NATO-nun Rusiyanı sıxışdırmaq üçün yeni planı – Şərh

Hesab edirəm ki, NATO-nun Rusiyadan gələn nüvə təhdidilə əlaqədar yeni hərbi strategiya qəbul etməsi çox doğru qərardır. Bununla NATO özünümüdafiə mövqeyini tututur.
Bu sözləri NATO-nun Rusiya təhdidlərinə qarşı qəbul etdiyi yeni hərbi strategiya barədə danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. O bildirib ki, NATO-nun qəbul etdiyi yeni hərbi strategiyanın məqsədi Rusiyanı Şərqi Avropada sıxışdırmaqdır:
“Rusiya və NATO arasında münasibətlərə nəzər salsaq görərik ki, soyuq müharibə dönəmindən - 1990-cı illərin əvvəlindən sonra münasibətlər düzəlməyə başladı. Lakin 2000-ci ildən NATO və Rusiya arasında yenidən gərginlik yarandı. Burda birmənalı olaraq ABŞ-ın rolu böyükdür, çünki NATO dövlətləri arasında əslində Rusiya ilə bağlı vahid fikir mövcud deyil. Sadəcə olaraq, Şərqi Avropa ölkələri Rusiyadan gələn təhdidlərlə bağlı tez-tez məsələ qaldırır. Ukraynanın Krım yarımadasında və Donbas vilayətində baş verənlərdən sonra ABŞ və NATO raketlərini Şərqi Avropada yerləşdirdi. Məqsəd Polşa və Baltikyanı ölkələrini Rusiyadan qorumaq idi. NATO-nun verdiyi bu qərara, hesab edirəm ki, ehtiyac var idi. Bu, gələcəkdə müdafiəyə hazır olmaq və stabilliyi təmin etmək üçün NATO-nun atdığı addımdır. Həmçinin yeni strategiya bu gün dünyada baş verən hadisələrin göstəricisidir”.
Qeyd edək ki, NATO-nun Baş katibi Yens Stoltenberq NATO-nun Rusiyadan gələn nüvə təhdidilə əlaqədar olaraq yeni hərbi strategiya qəbul edəcəyni bildirib.
Paylaş:
Müəllif : Redaktor
Tarix:26-05-2019, 10:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:26-05-2019, 10:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:52
Bu gün, 12:39
Dünən, 13:07

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB

Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:- Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -TƏFƏRRÜAT