərtlərinizi deyin. Mən onun açıqlamasında sətiraltı ifadəni belə oxuyuram ki, sizi dinləməyə hazırıq, şərtlərinizi deyin. Bu baxımdan ola bilsin ki, kəşfiyyat və gizli diplomatik kanallarla Moskvayla danışıqlar davam edəcək.
Hazırda baş verənlər o demək deyil ki, Rusiya ilə ABŞ arasında bütün diplomatik kanallar bağlanacaq. Xeyr, sadəcə bu təmasların səviyyəsi enəcək, amma kanallar açıq olacaq. Hətta Soyuq müharibə dövründə belə diplomatik kanallar açıq tutulurdu. Həm açıq kanallar, həm də gizli kanallar vasitəsilə kontaktlar olacaq. Əlbəttə, yüksək səviyyəli təmasların minimuma enməsi gözləniləndir, amma ümumən təmaslar davam edəcək.
- Prezident Putin Baydenə təklif etdi ki, canlı debata çıxsınlar və müzakirəni dünyanın gözü qarşısında aparsınlar. Sizcə, bununla Rusiya dövləti nəyə nail olmaq və nəyi sübut etmək istəyir?
- Bunu belə oxumaq lazımdır ki, özünü sağlam hiss edən Putin xəstə hesab etdiyi Baydeni dünyanın gözü qarşısında duelə çağırır. Çünki Putin hesab edir ki, təhqir edilib və dünyanın gözü qarşısında bunun intiqamını almaq istəyir. Əlbəttə ki, bu, uşaq gedişidir.
- Bəs, bu qarşıdurmanın fonunda Rusiyada vəziyyətin gərginləşməsi gözləniləndirmi?
- Əgər xatırlayırsınızsa, mən əvvəldən deyirdim ki, əgər strateji planlarda kəskin dəyişiklik olmayacaqsa, Rusiya məsələsi 2021-ci ilin əsas gündəmi olacaq. ABŞ-ın öz mövqeyini açıb ortaya qoyması, Rusiyanı milli təhlükəsizliyə başlıca təhdid hesab etməsi, o cümlədən Böyük Britaniyanın strateji sənədinin mətbuata sızması, bu sənəddə başlıca təhdid kimi Rusiyanın, strateji rəqib kimi Çinin göstərilməsi təsadüfi deyil. Yəni, Rusiya strateji planda təhdid, Çin isə rəqibdir. Bu, o deməkdir ki, ABŞ və Böyük Britaniya gizli razılaşma əldə ediblər və birlikdə hərəkət edirlər. Başqa sözlə, anqlosakson birliyi - ABŞ, Böyük Britaniya, Kanada, Yeni Zellandiya, yəni “beş göz” ölkələri Rusiyanı hədəf taxtasına qoyublar. Və bu məsələ getdikcə bir nömrəli məsələ kimi önə çıxacaq.
- Burada məqsəd nədir? Rusiyanı demokratikləşdirmək, Putin hakimiyyətini zəiflətmək, yoxsa Moskvanın “ipə-sapa yatmasına” nail olmaq?
- Mənim əlimdə sözsüz ki, xüsusi qiymətli kəşfiyyat məlumatları yoxdur. Yalnız açıq qaynaqlar əsasında ehtimallarımı səsləndirə bilərəm. Görünən odur ki, əsas məsələ Rusiyada rejimi dəyişməkdir. Eləcə də 2030-cu ilə qədər Çinin qlobal liderlik niyyətinin, hədəfinin qarşısını almaqdır. Fikrimcə, 2030-cu ilə qədər Rusiyada rejim məsələni həll etmək niyyəti var. Bunun da ən kritik dövrü 2021-2023-cü illərdə, yəni Baydenin hakimiyyətinin sürəcəyi 4 il ərzində olacaq. Ona görə də, ilk üç ili kritik hesab edirəm. Çünki 2030-cu ilə qədər Rusiyada rejim dəyişilməlidir və bu, həm də postsovet regionunda rejimlərin dəyişməsi, demokratik dünyanın genişlənməsi deməkdir. Qeyd edim ki, 1991-ci ildən ABŞ-ın “Dinc, bölünməz demokratik Avropa” ideyası var. Genişləndirilmiş yeni Avropa dedikdə isə bütün postsovet məkanı da nəzərdə tutulur. Beləcə, ortada yeni Avropa təhlükəsizlik sistemini qurmaq və 2030-cu ildə Çin təhdidini qarşılamağa hazır olmaq məqsədi var.
