reklam
Regionxeberlericom.az » Siyasət » Sensasion iddia: Şuşaya da sülhməramlı yerləşdirilir? - Gərgin danışıqlar!

reklam

Sensasion iddia: Şuşaya da sülhməramlı yerləşdirilir? - Gərgin danışıqlar!



Məlum olduğu kimi, dünən Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş keçirilib. Sonra isə Azərbaycan və Rusiya dövlət başçıları telefonla danışıblar. Kremlin təlaşının səbəbi nədir? Yenə nə oldu ki, rəsmi Moskva özünü “qış yuxusu”ndan oyanmış kimi aparır? Versiyalar müxtəlifdir.

Bu baxımdan “Ağ” Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədlinin də fikirləri səciyyəvidir. O, məsələ barədə “Sherg.az”a danışanda dedi:

“Bilirsiniz ki, “İsgəndər” raketi ilə bağlı mübahisələr davam edir. Raketin Gümrüdəki rus hərbi bazasından atılması Paşinyanın haqlı olduğunu, şimal qonşumuzun isə yalan danışdığını göstərdi.

Üstəgəl, Rusiyanın Müdafiə Nazirinin müavininin Qarabağa bizdən icazəsiz səfəri, orada müxtəlif müəssisələrin açılışında iştirak etməsi rəsmi Bakıda haqlı narazılıq yaradır.

Hətta Xankəndi kimi, Şuşada da sülhməramlıların yerləşdirilməsinə dair iddialar var. Dünənki telefon danışığı barədə rəsmi məlumat budur ki, hər iki prezident atəşkəsin davamlılığından məmnunluğunu bildirib.

Amma ANAMA-nın “İsgəndər” raketi ilə bağlı yaydığı süjet tərəflər arasında münasibətlərin “soyuduğu”nu göstərir. Deməli, Xankəndi ətrafında anti-terror əməliyyatlarının keçirilməsi ehtimalı çoxdur. Çünki 10 noyabr razılığına əməl edilmir”.

Ə.Məmmədlinin sözlərinə görə, rəsmi Bakının növbəti əməliyyat ehtimalı tam realdır:

“Türkiyə ilə iki dəfə keçirilən hərbi təlimlər və həmin hazırlıqlarda xüsusi təyinatlı qoşunların iştirak etməsi də təsadüfi deyil. Əlbəttə, Moskva antiterror əməliyyatlarının qarşısını almaq istəyər.
Lakin reallıqları nəzərə almaq lazımdır. Birincisi, Rusiyanın kifayət qədər çox problemləri var. İkincisi, Azərbaycan Qarabağın 70-80 faizini azad edib.

Odur ki, rəsmi Bakı qətiyyət göstərsə və Türkiyə yanımızda olsa(Hər zaman yanımızdadır), antiterror əməliyyatları mütləq keçiriləcək”.


Paylaş:


Müəllif : Tarix:
2-04-2021, 17:20
Sikayət   


loading...
Загрузка...