Paşinyan gedərsə, onun yerinə kim gələ bilər? – Mümkün variantlar...
Ermənistan növbədənkənar parlament seçkisinə hazırlaşır. Baş nazir Nikol Paşinyan müxalif parlament fraksiyaları və ölkə Prezidenti Armen Sarkisyanla danışıqlardan sonra erkən parlament seçkilərinin iyunun 20-də keçiriləcəyini bəyan edib.
Bu fakt Paşinyanın əleyhdarlarına onu Konstitusiyaya zidd hərəkət etməkdə günahlandırmaq üçün əsas verib. Erkən seçkilərin keçirilməsinin tarixi parlamentdə qəbul olunduqdan sonra, ölkə prezidenti tərəfindən təsdiqlənməli və elan olunmalıdır.
Ermənistan Konstitusiyasına görə, məhz parlament seçkilərində qalib gələn qüvvə Baş nazir postuna namizədini təklif edir və Nazirlər Kabinetinin tərkibini müəyyənləşdirir.
Mərkəzi Seçki Komissiyası rəsmən seçki gününü elan etməsə də, görünür, elə 20 iyunu da təsdiqləyəcək, Yerevan müxbirimiz Aleksey Manvelyan xəbər verir. O deyir ki, siyasi qüvvələr artıq seçkilərə hazırlıq kampaniyasına başlayıblar.
Hakim Vətəndaş Müqaviləsi partiyası (parlamentdə onu "Mənim addımım" fraksiyası təmsil edir), oliqarx Qaqik Tsarukyanın Firavan Ermənistan və Edmon Marukyanın rəhbərlik etdiyi Zəkalı Ermənistan və keçmiş Milli Təhlükəsizlik Xidməti rəisi Artur Vanetsyanın təsis etdiyi Vətən partiyaları seçkidə iştirak edəcəyini bəyan edib.
Bundan başqa, Ermənistanın ikinci Prezidenti Robert Sarkisyan birmənalı şəkildə seçkidə iştirak edəcəyini bəyan edib və üçüncü Prezident Serj Sarkisyan da buna eyham vurub.
ABŞ Beynəlxalq İnkişaf Agentliyi - USAID-in maliyyə dəstəyi ilə ötən ay keçirilən sorğuya görə, 5 ballıq cədvəl üzrə ölkədə ən populyar siyasi xadim Nikol Paşinyan 2,8 bal alıb, ikinci yerdə Prezident Armen Sarkisyan (2,3), üçüncü - Qaqik Tsarukyan (2,2), dördüncü - Robert Koçaryandır (2).
MPG Məşvərət şirkətinin sorğusuna görə isə, seçkilər sorğu günü keçirilsəydi, respondentlərin 33,1 faizi səsini Paşinyanın "Mənim addımım" hərəkatına verərdi.
Parlamentdə aparıcı qüvvə olmaq və hökumət formalaşdırmaq üçün 50+1 faiz səs qazanmaq lazımdır.
Robert Koçaryan
Robert Koçaryan 1954-cü ildə Azərbaycan SSR, Dağlıq Qarabağ Muxtar Vilayətində, o zaman Stepanakert adlanan, indiki Xankəndində anadan olub.
O, Ermənistan Respublikasının ikinci Prezidenti (1998-2008), Ermənistan Respublikasının altıncı Baş naziri (1997-1998) olub.
Robert Koçaryan 1994-cü ilin dekabrından 1997-ci ilin martına qədər tanınmamış Dağlıq Qarabağ Respublikasının "birinci Prezidenti" olub.
Robert Koçaryanın seçkilərdə iştirak etməsi erkən seçki prosesinə sürpriz qata bilər. Koçaryanın öz partiyası yoxdur, onun hansı formatda seçkilərdə iştirak edəcəyi də hələ məlum deyil. Koçaryanın adı Ermənistanda 10 nəfərin ölümü və 200-dən çoxunun xəsarət alması ilə nəticələnən 1 mart 2008-ci il ixtişaşları və korrupsiya qalmaqalları ilə əlaqələndirilir.
Buna baxmayaraq, USAID-in maliyyə yardımı ilə fevral ayının ortalarında keçirilən sorğu nəticəsində Koçaryanın seçkilərdə iştirak etmək üçün yaradacağı, amma hələlik naməlum olan qüvvə hakim "Mənim addımım" fraksiyası və Firavan Ermənistandan sonra üçüncü yeri tutub.
Koçaryanın özünün olduqca böyük və stabil tərəfdarları var, o, Daşnaksutyuna arxalana bilər, seçkilərə keçmiş MTX rəhbəri Artur Vanetsyanın Vətən Partiyası və Paşinyanın istefasını tələb edən digər partiyalarla gedə bilər.
Onu həmişə Ermənistanın heç də az olmayan rusiyameyilli vətəndaşları dəstəkləyib. Rəsmi Moskva Paşinyanın yerinə Koçaryanın gəlməsini açıq dilə gətirməsə də, Rusiya mediası bunu gizlətmir.
Paşinyanın üçillik fəaliyyətindən, yerinə yetirilməmiş bol-bol vədlərindən və Qarabağ məğlubiyyətindən sonra məyus olmuş və "güclü şəxsiyyətə" ehtiyac duyanlar da Koçaryanın qayıdışı ilə bağlı ümidlərə köklənib.
Bəziləri hesab edirlər ki, Paşinyanın yerində Koçaryan olsaydı, Azərbaycan müharibəyə başlamazdı, və ya Rusiya Ermənistanın Qarabağda bu qədər ərazilər itirməsinə yol verməzdi.
Odur ki, Robert Koçaryanın seçkidə iştirak etmək planları baş tutsa, onun erkən seçkilərin favoritlərindən birinə çevriləcəyi güman edilir. Ermənistanın ikinci prezidenti 1 mart 2008-ci il hadisələri ilə bağlı konstitusiya quruluşunu devirməklə yanaşı külli miqdarda rüşvət almaq iddiası ilə bağlı cinayətlərdə ittiham olunur.
Armen Sarkisyan
Ermənistanın indiki prezidenti Armen Sarkisyan ölkədə ən populyar siyasətçilərdən biridir, lakin seçkidə iştirak etmək ya etməmək rəyi məlum deyil.
Armen Sarkisyan 1953-cü ildə Yerevanda anadan olub. 2018-ci ilin aprelindən Ermənistan Respublikasının Prezidentidir. Bundan əvvəl Ermənistan Böyük Britaniyada (1992-1993 və 2012-2018) və 1995-1996-cı illərdə Belçikada, Lüksemburqda, Vatikanda səfiri olub.
1996-1997-ci illərdə Armen Sarkisyan Ermənistan Respublikasının Baş naziri olub.
Armen Sarkisyan fizika-riyaziyyat elmləri namizədidir, 1984-1985-ci illərdə Britaniya Cambridge Universitetində müəllim olub.
Armen Sarkisyan 2020-ci il Qarabağ müharibəsində məğlubiyyətdən sonra ölkədə yaranmış siyasi böhrandan çıxmaq üçün Baş nazir Paşinyanın istefa verməsi və növbədənkənar seçki keçirilməsi fikrini dəstəkləyir. Lakin o, heç bir siyasi partiya və siyasi hərəkat üzvü deyil, hər hansı partiya və ya seçki bloku tərkibində növbədənkənar parlament seçkisinə qatılmaq niyyətində olduğunu və ya Baş nazir yerinə iddia etdiyini deməyib.
Serj Sarkisyan
Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublikaçı Partiyası yalnız MSK tərəfindən seçki günü rəsmən təyin edildikdən sonra iştirak etmək məsələsini nəzərdən keçirər.
Serj Sarkisyan 1954-cü ildə Azərbaycan SSR, Dağlıq Qarabağ Muxtar Vilayətində, o zaman Stepanakert adlanan indiki Xankəndi şəhərində anadan olub.