- ABŞ və Çinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə yüksək çinli şəxslərinin Alyaskada keçirdikləri görüş uğursuzluqla nətiəcələndi, tərəflər bir-birini ittiham etdilər. Sizcə, bu, hansı qlobal prosesləri tətikləyə bilər?
- Təbii ki, bu gərginlik davam edəcək. Bunlar böyük və qlobal iddiası olan ölkələrdir. Mən Rusiya və Çini nəzərdə tuturam. Onların kəşfiyyatları da nələrin baş verdiyini, hədəfin nə olduğunu bilirlər. Peşəkar bilir ki, məsələn, ABŞ Rusiyanı milli təhlükəsiziyinə başlıca təhdid hesab edirsə, deməli, əsas hədəf taxtasına Rusiya qoyulub. Əgər Çin əsas strateji rəqib kimi elan olunursa, deməli növbəti hədəfin Çin olacağı bəllidir. Odur ki, bunların hər biri müqavimət göstərməyə hazırlaşır. Yəni, onlar oturub gözləmirlər. Müttəfiqlər arayışına çıxırlar, müdafiə və təhlükəsizlik sistemlərini gücləndirməyə çalışırlar, əlavə tədbirlər haqqında düşünürlər və s.
Yeri gəlmişkən, ABŞ və Qərb Çinə qarşı yalnız bir istiqamətdə strateji plan qurmur. Bizi ən çox maraqlandırdığına görə, prosesə Avroatlantik istiqamətdən yanaşırıq. Ancaq bunun Hind və Sakit okeanlar istiqaməti də var. İndi onu genişləndiriblər...
- Hətta Hindistan-Sakit okean regionunda Çinə qarşı “Dördlük” də yaradılıb...
- Bəli, 2004-cü ildə “Dördlük” strateji dialoqu başlamışdı. 2017-ci ildə bu yeniləndi. İndisə təhlükəsizlik aspekti ön plana çıxarılıb. Burada da ABŞ, Hindistan, Yaponiya və Avstraliya təmsil olunur.
- ABŞ-ın eyni anda Çin və Rusiyanın üzərinə getməsi düşündürücüdür. Bəzi ekspertlər hesab edirdilər ki, ABŞ Çini Rusiyadan qoparmaq üçün Pekinlə yumşaq siyasət quracaq. Amma bunun əksini görürük. Vaşinqton eyni anda iki nəhəng dövlətlə bacara bilərmi?
- İkisinin də üzərinə gediləcək, sadəcə bu prosesdə öncəliklər fərqli olacaq. Rusiya ilə bağlı müdafiə, təhlükəsizlik və kəşfiyyat istiqamətləri ön planda olacaq. Təbii ki, iqtisadiyyat da unudulmur. Sadəcə, Rusiyaya qarşı strategiya hazırlanarkən burada kəşfiyyat, təhlükəsizlik və müdafiə məsələləri ön plana çıxır, çünki Rusiya bu sahədə başlıca təhdiddir. Başqa sözlə, Rusiya iqtisadi təhdid deyil. Bununla yanaşı, iqtisadiyyat çökdürülməlidir ki, kəşfiyyat, təhlükəsizlik və müdafiə sahəsində onu yerində oturtmaq mümkün olsun.
Çinlə bağlı strategiya isə tam tərsinədir. Burada iqtisadiyyat, Çinin qlobal iqtisadi layihələri ön plandadır. Məsələn, “Bir kəmər bir yol” layihəsi. Pekin 70-dən çox ölkəni bu layihə ətrafında birləşdirib.
Bir sözlə, hər iki ölkəyə təzyiqlər ediləcək. Sadəcə. istiqamətlər və təzyiq müstəviləri fərqli olacaq.
