Donbasda müharibə: Ukraynanın 5 hərbçisi həlak oldu - Şuşa qədər mühüm Şumı...
2018-ci ildə Kiyevin nəzarətinə qaytardığı bu mövqe verilirsə, müharibədə Ukraynanın yaxın şəhərləri ciddi təhlükə altına düşə bilər; Leonid Kravçuk: “Biz bilməliyik ki, Rusiya öz “fəlsəfəsində” qalır – Ukraynanı məhv etmək…”
RegionXəbərləri.com xəbər verir ki, Donbasda atəşkəs razılaşmasına baxmayaraq, mövqe döyüşləri davam edir. Bu gün separatçı qüvvələrin atdığı mərmi nəticəsində Ukrayna Birləşmiş Ordusunun 5 hərbçisi həlak olub, iki nəfər isə ağır yaralanıb. Məlumatı Ukrayna Birləşmiş Ordu Qərargahından təsdiq ediblər.
Hərbçilər Donetsk bölgəsinin Şumı kəndi yaxınlığında minaatanlardan atəşə tutulması nəticəsində həlak olublar. Separatçılar Minsk razılaşmaları ilə qadağan olunmuş ağır pulemyotlardan, 82 mm minaatanlardan və avtomatik qumbaraatanlardan atəş açıblar.
Ekspertlərin fikrincə, separatçıların bu strateji yeri hədəf almaları təsadüfi deyil. Ukrayna ordusu burada mövqelərini ciddi şəkildə möhkəmləndirdikdən sonra Rusiyanın dəstək verdiyi separatçılar buradakı hərbi birliklərin hazırlığını yoxlamaq üçün son günlər müntəzəm atəşə tuturlar. Bildirilir ki, bura hər iki tərəf üçün mühüm məntəqədir. Müharibə başlayarsa, Rusiya öncə buranı tutmağı hədəfləyir və bu, ehtimal yüksəkdir. 2018-ci ildə Kiyevin nəzarətinə qaytardığı bu mövqe verilirsə, Ukraynanın yaxın şəhərləri ciddi təhlükə altına düşə bilər (Azərbaycanın strateji Şuşa şəhəri yada düşür-red).
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb ki, Rusiya ərazisindən Donbasa gizli şəkildə hərbçilərin keçməsi məlum olub. Rusiya hərbçiləri xüsusən də Ukrayna ilə sərhəd bölgələrdə separatçıların əməliyyat və döyüş hazırlığını yoxlayırlar. Eyni zamanda, “təlimlər” adı altında qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Resublikası”nın birinci və ikinci ordu korpusunu möhkəmləndirilir.
Üçtərəfli Minsk danışıqlarında Ukrayna nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk Şumı bölgəsindəki vəziyyətin pisləşməsindən sonra “Rusiyanın hücumuna hazır olmaq lazımdır” deyib. “Ukrayna hər dəqiqə Rusiyaya cavab verməyə hazır olmalıdır. Biz bilməliyik ki, Rusiya dayanmayacaq. Çünki Rusiya öz “fəlsəfəsində” qalır – Ukraynanı məhv etmək … Ukrayna dövlət olaraq mövcud olmamalıdır – bu Rusiya dövlət başçısı Vladimir Putinin mövqeyidir ”deyə, Kravçuk bildirib.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov “Radio NV”yə müsahibəsində deyib ki, Ukrayna ordusuna qarşı duran tankları dizellə Ali Radanın rusiyayönümlü deputatı, biznesmen Viktor Medvedçukun həyat yoldaşı Oksana Marçenkoya məxsus zavod təmin edir. O deyib ki, həmin zavod Rusiyanın nəzarətində olan Ukrayna sərhədindən yerləşir.
Ekspertlərin iddiasına görə, “DXR” və “LXR”in milis birləşmələri əsasında yaradılan iki ordu korpusu var. İki ordu korpusu yeddi motoatıcı briqadadan, doqquz ayrı-ayrı ərazi-müdafiə taborundan və üç ayrı alaydan ibarətdir.Hər korpusda iki ayrı tank taboru və bir topçu briqadası var. Bu qüvvələrdən əlavə olaraq, “DXR” və “LXR”in ayrıca xüsusi təyinatlı taborları da fəaliyyət göstərir. “DXR” qoşunları təxminən 20 min nəfərdir. Luqansk separatçılarının canlı qüvvəsi isə 15 min nəfərdir. İki separatçı “respublikada” tankların ümumi sayı 340-dır. “DXR”-in 1-ci korpusunda 100 özüyeriyən artilleriya qurğusu (ACS), 80 reaktiv-raket sistemləri(MLRS) və 155 yedəkli atıcı artilleriya var. “LXR”in ikinci korpusunda isə 70 özüyeriyən artilleriya qurğusu, 70 reaktiv-raket sistemi, 100 qobubitsa və top var.
Yüngül zirehli texnika və digər silahların sayını da nəzərə alaraq ekspertlər deyir ki, separatçılar Ukrayna qoşunlarının hücumlarının qarşısını bir müddət saxlaya bilər.(musavat.com)
Paylaş:
Müəllif : Fuad
Tarix:26-03-2021, 22:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:26-03-2021, 22:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09