O, Ermənistan Respublikasının 3-cü Prezidenti (2008-2018) olub.
Serj Sarkisyan Nikol Paşinyanın rəhbərliyi ilə 2018-ci ildə məxməri inqilab nəticəsində devrilməzdən əvvəl bir həftə Baş nazir vəzifəsində olub (17-23 aprel 2018-ci il).
Təxminən bir il də (2007-2008) Serj Sarkisyan sələfi Andranik Marqaryanın ölümündən sonra Baş nazir vəzifəsini tutub.
Serj Sarkisyan Ermənistanın milli təhlükəsizlik naziri olub, 1996-1999-cı illərdə birləşdirilmiş Ermənistan Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik edib. Bundan əvvəl (1993-1995) ölkənin Müdafiə naziri olub.
Serj Sarkisyan da heç vaxt "siyasi səngəri" tərk etmədiyini deyib, lakin rəhbərlik etdiyi Respublikaçı Partiyasının seçkilərdə iştirak edəcəyi barədə bir söz deməyib.
Partiyanın mətbuat katibi Eduard Şarmazanov jurnalistlərə bildirib ki, Mərkəzi Seçki Komissiyası seçki günü elan etdikdən sonra partiya seçkidə iştirakını nəzərdən keçirəcək və münasibətini bildirəcək.
Hakimiyyətdə olduğu zaman Sarkisyanın və onun siyasi bazası olan Respublikaçı Partiyasını, əsasən, iri biznes nümayəndələri dəstəkləyirdi. Bu gün, onun az qala bütün xalqın alqışları ilə müşayiət edilən məxməri inqilab nəticəsində devrilməsindən təxminən 3 il sonra rəhbərlik etdiyi partiyasının mandat əldə etmək şansı çox cüzi qiymətləndirilir.
MPG məşvərət şirkəti tərəfindən Ermənistanda fevralda keçirilən sorğunun nəticələrinə görə, "seçkilər bu gün keçirilsəydi" Serj Sarkisyanın Respublikaçı Partiyasına respondentlərin 2,2 faizi səs verərdi.
Sarkisyanın Respublikaçı Partiyasının parlamentdə bir neçə yer əldə etməsi istisna olunmasa da, onun hakimiyyətə qayıdışı şanslarının şübhəli göründüyü deyilir.
Qaqik Tsarukyan
Tsarukyanın Firavan Ermənistan Partiyası Paşinyanın istefası tələbi ilə etirazlarda da iştirak edib legitim seçkilər yolu ilə baş naziri istefaya göndərmək mübarizəsinə də qatılıb.
Qaqik Tsarukyan 1956-cı ildə Ermənistanın Arinc kəndində anadan olub. O, Ermənistanın ən iri sahibkarlarından biri, Firavan Ermənistan Partiyasının təsisçisi və rəhbəridir.
Tsarukyan 2003-cü ildən bu günədək Ermənistan Milli Məclisinin üzvüdür, 2004-cü ildən Ermənistan Milli Olimpiya Komitəsinin prezidentidir.
Seçkilərdə iştirak edəcək partiyalar arasında Qaqik Tsarukyanın Firavan Ermənistan Partiyasının parlamentdə təmsil olunma şansı yüksəkdir. Tsarukyanın doğma Kotayk vilayətində və ümumiyyətlə, ölkədə xeyriyyəçilik və xüsusilə seçki kampaniyaları zamanı əliaçıqlığı onun partiyasını populyarlaşdırır.
Tsarukyanın partiyası həmişə parlamentdə sayca ikinci qüvvə olub, vaxtaşırı hakim partiya ilə koalisiya yaradıb və bir-iki nazir postuna malik olub.
Tsarukyan və onun partiyası, "seçkilər bu gün keçirilsə" fevral sorğusunun nəticələrinə görə, ikinci yerdədir - səslərin 4,4 faizini qazanardı.
Sorğuya əsasən, Tsarukyanın reytinqi, Baş nazir Paşinyan və Prezident Armen Sarkisyandan sonra - üçüncüdür.
Firavan Ermənistanın öz daimi elektoratından başqa, ona Paşinyan hakimiyyətindən məyus vətəndaşların da səs verməsi istisna olunmur. Partiyanın hazırda parlamentdə 24 mandatı var. Firavan Ermənistanın bu seçkilərdən sonra da, ən sərfəli halda, sayca ikinci qalması ehtimal olunur.
Artur Vanetsyan
Milli Təhlükəsizlik Xidməti rəhbəri vəzifəsindən azad edildikdən sonra Artur Vanetsyan (sağda) "Vətən" partiyasını təsis edib. Vətən Partiyası Baş nazir Paşinyanın istefası tələbilə etirazlarda iştirak edib.
Vanetsyan 1979-cu ildə Yerevanda doğulub. 2000-ci ildən Ermənistan milli təhlükəsizlik orqanlarında çalışır.
2015-ci ildə Rusiya Federal Təhlükəsizlik Akademiyasında hazırlıq keçib. 2016-2018-ci illərdə Yerevan üzrə MTX İdarəsi rəisinin müavini olub. Məxməri inqilabdan sonra 2018-ci il mayın 10-da Ermənistan MTX direktoru vəzifəsinə təyin edilib, ona general-mayor rütbəsi verilib. Lakin Baş nazir Paşinyanla "fikir ayrılığına" görə, 16 sentyabr 2019-cu ildə vəzifəsindən azad edilib. O, Ermənistan Futbol Federasiyasının prezidenti (2018-2019) olub.
MTX rəhbəri vəzifəsindən azad edildikdən sonra "Hayrenik" (Vətən) partiyasını yaradıb.
2020-ci il noyabrın 10-dan, Qarabağda atəşkəs haqqında razılaşma imzalandıqdan sonra Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etirazlarda fəal iştirak edir.
Artur Vanetsyanın Vətən Partiyasının şansları nəinki seçkilərdə qalib gəlmək, hətta parlamentə mandat almaq üçün kifayət qədər səs toplamaq imkanları belə çox aşağı dəyərləndirilir. Vanetsyanın seçkilərə başqa partiyalarla blokda qatılacağını ehtimal etmək olar.
Edmon Marukyan
Edmon Marukyanın Zəkalı Ermənistan Partiyası və Nikol Paşinyanın Vətəndaş Müqaviləsi Partiyası 2007-ci il parlament seçkilərində "Yelk" (Çıxış) vahid liberal siyasi partiya alyansı tərkibində iştirak ediblər.
Edmon Marukyan 1981-ci ildə Ermənistan SSR, Kirovakan (indiki Vanadzor) şəhərində doğulub.
Hüquq müdafiəçisi, siyasi xadim, Zəkalı Ermənistan Partiyasının təsisçisi və rəhbəri, eyni adlı parlament fraksiyasının sədridir.
Marukyan İnsan Haqları və Hüquqi Məsələlər üzrə Avropa Şurası Parlament Assambleyası Komitəsi sədrinin müavinidir.
Edmon Marukyan rəhbərlik etdiyi Zəkalı Ermənistan partiyasının seçkilərdə qalib gələcəyi təqdirdə baş nazir vəzifəsinə iddia etdiyini gizlətmir.
Zəkalı Ermənistanın hazırda Milli Məclisdə 17 nümayəndəsi var. Onun əsas elektoratı doğma Vanadzor şəhərinin vətəndaşları, ziyalılar və hüquq müdafiəçiləri hesab edilir. Mövcud hakimiyyətin fəaliyyətindən müəyyən sayda narazı vətəndaşların da Zəkalı Ermənistana səs verməsini ehtimal etmək olar. Lakin istənilən halda, Zəkalı Ermənistanın hazırda olduğundan artıq deputat mandatı əldə etməsi şübhə doğurur.
