Trampın mafioaz ortağının planı: “Putinin dostlarına yaxınlaşıb 400-500 milyon dollar nəğd istəyəcəkdik…”
ABŞ-da xüsusi prokuror Robert Müllerin prezident Donald Tramp və komandası ilə Rusiya hakimiyyəti arasında gizli sövdələşmə barədə iki ilə yaxın davam edən təhqiqatı “yetərli sübutların” tapılmaması ilə başa çatsa da Konqres araşdırmaları davam etdirir. Demokratlar əmindir ki, Müllerin hesabatı Trampı təmizə çıxarmır və onunla Kreml arasında sövdələşmə hər halda mövcud olub. Həmin mümkün sövdələşmənin epizodlarından biri də Moskvada Trampın adını daşıyan göydələnin tikintisi planları idi.
“Forbes” jurnalı bu epizod üzrə öz araşdırmasını aparıb və belə nəticəyə gəlib ki, Tramp həqiqətən azərbaycanlı milyarder Araz Ağalarovla şərik olub Moskvada “Trump Tower” göydələnini tikməyə hazırlaşırdı. Lakin prezident seçkilərində qalib gələndən sonra bu plandan imtina etməli olub.
Moskvada Trampın adını daşıyan göydələnin tikintisi ideyası onun keçmiş ortağı, iki dəfə mühakimə olunmuş və FTB-nin çoxdankı xəbərçisi Felisk Seyter idi. Jurnal yazır ki, Seyter həmin planı Nyu-York restoranlarından birinin gözdən uzaq küncündə müzakirə edib. “Çox çirkli martini (araq və vermut əsasında hazırlanan kokteyl) gətirin. Rus arağı ilə”-o ofisianta deyir. Və əlavə edir: “Qəsdçilərin martinisi”.
Hazırda Trampın aktivlərini idarə edən “Trump Organization” holdinq şirkətindən kənarda ABŞ prezidentinin Rusiya ilə əlaqələri haqda Seyterdən çox bilən yoxdur. O, hələ 2006-cı ildə milyarderin oğlu və qızı ilə birlikdə Moskvada olub, potensial biznes imkanlarını araşdırıb. 2007-ci ildə isə Trampın özü ilə birlikdə Nyu Yorkda “Trump SoHo” otelinin açılışında iştirak edib. Həmin otelin tikintisində Seyter şəxsən iştirak etmişdi və kompleksə daxil olan apartamentlərin bir qismini zəngin ruslara satmışdı. 2016-cı ildə isə həmin Seyter Moskvada “Trump Tower”-in tikintisi planlarını müzakirə edib.
Nyu-York restoranında ofisiant Seyterin sifarişini yerinə yetirir və bu mafioz kokteyl qədəhini qaldırıb tost deyir: “Burulğanlı dövranın sağlığına”.
“Forbes” bildirir ki, xüsusi prokuror Müller Trampın Moskvada göydələn inşası planını araşdırıb, amma detallara girməyib. İndi isə jurnal baş tutmayan bu sövdələşmə üzrə əsas suallara cavab tapa bildiyini yazır.
“Məsələn, biz bu suala cavab tapa bildik ki, Seyterin planına əsasən Moskvada “Trump Tower”-in tikintisinə pulu kimlər qoymalı idi. Tramp layihədə lisenziya sahibi kimi iştirak edirdi və bilavasitə inşaata pul qoymağa hazırlaşmırdı. Amerikalı milyarderin rusiyalı rəsmi ortağı Andrey Rozov da bu işə pul qoymaq niyyətində idi. Seyter deyir ki, o sövdələşmədə broker kimi iştirak edirdi və maliyyəni kənardan cəlb etməyə hazırlaşırdı”-jurnal yazır.
Məlum olur ki, Seyter Putinin milyarder dostları-Arkadi və Boris Rotenberq qardaşlarının pulu hesabına binanı tikməyi planlaşdırıb. “Biz ona yaxınlaşacaqdıq və 400-500 milyon dollar nəğd pul xahiş edəcəkdik”-“Forbes”in həmsöhbəti bildirir
Daha bir mühüm sual: Tramp bu layihədən nə qədər qazana bilərdi? Həm Robert Müller, həm Trampın keçmiş vəkili Maykl Koen publik olaraq deyiblər ki, göydələn Trampı “bir neçə yüz milyon dollar” varlandıra bilərdi.
Lakin sənədləri diqqətlə araşdıranda və ekspertlərlə söhbət edəndə məlum olur ki, bu çox şişirdilmiş qiymətləndirmədir. Əgər hər şey plan üzrə getsəydi Tramp layihənin işə düşməsi zamanı 35 milyon dollar, daha sonra ildə 2.6 milyon dollar qazanardı. Feliks Seyter deyir ki, ən yaxşı halda onun qazancı 50 milyon dollar olacaqdı.
Müllerin hesabatında deyilir ki, 2013-cü ildə “Trump Organization” Trampın adının milyarder Ağalarovun “Crocus City Hall” kompleksinin yanında tikiləcək göydələnə verilməsinə razılaşıb. Bunun əvəzində Tramp binadakı mənzillərin satışından 3.5 faiz əldə edəcəkdi. Əgər bütün mənzillər satılmış olsaydı Tramp 17 milyon dollara yaxın qazanardı.
Lakin Rusiyaya qarşı sanksiyalar, neftin kəskin ucuzlaşması, daşınmaz əmlak bazarının çökməsi kimi amillər layihəyə mane olub. Tərəflər danışıqları dayandırmalı olublar və layihədən vaz keçiblər.
Daha bir mühüm məqam: Seyter planlaşdırırdı ki, tikiləcək göydələnin penthausunu Rusiya prezidenti Vladimir Putinə hədiyyə edərək bunun sayəsində qalan mənzilləri rusiyali oliqarxlara satmaq olar. Lakin Seyter israr edir ki, Rusiya prezidentini ələ almağa hazırlaşmırdı.
“Putinin kimisə ciddi qəbul etməsi üçün həmin adamın azı 1 milyard dollar pulu olmalıdır. Konqresmenlər Nensi Pelosi və Adam Şiff nə qədər istəsələr boşboğazlıq edə bilərlər, amma Putini penthausla ələ almaq mümkün deyil”-o bildirir.
Paylaş:
Müəllif : Redaktor
Tarix:27-05-2019, 09:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:27-05-2019, 09:12
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:52
Pekin ilk növbədə Suriyadakı Türküstan İslam Partiyası üzvlərinin tərksilah olunmasını istəyəcək
Dünən, 19:00
Sumqayıt Tibb Mərkəzində BİABIRÇILIQ - 10 gün əvvəl xəbər verməlidir, canı çıxsın, yıxılmasın
Dünən, 10:45
Miqrasiya Xidmətində ŞOK HƏBSLƏR: Həsənovlara da sıra çatdı... - Kərəm Həsənov müdaxilə edirsə...
Dünən, 08:54
Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin rəhbərliyi qış yuxusunda... - İTTİHAM VAR...
16-12-2024, 14:08
Təxribat və girov götürmə cinayətlərini planlaşdıran ekstremist qruplaşma - İfşa edildi
16-12-2024, 11:42