reklam
Regionxeberlericom.az » Siyasət » Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Moskva görüşü – Masada nələr var?

reklam

Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Moskva görüşü – Masada nələr var?



"Aprelin 2-də Rusiyada Azərbaycan, Ermənistan və Rusiyanın xarici işlər nazirlərinin görüşü baş tutacaq. Bu görüşdə kommunikasiyaların açılması müzakirə ediləcək. Azərbaycan konkret təkliflərlə belə bir görüşə qatılmalıdır”.

Sfera.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, şərtlərdən biri Ermənistanın rəsmi şəxslərinin Qarabağa səfərlərinin dayandırılması olacaq: "İkincisi, Ermənistan rəsmiləri "Qarabağ münaqişəsi” terminindən imtina etməli, buradakı silahlı erməni birləşmələrini ləğv etməlidir. Ermənistan Qarabağa vəsait ayırmamalıdır. Həmçinin Sülhməramlı qüvvələrinin fəaliyyəti dəqiqləşdirilməlidir. Rusiya tərəfi prosesi əngəlləyir və silahlı erməni birləşmələrinin ərazilərdən çıxarılmasında maraqlı görünmür. Ermənistan tərəfi kommunikasiyaların açılmasında maraqlıdır. Amma sülhün əldə edilməsi üçün şərtlərin yerinə yetirilməsi mütləqdir”.

Politoloq vurğulayıb ki, Rusiya sülh müqaviləsinin bağlanmasında maraqlı deyil: "Ermənistan tərəfi seçkiyə qədər Rusiyanın istəklərini yerinə yetirəcək. Seçkidən sonra Ermənistanda siyasi mənzərə formalaşacaq və rəsmi Bakı öhdəlikərin yerinə yetirilməsini konkret tələb etməlidir”.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla da görüşəcək.

Görüş aprelin 2-də MDB Xarici İşlər Nazirləri Şurasının toplantısı çərçivəsində keçiriləcək.


Paylaş:


Müəllif : Tarix:
29-03-2021, 16:54
Sikayət   


loading...
Загрузка...