Levon Ter-Petrosyan
Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyan 2021-ci il Qarabağ müharibəsində məğlubiyyətdən sonra ölkədə yaranmış siyasi böhranın səngiməsi üçün Nikol Paşinyana Baş nazir vəzifəsindən istefa verib ölkəni tərk etməyi tövsiyə edib.
Levon Ter-Petrosyan 1945-ci ildə Suriyanın Hələb şəhərində anadan olub, 1946-cı ildə onun atası ailəsi ilə Ermənistan SSR-yə köçüb.
Levon Ter-Petrosyan Erməni Milli Konqresi Partiyasının təsisçisi və rəhbəridir.
1990-1991-ci ildə Levon Ter-Petrosyan Ermənistan SSR Ali Sovetinin sədri olub.
O, Ermənistan Respublikasının birinci Prezidentidir. O bu vəzifəyə 1991-ci ildə prezident seçkisindəki qələbədən sonra gəlib. 1996-cı ildə Ter-Petrosyan daha 5 il müddətinə ölkənin Prezidenti seçilib, lakin 1998-ci ilin fevralında istefa verib.
İstefa səbəbi Ermənistan hökumətində parçalanma olub. Baş nazir Robert Koçaryan, müdafiə naziri Vazgen Sarkisyan və daxili işlər naziri Serj Sarkisyan Prezident Ter-Petrosyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması planına qarşı çıxıblar.
Levon Ter-Petrosyan münaqişə zonasının silahsızlaşdırılmasını və 1992-1993-cü il döyüşləri nəticəsində ələ keçirilmiş bir sıra yaşayış məntəqələrinin Azərbaycana qaytarılmasını təklif edirdi.
Nikol Paşinyanın siyasətdə "xaç atası" hesab edilən Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da son vaxtlar siyasi fəallığı ilə gözə çarpır.
Ter-Petrosyan Qarabağ müharibəsində məğlubiyyətdən sonra Nikol Paşinyanın istefa verib ölkəni tərk etməsini məsləhət görüb və erkən parlament seçkisinin Paşinyan hakimiyyəti tərəfindən təşkilinə qarşı çıxış edib.
Eyni zamanda, Ermənistanın ilk Prezidenti Levon Ter-Petrosyan və onun rəhbərlik etdiyi Erməni Milli Konqresi Partiyası iyunun 20-də keçiriləcəyi gözlənən növbədənkənar parlament seçkisində iştirak etmir.
Nikol Paşinyan
Nikol Paşinyan rəhbərlik etdiyi 2018-ci il məxməri inqilabı zamanı olduğu kimi, 2021-ci il iyunun 20-də ehtimal olunan erkən parlament seçkilərində də "xalq dəstəyinə" güvənir. Fevralın 25-də onun çağırışı ilə on minlərlə insan mitinqə toplaşmışdı
Nikol Paşinyan 1975-ci ildə Ermənistan SSR-nin İcevan şəhərində doğulub.
2012-ci ildən 2018-ci ilədək Ermənistan parlamentinin üzvü olub. 2018-ci ildə o, rəhbərlik etdiyi məxməri inqilab nəticəsində Serj Sarkisyan hakimiyyətinin devrilməsinə nail olub və həmin il mayın 8-dən Ermənistanın Baş naziri vəzifəsinə təyin olunub.
Paşinyan daha əvvəl jurnalistika ilə məşğul idi, bir neçə mətbu orqanda redaktor olub.
Hər necə olsa da, hələ ki, bu gün Nikol Paşinyan ölkədə ən populyar siyasətçi kimi qiymətləndirilir, bəzi siyasi təhlilçilərin qənaətinə görə, onun rəhbərlik etdiyi "Mənim addımım" hərəkatı yüksək reytinqə sahibdir. O özü "xalqın dəstəyinə" malik olduğunu dəfələrlə vurğulayıb və fevralın 25-də Yerevanda keçirdiyi mitinq və yürüş bunun sübutu kimi də dəyərləndirilə bilər. O zaman onun çağırışı ilə meydana on minlərlə insan çıxmışdı.
Lakin Paşinyanın bu 30 faizlik reytinqi (fevral sorğusunun nəticəsinə görə) get-gedə azalmaqdadır. Bu gün Ermənistanda əksər respublika televiziya kanalları Serj Sarkisyan və Robert Koçaryan hakimiyyətində təmsil olunan ya onlara yaxın qüvvələrə məxsusdur. Bu mediada şəxsən onun və onun başçılıq etdiyi hökumət əleyhinə şiddətli təbliğat aparılır. Rəqib siyasi qüvvələrdən başqa, Paşinyanın istefasını ölkənin din və tanınmış elm və mədəniyyət xadimləri də tələb edir.
Paşinyanın seçki kampaniyası əsnasında əhali qarşısında çıxışları ilə elektoratını saxlamaq imkanları da məhduddur. Sosioloji sorğuya əsasən, respondentlərin yalnız 33 faizi seçkilərdə iştirak etməyə hazır olduğunu bildirib, 44 faizi iştirak etmək niyyətində deyil.
Koronavirus pandemiyası seçkiyə qatılacaq bütün qüvvələr üçün seçkiqabağı təbliğat keçirmək problemini yaradır. Lakin Paşinyanın komandası üçün bu daha mürəkkəb olacaq, çünki Qarabağ müharibəsində məğlubiyyətdən sonra o, hətta hökumət binaları arasında onlarla polis əməkdaşlarının əhatəsində hərəkət etməyə məcburdur.
Eyni zamanda, Paşinyanın öz stabil elektoratı var, hansı ki, təbliğat kampaniyası keçirilmədən də səslərini ona verəcək.
"Lakin bu elektoratın 50 faizdən artıq olduğunu demək çətindir. Paşinyanın qələbəsi üçün 50+1 faiz səs təmin ediləcəyi də şübhəli görünür," - politoloq Armen Badalyan Sputnik Armenia agentliyinə müsahibəsində deyib. /BBC
Paylaş:
Müəllif : Fuad
Tarix:28-03-2021, 09:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
Ermənistan növbədənkənar parlament seçkisinə hazırlaşır. Baş nazir Nikol Paşinyan müxalif parlament fraksiyaları və ölkə Prezidenti Armen Sarkisyanla danışıqlardan sonra erkən parlament seçkilərinin iyunun 20-də keçiriləcəyini bəyan edib.
Bu fakt Paşinyanın əleyhdarlarına onu Konstitusiyaya zidd hərəkət etməkdə günahlandırmaq üçün əsas verib. Erkən seçkilərin keçirilməsinin tarixi parlamentdə qəbul olunduqdan sonra, ölkə prezidenti tərəfindən təsdiqlənməli və elan olunmalıdır.
Ermənistan Konstitusiyasına görə, məhz parlament seçkilərində qalib gələn qüvvə Baş nazir postuna namizədini təklif edir və Nazirlər Kabinetinin tərkibini müəyyənləşdirir.
Mərkəzi Seçki Komissiyası rəsmən seçki gününü elan etməsə də, görünür, elə 20 iyunu da təsdiqləyəcək, Yerevan müxbirimiz Aleksey Manvelyan xəbər verir. O deyir ki, siyasi qüvvələr artıq seçkilərə hazırlıq kampaniyasına başlayıblar.
Hakim Vətəndaş Müqaviləsi partiyası (parlamentdə onu "Mənim addımım" fraksiyası təmsil edir), oliqarx Qaqik Tsarukyanın Firavan Ermənistan və Edmon Marukyanın rəhbərlik etdiyi Zəkalı Ermənistan və keçmiş Milli Təhlükəsizlik Xidməti rəisi Artur Vanetsyanın təsis etdiyi Vətən partiyaları seçkidə iştirak edəcəyini bəyan edib.
