"Rusiya sülhməramlı qüvvələrinin əlində ermənilərin bizə vermədikləri xəritələr var" - İLGİNC
Minalar müharibələrin gedişində və postmüharibə dövründə ən böyük təhlükə hesab olunur. Hərbi sahə üzrə bəzi xüsusi qaydalar var ki, bunlardan biri də minalanmış ərazilərin mütləq şəkildə xəritələrinin tərtib olunmasıdır. Həmin xəritələrdə minalı ərazilər barədə məlumatlar yer alır. Bəzən münaqişə tərəfləri düşmənçilik siyasətini davam etdirərək, müharibə yekunlaşandan sonra bu xəritələri verməkdən imtina edirlər. Yaxud da təqdim olunan xəritələr minalı ərazilərin real mənzərəsini əks etdirmir.
44 günlük Vətən müharibəsi ilə ərazi bütövlüyünü bərpa edən Azərbaycan da oxşar problemlə üz-üzə qalıb. Hərbi əməliyyatların yekunlaşmasından aylar keçməsinə baxmayaraq, Ermənistan xəritələri verməkdən boyun qaçırır. Yerevan hökuməti bununla sülh prosesinə mane olmaqla yanaşı, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdış prosesini ləngitməyə çalışır. İndiyədək işğaldan azad edilmiş ərazilərdə xeyli sayda mülki insanın və hərbiçinin həlak olması faktı üzrə cinayət işi açılıb.
Son məlumatlara görə, üçtərəfli bəyanat imzalandığı vaxtdan bugünədək işğaldan azad olunmuş ərazilərimizdə mina partlaması nəticəsində aralarında 14 nəfəri mülki şəxs olmaqla, 20 nəfər vətəndaşımız həlak olub. Eyni zamanda, 85 vətəndaşımız ağır yaralanıb. Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, mina xəritələrinin verilməməsi regionda sülh və etimadın qarşısını alır. Həm də mülki əhaliyə təhlükələr yaradır. H.Hacıyev qeyd edib ki, mülki əhali minaların hədəfi olmamalıdır:
“Beynəlxalq humanitar hüquqa əsasən Ermənistan Azərbaycanın mülki əhalisinin hüquqlarını kobud şəkildə pozur. Ermənistan həmçinin beynəlxalq qanunları pozaraq mina xəritəsini Azərbaycana təqdim etməkdən imtina edir. Minalar Azərbaycan əhalisinə qarşı qırğındır və işğaldan azad edilmiş ərazilərin bərpasını ləngidir”.
Ermənistanın təxribatçı davranışını “Şərq”ə təhlil edən AMİP sədri Arzuxan Əlizadə deyib ki, ermənilər Azərbaycana qarşı düşmənçilik mövqeyini israrla davam etdirir. Partiya rəhbəri vurğulayıb ki, Yerevan tərəfi konkret şəkildə 10 noyabr üçtərəfli Bəyanatının müddəalarını pozur:
“Ermənistanda revanşist fikirlərin ardı-arxası kəsilmir. Hətta rus sülhməramlılarının Qarabağa daşıdığı ermənilər də müharibə ritorikası ilə çıxış edirlər. Əslində Ermənistanın xəritəni verməməkdə israr etməsinin səbəbləri və çirkin məqsədi bizə bəllidir. Düşmən ölkə həm regional əməkdaşlıq prosesini uzatmağa çalışır, həm də Azərbaycan tərəfində itkilərin sayının çoxalmasını arzulayır. Bəs, Rusiyanın səsi niyə çıxmır?! Qarabağın dağlıq hissəsi “sülhməramlı” hesab edilən rus hərbçilərinin məsuliyyətindədir.
10 noyabr Bəyanatının altında Rusiya rəhbərinin imzası var. Minalanmış bölgədə xidmət göstərən Rusiya sülhməramlılarından xəritələrlə bağlı bugünədək heç bir məntiqli açıqlama gəlməyib. İndiyə qədər ancaq Azərbaycan vətəndaşları işğaldan azad edilmiş ərazilərdə minalara düşüblər. Ötən müddət ərzində rus hərbçilərindən minaya düşərək həlak olan yoxdur. Səbəbi odur ki, Rusiya sülhməramlı qüvvələrinin əlində ermənilərin bizə vermədikləri xəritələr var”.
A.Əlizadənin fikrincə, Qarabağda minalanmış ərazilərin xəritələri həm Ermənistan Ordusunda, həm separatçılarda, həm də Rusiya Silahlı Qüvvələrində mövcuddur:
“Ermənistan Rusiyanın forpostu olub və Kremlin icazəsi olmadan hansısa hərbi əməliyyatı icra etməyib. Ona görə də xəritəni ermənilərlə yanaşı, Rusiyadan da tələb etməliyik. Qarabağdakı rus hərbçiləri deyirlər ki, qısa vaxt ərzində öz məsuliyyət dairələrində olan ərazilərin böyük hissəsini minalardan təmizləyiblər.
Bu faktın özü sübut edir ki, Rusiya tərəfində minalanmış əraziləri əks etdirən dəqiq xəritələr var. Əks halda, bu qədər qısa zamanda, özü də itki vermədən ərazilərin təmizlənməsini necə izah etmək olar?! Belə görünür ki, xəritələrin verilməməsi ilə bağlı Yerevanla Moskvanın maraqları üst-üstə düşür”.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-04-2021, 13:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-04-2021, 13:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39