Bulqakovun Xankəndinə "sürpriz" səfəri: - “Azərbaycan prosesləri diqqətlə izləməlidir”
“Rusiya Müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakovun Xankəndinə burada sülhməramlı qüvvələr üçün tikilən şəhərciklərin açılışında iştirakı ilk nöbədə Azərbycanın razılığı ilə olmalıdır”.
Cebhe.info-nun xəbərinə görə, bu barədə MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib:
“Ümmiyyətlə, Rusiya tərəfi məhz Azərbayacanın razılığı ilə burada sülhməramlı missiyada iştirak edir. Amma Rusiya tərəfi elə bir siyasət ortaya qoyur ki, Qarabağ fəaliyyətində müstəqil siyasət aparır. İlk növbədə Rusiyanın burada atdığı addımlar Azərbaycanla razılaşdırlmaldır. Rusiya 1960 nəfərdən ibarət olan şəxsi heyəti üçün şəhərciklər inşa edir. Bunların açılışına Rusiya Müdafiə nazirinin müavini, ordu generalı qatılır. Qeyd edim ki, Bulqakovun xüsusi missiyası mübahisəli regionalara səfər etmək və prosesləri qızışdırmaqdan ibarətdir.
Onun Qarabağa gəlişi sıradan bir açılış lentini kəsmək məqsədilə deyil. Görünür, Rusiyanın burada yeni hədəfləri var və Rusiya Türkiyə əlaqələrinin Suriyada gərgin mərhələyə keçidi fonunda Qarabağa belə bir səfər ciddi hadisədir. Azərbaycan prosesləri diqqətlə izləməli, Rusiyanın burada öz silahlı qüvvələrinin artırılmasına imkan verməməlidir”.
Politoloq bildirir ki, bundan əlavə, Qarabağadakı şəhərciklərin bir qisminin silahlı erməni birləşmələrinin istifadəsinə verilməsi mümkündür:
“Azərbaycan Xankəndi və ətrafında Rusiyanın artan hərbi imkanlarına qarşı kompleks tədbirlər görməlidir. Prezident İlham Əliyevdə Rusiyanın sülhməralı siyasətindən narazıdır. Rusiya Qarabağda fəaliyyətini inkişaf etdirməklə, bütövlükdə sülh və təhlükəsizliyi təhdid edəcək”.
Paylaş:
Müəllif : Yazar
Tarix:31-03-2021, 15:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:31-03-2021, 15:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Dünən, 11:52