Bundan başqa, Ermənistanın ikinci Prezidenti Robert Sarkisyan birmənalı şəkildə seçkidə iştirak edəcəyini bəyan edib və üçüncü Prezident Serj Sarkisyan da buna eyham vurub.
ABŞ Beynəlxalq İnkişaf Agentliyi - USAID-in maliyyə dəstəyi ilə ötən ay keçirilən sorğuya görə, 5 ballıq cədvəl üzrə ölkədə ən populyar siyasi xadim Nikol Paşinyan 2,8 bal alıb, ikinci yerdə Prezident Armen Sarkisyan (2,3), üçüncü - Qaqik Tsarukyan (2,2), dördüncü - Robert Koçaryandır (2).
MPG Məşvərət şirkətinin sorğusuna görə isə, seçkilər sorğu günü keçirilsəydi, respondentlərin 33,1 faizi səsini Paşinyanın "Mənim addımım" hərəkatına verərdi.
Parlamentdə aparıcı qüvvə olmaq və hökumət formalaşdırmaq üçün 50+1 faiz səs qazanmaq lazımdır.
O, Ermənistan Respublikasının ikinci Prezidenti (1998-2008), Ermənistan Respublikasının altıncı Baş naziri (1997-1998) olub.
Robert Koçaryan 1994-cü ilin dekabrından 1997-ci ilin martına qədər tanınmamış Dağlıq Qarabağ Respublikasının "birinci Prezidenti" olub.
Robert Koçaryanın seçkilərdə iştirak etməsi erkən seçki prosesinə sürpriz qata bilər. Koçaryanın öz partiyası yoxdur, onun hansı formatda seçkilərdə iştirak edəcəyi də hələ məlum deyil. Koçaryanın adı Ermənistanda 10 nəfərin ölümü və 200-dən çoxunun xəsarət alması ilə nəticələnən 1 mart 2008-ci il ixtişaşları və korrupsiya qalmaqalları ilə əlaqələndirilir.
Buna baxmayaraq, USAID-in maliyyə yardımı ilə fevral ayının ortalarında keçirilən sorğu nəticəsində Koçaryanın seçkilərdə iştirak etmək üçün yaradacağı, amma hələlik naməlum olan qüvvə hakim "Mənim addımım" fraksiyası və Firavan Ermənistandan sonra üçüncü yeri tutub.
Koçaryanın özünün olduqca böyük və stabil tərəfdarları var, o, Daşnaksutyuna arxalana bilər, seçkilərə keçmiş MTX rəhbəri Artur Vanetsyanın Vətən Partiyası və Paşinyanın istefasını tələb edən digər partiyalarla gedə bilər.
Onu həmişə Ermənistanın heç də az olmayan rusiyameyilli vətəndaşları dəstəkləyib. Rəsmi Moskva Paşinyanın yerinə Koçaryanın gəlməsini açıq dilə gətirməsə də, Rusiya mediası bunu gizlətmir.
Paşinyanın üçillik fəaliyyətindən, yerinə yetirilməmiş bol-bol vədlərindən və Qarabağ məğlubiyyətindən sonra məyus olmuş və "güclü şəxsiyyətə" ehtiyac duyanlar da Koçaryanın qayıdışı ilə bağlı ümidlərə köklənib.
Bəziləri hesab edirlər ki, Paşinyanın yerində Koçaryan olsaydı, Azərbaycan müharibəyə başlamazdı, və ya Rusiya Ermənistanın Qarabağda bu qədər ərazilər itirməsinə yol verməzdi.
Odur ki, Robert Koçaryanın seçkidə iştirak etmək planları baş tutsa, onun erkən seçkilərin favoritlərindən birinə çevriləcəyi güman edilir. Ermənistanın ikinci prezidenti 1 mart 2008-ci il hadisələri ilə bağlı konstitusiya quruluşunu devirməklə yanaşı külli miqdarda rüşvət almaq iddiası ilə bağlı cinayətlərdə ittiham olunur.
Armen Sarkisyan 1953-cü ildə Yerevanda anadan olub. 2018-ci ilin aprelindən Ermənistan Respublikasının Prezidentidir. Bundan əvvəl Ermənistan Böyük Britaniyada (1992-1993 və 2012-2018) və 1995-1996-cı illərdə Belçikada, Lüksemburqda, Vatikanda səfiri olub.
1996-1997-ci illərdə Armen Sarkisyan Ermənistan Respublikasının Baş naziri olub.
Armen Sarkisyan fizika-riyaziyyat elmləri namizədidir, 1984-1985-ci illərdə Britaniya Cambridge Universitetində müəllim olub.
Armen Sarkisyan 2020-ci il Qarabağ müharibəsində məğlubiyyətdən sonra ölkədə yaranmış siyasi böhrandan çıxmaq üçün Baş nazir Paşinyanın istefa verməsi və növbədənkənar seçki keçirilməsi fikrini dəstəkləyir. Lakin o, heç bir siyasi partiya və siyasi hərəkat üzvü deyil, hər hansı partiya və ya seçki bloku tərkibində növbədənkənar parlament seçkisinə qatılmaq niyyətində olduğunu və ya Baş nazir yerinə iddia etdiyini deməyib.
Serj Sarkisyan 1954-cü ildə Azərbaycan SSR, Dağlıq Qarabağ Muxtar Vilayətində, o zaman Stepanakert adlanan indiki Xankəndi şəhərində anadan olub.
O, Ermənistan Respublikasının 3-cü Prezidenti (2008-2018) olub.
Serj Sarkisyan Nikol Paşinyanın rəhbərliyi ilə 2018-ci ildə məxməri inqilab nəticəsində devrilməzdən əvvəl bir həftə Baş nazir vəzifəsində olub (17-23 aprel 2018-ci il).
Təxminən bir il də (2007-2008) Serj Sarkisyan sələfi Andranik Marqaryanın ölümündən sonra Baş nazir vəzifəsini tutub.
Serj Sarkisyan Ermənistanın milli təhlükəsizlik naziri olub, 1996-1999-cı illərdə birləşdirilmiş Ermənistan Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik edib. Bundan əvvəl (1993-1995) ölkənin Müdafiə naziri olub.
Serj Sarkisyan da heç vaxt "siyasi səngəri" tərk etmədiyini deyib, lakin rəhbərlik etdiyi Respublikaçı Partiyasının seçkilərdə iştirak edəcəyi barədə bir söz deməyib.
Partiyanın mətbuat katibi Eduard Şarmazanov jurnalistlərə bildirib ki, Mərkəzi Seçki Komissiyası seçki günü elan etdikdən sonra partiya seçkidə iştirakını nəzərdən keçirəcək və münasibətini bildirəcək.
Hakimiyyətdə olduğu zaman Sarkisyanın və onun siyasi bazası olan Respublikaçı Partiyasını, əsasən, iri biznes nümayəndələri dəstəkləyirdi. Bu gün, onun az qala bütün xalqın alqışları ilə müşayiət edilən məxməri inqilab nəticəsində devrilməsindən təxminən 3 il sonra rəhbərlik etdiyi partiyasının mandat əldə etmək şansı çox cüzi qiymətləndirilir.
MPG məşvərət şirkəti tərəfindən Ermənistanda fevralda keçirilən sorğunun nəticələrinə görə, "seçkilər bu gün keçirilsəydi" Serj Sarkisyanın Respublikaçı Partiyasına respondentlərin 2,2 faizi səs verərdi.
Sarkisyanın Respublikaçı Partiyasının parlamentdə bir neçə yer əldə etməsi istisna olunmasa da, onun hakimiyyətə qayıdışı şanslarının şübhəli göründüyü deyilir.
Qaqik Tsarukyan 1956-cı ildə Ermənistanın Arinc kəndində anadan olub. O, Ermənistanın ən iri sahibkarlarından biri, Firavan Ermənistan Partiyasının təsisçisi və rəhbəridir.