- Demək istəyirsiniz ki, həm qlobal siyasi qarşıdurma, həm də ticarət müharibələri davam edəcək?
- Bəli, şübhəsiz belədir. Düzdür, Çin eyni zamanda hərbi cəhətdən böyüyür. Amma onun hərbi böyüməsinin arxasında iqtisadi böyümə durur. Başqa sözlə, Çin iqtisadi baxımdan böyüməsə, onun maliyyə potensialı yaranmasa, texnoloji cəhətdən də böyüməyəcək. Çünki texnoloji baxımdan böyüməsi üçün böyük maliyyə yatırımları olmalıdır. Qabaqcıl texnoloji inkişaf olmasa hərbi-sənaye kompleksi inkişaf etməyəcək. Bunların hamısı bir-birilə bağlı məsələlərdir.
Çinlə bağlı ona görə iqtisadi istiqamətə əhəmiyyət verirlər ki, onun iqtisadiyyatı, maliyyə imkanları zəiflədilsin, nəticədə yeni texnologiyalara planlaşdırdığı kimi yatırımlar edə bilməsin və üstəlik hərbi xərcləri indiki sürətlə artıra bilməsin. Həm də hərbi genişlənmə sürətli olmasın. Bir sözlə, iqtisadi böyümənin qarşısı alınmalıdır ki, hərbi böyümənin qarşısı kəsilsin. Rusiya məsələsində isə əksinədir, bu ölkə hərbi və kəşfiyyat gücünə görə təhdid yaradır.
- Putin hakimiyyətə gələn vaxtdan başlayaraq, Qərb Rusiyanı cilovlamaq istəyir. Bunun üçün aradan keçən 20 il yetərli olmadı?...
- Nəzərə almaq lazımdır ki, dünyada yeni nizam quruculuğu və geopolitik qarşıdurma Ukrayna böhranından sonra həlledici mərhələyə daxil olub. Əslində, hadisələr daha tez başlaya bilərdi. Amma Avropanın birləşərək Barak Obamanı hakimiyyətə gətirməsi, əvəzində Rusiyanın dəstəyi ilə Donald Trampın iqtidara gətirilməsi, eləcə də bütün güclərin birləşərək Amerikanın dərin dövlətini ikiyə bölməsi bu prosesləri bir qədər gecikdirdi. İndi anqlosaksonlar hakimiyyətlərini bərpa ediblər, artıq onlar strateji planlarına qayıdırlar. Biz indi bunun şahidi oluruq.
- Bu qlobal qarşıdurma ayrı-ayrı regionlara hansı təsirlər göstərəcək?
- Mübarizə əsasən iki istiqamətdə gedir. Bunun biri Avroatlantik istiqamət olacaq ki, bunun da birbaşa bizə aidiyyatı var. Burada söhbət postsovet məkanından gedir. Başlıca hədəf Rusiyadır, amma Rusiyanın “yaxın xaric” adlandırdığı postsovet məkanı da bura daxildir. İkinci istiqamət Hind-Sakit okean regionudur. Orada isə başlıca hədəf Çindir.
İlk olaraq ABŞ köhnə müttəfiqləri olan Avropa Birliyi və NATO ilə münasibətləri, eləcə də NATO-dan kənarda olan 16 strateji tərəfdaşı, “Beş göz” ölkələri ilə münasibətlərini bərpa edəcək. Bundan sonra proseslərin daha sürətlə getməsinə şahidlik edəcəyik.
Eyni zamanda, İranla barışıq əldə etməyə çalışılacaq. Başlıca məqsəd Tehranı Pekin və Moskvadan uzaqlaşdırmaqdır. Rusiyaya güclü təzyiq ediləcək. Çin isə 2030-cu ilə qədər vaxt udmaq üçün Rusiyanın ondan önə keçərək hədəf olmasına etiraz etməyəcək. Bu halda Çin Rusiyadan məsafəli davranmağa məcbur olacaq. Əks təqdirdə, Çinin özü də vaxtından əvvəl ABŞ və müttəfiqləri ilə münaqişəyə cəlb ediləcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-03-2021, 10:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:22-03-2021, 10:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08