Tsarukyan 2003-cü ildən bu günədək Ermənistan Milli Məclisinin üzvüdür, 2004-cü ildən Ermənistan Milli Olimpiya Komitəsinin prezidentidir.
Seçkilərdə iştirak edəcək partiyalar arasında Qaqik Tsarukyanın Firavan Ermənistan Partiyasının parlamentdə təmsil olunma şansı yüksəkdir. Tsarukyanın doğma Kotayk vilayətində və ümumiyyətlə, ölkədə xeyriyyəçilik və xüsusilə seçki kampaniyaları zamanı əliaçıqlığı onun partiyasını populyarlaşdırır.
Tsarukyanın partiyası həmişə parlamentdə sayca ikinci qüvvə olub, vaxtaşırı hakim partiya ilə koalisiya yaradıb və bir-iki nazir postuna malik olub.
Tsarukyan və onun partiyası, "seçkilər bu gün keçirilsə" fevral sorğusunun nəticələrinə görə, ikinci yerdədir - səslərin 4,4 faizini qazanardı.
Sorğuya əsasən, Tsarukyanın reytinqi, Baş nazir Paşinyan və Prezident Armen Sarkisyandan sonra - üçüncüdür.
Firavan Ermənistanın öz daimi elektoratından başqa, ona Paşinyan hakimiyyətindən məyus vətəndaşların da səs verməsi istisna olunmur. Partiyanın hazırda parlamentdə 24 mandatı var. Firavan Ermənistanın bu seçkilərdən sonra da, ən sərfəli halda, sayca ikinci qalması ehtimal olunur.
Vanetsyan 1979-cu ildə Yerevanda doğulub. 2000-ci ildən Ermənistan milli təhlükəsizlik orqanlarında çalışır.
2015-ci ildə Rusiya Federal Təhlükəsizlik Akademiyasında hazırlıq keçib. 2016-2018-ci illərdə Yerevan üzrə MTX İdarəsi rəisinin müavini olub. Məxməri inqilabdan sonra 2018-ci il mayın 10-da Ermənistan MTX direktoru vəzifəsinə təyin edilib, ona general-mayor rütbəsi verilib. Lakin Baş nazir Paşinyanla "fikir ayrılığına" görə, 16 sentyabr 2019-cu ildə vəzifəsindən azad edilib. O, Ermənistan Futbol Federasiyasının prezidenti (2018-2019) olub.
MTX rəhbəri vəzifəsindən azad edildikdən sonra "Hayrenik" (Vətən) partiyasını yaradıb.
2020-ci il noyabrın 10-dan, Qarabağda atəşkəs haqqında razılaşma imzalandıqdan sonra Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etirazlarda fəal iştirak edir.
Artur Vanetsyanın Vətən Partiyasının şansları nəinki seçkilərdə qalib gəlmək, hətta parlamentə mandat almaq üçün kifayət qədər səs toplamaq imkanları belə çox aşağı dəyərləndirilir. Vanetsyanın seçkilərə başqa partiyalarla blokda qatılacağını ehtimal etmək olar.
Edmon Marukyan 1981-ci ildə Ermənistan SSR, Kirovakan (indiki Vanadzor) şəhərində doğulub.
Hüquq müdafiəçisi, siyasi xadim, Zəkalı Ermənistan Partiyasının təsisçisi və rəhbəri, eyni adlı parlament fraksiyasının sədridir.
Marukyan İnsan Haqları və Hüquqi Məsələlər üzrə Avropa Şurası Parlament Assambleyası Komitəsi sədrinin müavinidir.
Edmon Marukyan rəhbərlik etdiyi Zəkalı Ermənistan partiyasının seçkilərdə qalib gələcəyi təqdirdə baş nazir vəzifəsinə iddia etdiyini gizlətmir.
Zəkalı Ermənistanın hazırda Milli Məclisdə 17 nümayəndəsi var. Onun əsas elektoratı doğma Vanadzor şəhərinin vətəndaşları, ziyalılar və hüquq müdafiəçiləri hesab edilir. Mövcud hakimiyyətin fəaliyyətindən müəyyən sayda narazı vətəndaşların da Zəkalı Ermənistana səs verməsini ehtimal etmək olar. Lakin istənilən halda, Zəkalı Ermənistanın hazırda olduğundan artıq deputat mandatı əldə etməsi şübhə doğurur.
Levon Ter-Petrosyan 1945-ci ildə Suriyanın Hələb şəhərində anadan olub, 1946-cı ildə onun atası ailəsi ilə Ermənistan SSR-yə köçüb.
Levon Ter-Petrosyan Erməni Milli Konqresi Partiyasının təsisçisi və rəhbəridir.
1990-1991-ci ildə Levon Ter-Petrosyan Ermənistan SSR Ali Sovetinin sədri olub.
O, Ermənistan Respublikasının birinci Prezidentidir. O bu vəzifəyə 1991-ci ildə prezident seçkisindəki qələbədən sonra gəlib. 1996-cı ildə Ter-Petrosyan daha 5 il müddətinə ölkənin Prezidenti seçilib, lakin 1998-ci ilin fevralında istefa verib.
İstefa səbəbi Ermənistan hökumətində parçalanma olub. Baş nazir Robert Koçaryan, müdafiə naziri Vazgen Sarkisyan və daxili işlər naziri Serj Sarkisyan Prezident Ter-Petrosyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması planına qarşı çıxıblar.
Levon Ter-Petrosyan münaqişə zonasının silahsızlaşdırılmasını və 1992-1993-cü il döyüşləri nəticəsində ələ keçirilmiş bir sıra yaşayış məntəqələrinin Azərbaycana qaytarılmasını təklif edirdi.
Nikol Paşinyanın siyasətdə "xaç atası" hesab edilən Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da son vaxtlar siyasi fəallığı ilə gözə çarpır.
Ter-Petrosyan Qarabağ müharibəsində məğlubiyyətdən sonra Nikol Paşinyanın istefa verib ölkəni tərk etməsini məsləhət görüb və erkən parlament seçkisinin Paşinyan hakimiyyəti tərəfindən təşkilinə qarşı çıxış edib.
Eyni zamanda, Ermənistanın ilk Prezidenti Levon Ter-Petrosyan və onun rəhbərlik etdiyi Erməni Milli Konqresi Partiyası iyunun 20-də keçiriləcəyi gözlənən növbədənkənar parlament seçkisində iştirak etmir.
Nikol Paşinyan 1975-ci ildə Ermənistan SSR-nin İcevan şəhərində doğulub.
2012-ci ildən 2018-ci ilədək Ermənistan parlamentinin üzvü olub. 2018-ci ildə o, rəhbərlik etdiyi məxməri inqilab nəticəsində Serj Sarkisyan hakimiyyətinin devrilməsinə nail olub və həmin il mayın 8-dən Ermənistanın Baş naziri vəzifəsinə təyin olunub.
Paşinyan daha əvvəl jurnalistika ilə məşğul idi, bir neçə mətbu orqanda redaktor olub.
Hər necə olsa da, hələ ki, bu gün Nikol Paşinyan ölkədə ən populyar siyasətçi kimi qiymətləndirilir, bəzi siyasi təhlilçilərin qənaətinə görə, onun rəhbərlik etdiyi "Mənim addımım" hərəkatı yüksək reytinqə sahibdir. O özü "xalqın dəstəyinə" malik olduğunu dəfələrlə vurğulayıb və fevralın 25-də Yerevanda keçirdiyi mitinq və yürüş bunun sübutu kimi də dəyərləndirilə bilər. O zaman onun çağırışı ilə meydana on minlərlə insan çıxmışdı.
Lakin Paşinyanın bu 30 faizlik reytinqi (fevral sorğusunun nəticəsinə görə) get-gedə azalmaqdadır. Bu gün Ermənistanda əksər respublika televiziya kanalları Serj Sarkisyan və Robert Koçaryan hakimiyyətində təmsil olunan ya onlara yaxın qüvvələrə məxsusdur. Bu mediada şəxsən onun və onun başçılıq etdiyi hökumət əleyhinə şiddətli təbliğat aparılır. Rəqib siyasi qüvvələrdən başqa, Paşinyanın istefasını ölkənin din və tanınmış elm və mədəniyyət xadimləri də tələb edir.
Paşinyanın seçki kampaniyası əsnasında əhali qarşısında çıxışları ilə elektoratını saxlamaq imkanları da məhduddur. Sosioloji sorğuya əsasən, respondentlərin yalnız 33 faizi seçkilərdə iştirak etməyə hazır olduğunu bildirib, 44 faizi iştirak etmək niyyətində deyil.
Koronavirus pandemiyası seçkiyə qatılacaq bütün qüvvələr üçün seçkiqabağı təbliğat keçirmək problemini yaradır. Lakin Paşinyanın komandası üçün bu daha mürəkkəb olacaq, çünki Qarabağ müharibəsində məğlubiyyətdən sonra o, hətta hökumət binaları arasında onlarla polis əməkdaşlarının əhatəsində hərəkət etməyə məcburdur.
Eyni zamanda, Paşinyanın öz stabil elektoratı var, hansı ki, təbliğat kampaniyası keçirilmədən də səslərini ona verəcək.
"Lakin bu elektoratın 50 faizdən artıq olduğunu demək çətindir. Paşinyanın qələbəsi üçün 50+1 faiz səs təmin ediləcəyi də şübhəli görünür," - politoloq Armen Badalyan Sputnik Armenia agentliyinə müsahibəsində deyib. /BBC
Paylaş:
Bu fakt Paşinyanın əleyhdarlarına onu Konstitusiyaya zidd hərəkət etməkdə günahlandırmaq üçün əsas verib. Erkən seçkilərin keçirilməsinin tarixi parlamentdə qəbul olunduqdan sonra, ölkə prezidenti tərəfindən təsdiqlənməli və elan olunmalıdır.
Ermənistan Konstitusiyasına görə, məhz parlament seçkilərində qalib gələn qüvvə Baş nazir postuna namizədini təklif edir və Nazirlər Kabinetinin tərkibini müəyyənləşdirir.
Mərkəzi Seçki Komissiyası rəsmən seçki gününü elan etməsə də, görünür, elə 20 iyunu da təsdiqləyəcək, Yerevan müxbirimiz Aleksey Manvelyan xəbər verir. O deyir ki, siyasi qüvvələr artıq seçkilərə hazırlıq kampaniyasına başlayıblar.
Hakim Vətəndaş Müqaviləsi partiyası (parlamentdə onu "Mənim addımım" fraksiyası təmsil edir), oliqarx Qaqik Tsarukyanın Firavan Ermənistan və Edmon Marukyanın rəhbərlik etdiyi Zəkalı Ermənistan və keçmiş Milli Təhlükəsizlik Xidməti rəisi Artur Vanetsyanın təsis etdiyi Vətən partiyaları seçkidə iştirak edəcəyini bəyan edib.
Bundan başqa, Ermənistanın ikinci Prezidenti Robert Sarkisyan birmənalı şəkildə seçkidə iştirak edəcəyini bəyan edib və üçüncü Prezident Serj Sarkisyan da buna eyham vurub.
ABŞ Beynəlxalq İnkişaf Agentliyi - USAID-in maliyyə dəstəyi ilə ötən ay keçirilən sorğuya görə, 5 ballıq cədvəl üzrə ölkədə ən populyar siyasi xadim Nikol Paşinyan 2,8 bal alıb, ikinci yerdə Prezident Armen Sarkisyan (2,3), üçüncü - Qaqik Tsarukyan (2,2), dördüncü - Robert Koçaryandır (2).
MPG Məşvərət şirkətinin sorğusuna görə isə, seçkilər sorğu günü keçirilsəydi, respondentlərin 33,1 faizi səsini Paşinyanın "Mənim addımım" hərəkatına verərdi.
Parlamentdə aparıcı qüvvə olmaq və hökumət formalaşdırmaq üçün 50+1 faiz səs qazanmaq lazımdır.
Robert Koçaryan
Robert Koçaryan 1954-cü ildə Azərbaycan SSR, Dağlıq Qarabağ Muxtar Vilayətində, o zaman Stepanakert adlanan, indiki Xankəndində anadan olub.O, Ermənistan Respublikasının ikinci Prezidenti (1998-2008), Ermənistan Respublikasının altıncı Baş naziri (1997-1998) olub.
Robert Koçaryan 1994-cü ilin dekabrından 1997-ci ilin martına qədər tanınmamış Dağlıq Qarabağ Respublikasının "birinci Prezidenti" olub.
Robert Koçaryanın seçkilərdə iştirak etməsi erkən seçki prosesinə sürpriz qata bilər. Koçaryanın öz partiyası yoxdur, onun hansı formatda seçkilərdə iştirak edəcəyi də hələ məlum deyil. Koçaryanın adı Ermənistanda 10 nəfərin ölümü və 200-dən çoxunun xəsarət alması ilə nəticələnən 1 mart 2008-ci il ixtişaşları və korrupsiya qalmaqalları ilə əlaqələndirilir.
Buna baxmayaraq, USAID-in maliyyə yardımı ilə fevral ayının ortalarında keçirilən sorğu nəticəsində Koçaryanın seçkilərdə iştirak etmək üçün yaradacağı, amma hələlik naməlum olan qüvvə hakim "Mənim addımım" fraksiyası və Firavan Ermənistandan sonra üçüncü yeri tutub.
Koçaryanın özünün olduqca böyük və stabil tərəfdarları var, o, Daşnaksutyuna arxalana bilər, seçkilərə keçmiş MTX rəhbəri Artur Vanetsyanın Vətən Partiyası və Paşinyanın istefasını tələb edən digər partiyalarla gedə bilər.
Onu həmişə Ermənistanın heç də az olmayan rusiyameyilli vətəndaşları dəstəkləyib. Rəsmi Moskva Paşinyanın yerinə Koçaryanın gəlməsini açıq dilə gətirməsə də, Rusiya mediası bunu gizlətmir.
Paşinyanın üçillik fəaliyyətindən, yerinə yetirilməmiş bol-bol vədlərindən və Qarabağ məğlubiyyətindən sonra məyus olmuş və "güclü şəxsiyyətə" ehtiyac duyanlar da Koçaryanın qayıdışı ilə bağlı ümidlərə köklənib.
Bəziləri hesab edirlər ki, Paşinyanın yerində Koçaryan olsaydı, Azərbaycan müharibəyə başlamazdı, və ya Rusiya Ermənistanın Qarabağda bu qədər ərazilər itirməsinə yol verməzdi.
Odur ki, Robert Koçaryanın seçkidə iştirak etmək planları baş tutsa, onun erkən seçkilərin favoritlərindən birinə çevriləcəyi güman edilir. Ermənistanın ikinci prezidenti 1 mart 2008-ci il hadisələri ilə bağlı konstitusiya quruluşunu devirməklə yanaşı külli miqdarda rüşvət almaq iddiası ilə bağlı cinayətlərdə ittiham olunur.
Armen Sarkisyan
Ermənistanın indiki prezidenti Armen Sarkisyan ölkədə ən populyar siyasətçilərdən biridir, lakin seçkidə iştirak etmək ya etməmək rəyi məlum deyil.Armen Sarkisyan 1953-cü ildə Yerevanda anadan olub. 2018-ci ilin aprelindən Ermənistan Respublikasının Prezidentidir. Bundan əvvəl Ermənistan Böyük Britaniyada (1992-1993 və 2012-2018) və 1995-1996-cı illərdə Belçikada, Lüksemburqda, Vatikanda səfiri olub.
1996-1997-ci illərdə Armen Sarkisyan Ermənistan Respublikasının Baş naziri olub.
Armen Sarkisyan fizika-riyaziyyat elmləri namizədidir, 1984-1985-ci illərdə Britaniya Cambridge Universitetində müəllim olub.
Armen Sarkisyan 2020-ci il Qarabağ müharibəsində məğlubiyyətdən sonra ölkədə yaranmış siyasi böhrandan çıxmaq üçün Baş nazir Paşinyanın istefa verməsi və növbədənkənar seçki keçirilməsi fikrini dəstəkləyir. Lakin o, heç bir siyasi partiya və siyasi hərəkat üzvü deyil, hər hansı partiya və ya seçki bloku tərkibində növbədənkənar parlament seçkisinə qatılmaq niyyətində olduğunu və ya Baş nazir yerinə iddia etdiyini deməyib.
Serj Sarkisyan
Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublikaçı Partiyası yalnız MSK tərəfindən seçki günü rəsmən təyin edildikdən sonra iştirak etmək məsələsini nəzərdən keçirər.Serj Sarkisyan 1954-cü ildə Azərbaycan SSR, Dağlıq Qarabağ Muxtar Vilayətində, o zaman Stepanakert adlanan indiki Xankəndi şəhərində anadan olub.
O, Ermənistan Respublikasının 3-cü Prezidenti (2008-2018) olub.
Serj Sarkisyan Nikol Paşinyanın rəhbərliyi ilə 2018-ci ildə məxməri inqilab nəticəsində devrilməzdən əvvəl bir həftə Baş nazir vəzifəsində olub (17-23 aprel 2018-ci il).
Təxminən bir il də (2007-2008) Serj Sarkisyan sələfi Andranik Marqaryanın ölümündən sonra Baş nazir vəzifəsini tutub.
Serj Sarkisyan Ermənistanın milli təhlükəsizlik naziri olub, 1996-1999-cı illərdə birləşdirilmiş Ermənistan Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik edib. Bundan əvvəl (1993-1995) ölkənin Müdafiə naziri olub.
Serj Sarkisyan da heç vaxt "siyasi səngəri" tərk etmədiyini deyib, lakin rəhbərlik etdiyi Respublikaçı Partiyasının seçkilərdə iştirak edəcəyi barədə bir söz deməyib.
Partiyanın mətbuat katibi Eduard Şarmazanov jurnalistlərə bildirib ki, Mərkəzi Seçki Komissiyası seçki günü elan etdikdən sonra partiya seçkidə iştirakını nəzərdən keçirəcək və münasibətini bildirəcək.
Hakimiyyətdə olduğu zaman Sarkisyanın və onun siyasi bazası olan Respublikaçı Partiyasını, əsasən, iri biznes nümayəndələri dəstəkləyirdi. Bu gün, onun az qala bütün xalqın alqışları ilə müşayiət edilən məxməri inqilab nəticəsində devrilməsindən təxminən 3 il sonra rəhbərlik etdiyi partiyasının mandat əldə etmək şansı çox cüzi qiymətləndirilir.
MPG məşvərət şirkəti tərəfindən Ermənistanda fevralda keçirilən sorğunun nəticələrinə görə, "seçkilər bu gün keçirilsəydi" Serj Sarkisyanın Respublikaçı Partiyasına respondentlərin 2,2 faizi səs verərdi.
Sarkisyanın Respublikaçı Partiyasının parlamentdə bir neçə yer əldə etməsi istisna olunmasa da, onun hakimiyyətə qayıdışı şanslarının şübhəli göründüyü deyilir.
Qaqik Tsarukyan
Tsarukyanın Firavan Ermənistan Partiyası Paşinyanın istefası tələbi ilə etirazlarda da iştirak edib legitim seçkilər yolu ilə baş naziri istefaya göndərmək mübarizəsinə də qatılıb.Qaqik Tsarukyan 1956-cı ildə Ermənistanın Arinc kəndində anadan olub. O, Ermənistanın ən iri sahibkarlarından biri, Firavan Ermənistan Partiyasının təsisçisi və rəhbəridir.
Tsarukyan 2003-cü ildən bu günədək Ermənistan Milli Məclisinin üzvüdür, 2004-cü ildən Ermənistan Milli Olimpiya Komitəsinin prezidentidir.
Seçkilərdə iştirak edəcək partiyalar arasında Qaqik Tsarukyanın Firavan Ermənistan Partiyasının parlamentdə təmsil olunma şansı yüksəkdir. Tsarukyanın doğma Kotayk vilayətində və ümumiyyətlə, ölkədə xeyriyyəçilik və xüsusilə seçki kampaniyaları zamanı əliaçıqlığı onun partiyasını populyarlaşdırır.
Tsarukyanın partiyası həmişə parlamentdə sayca ikinci qüvvə olub, vaxtaşırı hakim partiya ilə koalisiya yaradıb və bir-iki nazir postuna malik olub.
Tsarukyan və onun partiyası, "seçkilər bu gün keçirilsə" fevral sorğusunun nəticələrinə görə, ikinci yerdədir - səslərin 4,4 faizini qazanardı.
Sorğuya əsasən, Tsarukyanın reytinqi, Baş nazir Paşinyan və Prezident Armen Sarkisyandan sonra - üçüncüdür.
Firavan Ermənistanın öz daimi elektoratından başqa, ona Paşinyan hakimiyyətindən məyus vətəndaşların da səs verməsi istisna olunmur. Partiyanın hazırda parlamentdə 24 mandatı var. Firavan Ermənistanın bu seçkilərdən sonra da, ən sərfəli halda, sayca ikinci qalması ehtimal olunur.
Artur Vanetsyan
Milli Təhlükəsizlik Xidməti rəhbəri vəzifəsindən azad edildikdən sonra Artur Vanetsyan (sağda) "Vətən" partiyasını təsis edib. Vətən Partiyası Baş nazir Paşinyanın istefası tələbilə etirazlarda iştirak edib.Vanetsyan 1979-cu ildə Yerevanda doğulub. 2000-ci ildən Ermənistan milli təhlükəsizlik orqanlarında çalışır.
2015-ci ildə Rusiya Federal Təhlükəsizlik Akademiyasında hazırlıq keçib. 2016-2018-ci illərdə Yerevan üzrə MTX İdarəsi rəisinin müavini olub. Məxməri inqilabdan sonra 2018-ci il mayın 10-da Ermənistan MTX direktoru vəzifəsinə təyin edilib, ona general-mayor rütbəsi verilib. Lakin Baş nazir Paşinyanla "fikir ayrılığına" görə, 16 sentyabr 2019-cu ildə vəzifəsindən azad edilib. O, Ermənistan Futbol Federasiyasının prezidenti (2018-2019) olub.
MTX rəhbəri vəzifəsindən azad edildikdən sonra "Hayrenik" (Vətən) partiyasını yaradıb.
2020-ci il noyabrın 10-dan, Qarabağda atəşkəs haqqında razılaşma imzalandıqdan sonra Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etirazlarda fəal iştirak edir.
Artur Vanetsyanın Vətən Partiyasının şansları nəinki seçkilərdə qalib gəlmək, hətta parlamentə mandat almaq üçün kifayət qədər səs toplamaq imkanları belə çox aşağı dəyərləndirilir. Vanetsyanın seçkilərə başqa partiyalarla blokda qatılacağını ehtimal etmək olar.
Edmon Marukyan
Edmon Marukyanın Zəkalı Ermənistan Partiyası və Nikol Paşinyanın Vətəndaş Müqaviləsi Partiyası 2007-ci il parlament seçkilərində "Yelk" (Çıxış) vahid liberal siyasi partiya alyansı tərkibində iştirak ediblər.Edmon Marukyan 1981-ci ildə Ermənistan SSR, Kirovakan (indiki Vanadzor) şəhərində doğulub.
Hüquq müdafiəçisi, siyasi xadim, Zəkalı Ermənistan Partiyasının təsisçisi və rəhbəri, eyni adlı parlament fraksiyasının sədridir.
Marukyan İnsan Haqları və Hüquqi Məsələlər üzrə Avropa Şurası Parlament Assambleyası Komitəsi sədrinin müavinidir.
Edmon Marukyan rəhbərlik etdiyi Zəkalı Ermənistan partiyasının seçkilərdə qalib gələcəyi təqdirdə baş nazir vəzifəsinə iddia etdiyini gizlətmir.
Zəkalı Ermənistanın hazırda Milli Məclisdə 17 nümayəndəsi var. Onun əsas elektoratı doğma Vanadzor şəhərinin vətəndaşları, ziyalılar və hüquq müdafiəçiləri hesab edilir. Mövcud hakimiyyətin fəaliyyətindən müəyyən sayda narazı vətəndaşların da Zəkalı Ermənistana səs verməsini ehtimal etmək olar. Lakin istənilən halda, Zəkalı Ermənistanın hazırda olduğundan artıq deputat mandatı əldə etməsi şübhə doğurur.
Levon Ter-Petrosyan
Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyan 2021-ci il Qarabağ müharibəsində məğlubiyyətdən sonra ölkədə yaranmış siyasi böhranın səngiməsi üçün Nikol Paşinyana Baş nazir vəzifəsindən istefa verib ölkəni tərk etməyi tövsiyə edib.Levon Ter-Petrosyan 1945-ci ildə Suriyanın Hələb şəhərində anadan olub, 1946-cı ildə onun atası ailəsi ilə Ermənistan SSR-yə köçüb.
Levon Ter-Petrosyan Erməni Milli Konqresi Partiyasının təsisçisi və rəhbəridir.
1990-1991-ci ildə Levon Ter-Petrosyan Ermənistan SSR Ali Sovetinin sədri olub.
O, Ermənistan Respublikasının birinci Prezidentidir. O bu vəzifəyə 1991-ci ildə prezident seçkisindəki qələbədən sonra gəlib. 1996-cı ildə Ter-Petrosyan daha 5 il müddətinə ölkənin Prezidenti seçilib, lakin 1998-ci ilin fevralında istefa verib.
İstefa səbəbi Ermənistan hökumətində parçalanma olub. Baş nazir Robert Koçaryan, müdafiə naziri Vazgen Sarkisyan və daxili işlər naziri Serj Sarkisyan Prezident Ter-Petrosyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması planına qarşı çıxıblar.
Levon Ter-Petrosyan münaqişə zonasının silahsızlaşdırılmasını və 1992-1993-cü il döyüşləri nəticəsində ələ keçirilmiş bir sıra yaşayış məntəqələrinin Azərbaycana qaytarılmasını təklif edirdi.
Nikol Paşinyanın siyasətdə "xaç atası" hesab edilən Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da son vaxtlar siyasi fəallığı ilə gözə çarpır.
Ter-Petrosyan Qarabağ müharibəsində məğlubiyyətdən sonra Nikol Paşinyanın istefa verib ölkəni tərk etməsini məsləhət görüb və erkən parlament seçkisinin Paşinyan hakimiyyəti tərəfindən təşkilinə qarşı çıxış edib.
Eyni zamanda, Ermənistanın ilk Prezidenti Levon Ter-Petrosyan və onun rəhbərlik etdiyi Erməni Milli Konqresi Partiyası iyunun 20-də keçiriləcəyi gözlənən növbədənkənar parlament seçkisində iştirak etmir.
Nikol Paşinyan
Nikol Paşinyan rəhbərlik etdiyi 2018-ci il məxməri inqilabı zamanı olduğu kimi, 2021-ci il iyunun 20-də ehtimal olunan erkən parlament seçkilərində də "xalq dəstəyinə" güvənir. Fevralın 25-də onun çağırışı ilə on minlərlə insan mitinqə toplaşmışdıNikol Paşinyan 1975-ci ildə Ermənistan SSR-nin İcevan şəhərində doğulub.
2012-ci ildən 2018-ci ilədək Ermənistan parlamentinin üzvü olub. 2018-ci ildə o, rəhbərlik etdiyi məxməri inqilab nəticəsində Serj Sarkisyan hakimiyyətinin devrilməsinə nail olub və həmin il mayın 8-dən Ermənistanın Baş naziri vəzifəsinə təyin olunub.
Paşinyan daha əvvəl jurnalistika ilə məşğul idi, bir neçə mətbu orqanda redaktor olub.
Hər necə olsa da, hələ ki, bu gün Nikol Paşinyan ölkədə ən populyar siyasətçi kimi qiymətləndirilir, bəzi siyasi təhlilçilərin qənaətinə görə, onun rəhbərlik etdiyi "Mənim addımım" hərəkatı yüksək reytinqə sahibdir. O özü "xalqın dəstəyinə" malik olduğunu dəfələrlə vurğulayıb və fevralın 25-də Yerevanda keçirdiyi mitinq və yürüş bunun sübutu kimi də dəyərləndirilə bilər. O zaman onun çağırışı ilə meydana on minlərlə insan çıxmışdı.
Lakin Paşinyanın bu 30 faizlik reytinqi (fevral sorğusunun nəticəsinə görə) get-gedə azalmaqdadır. Bu gün Ermənistanda əksər respublika televiziya kanalları Serj Sarkisyan və Robert Koçaryan hakimiyyətində təmsil olunan ya onlara yaxın qüvvələrə məxsusdur. Bu mediada şəxsən onun və onun başçılıq etdiyi hökumət əleyhinə şiddətli təbliğat aparılır. Rəqib siyasi qüvvələrdən başqa, Paşinyanın istefasını ölkənin din və tanınmış elm və mədəniyyət xadimləri də tələb edir.
Paşinyanın seçki kampaniyası əsnasında əhali qarşısında çıxışları ilə elektoratını saxlamaq imkanları da məhduddur. Sosioloji sorğuya əsasən, respondentlərin yalnız 33 faizi seçkilərdə iştirak etməyə hazır olduğunu bildirib, 44 faizi iştirak etmək niyyətində deyil.
Koronavirus pandemiyası seçkiyə qatılacaq bütün qüvvələr üçün seçkiqabağı təbliğat keçirmək problemini yaradır. Lakin Paşinyanın komandası üçün bu daha mürəkkəb olacaq, çünki Qarabağ müharibəsində məğlubiyyətdən sonra o, hətta hökumət binaları arasında onlarla polis əməkdaşlarının əhatəsində hərəkət etməyə məcburdur.
Eyni zamanda, Paşinyanın öz stabil elektoratı var, hansı ki, təbliğat kampaniyası keçirilmədən də səslərini ona verəcək.
"Lakin bu elektoratın 50 faizdən artıq olduğunu demək çətindir. Paşinyanın qələbəsi üçün 50+1 faiz səs təmin ediləcəyi də şübhəli görünür," - politoloq Armen Badalyan Sputnik Armenia agentliyinə müsahibəsində deyib. /BBC
Paylaş:
Müəllif :
Fuad
Tarix:28-03-2021, 09:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Bu gün, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Bu gün, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Bu gün, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
Dünən, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
Dünən, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
Dünən, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
Dünən, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24
Abşeronun başçısı QƏZA yaratdı, dövlət qurumları TƏCİLİ Xırdalana ÇAĞIRILDI – Fotolar
19-12-2024, 14:22
4 saylı idarə rəisi niyə dövlət qulluqçusu deyil? - Asif Məcidovun diplomu da prolemlidir
19-12-2024, 11:19