Azərbaycanın diversantlar məsələsində mövqeyi qətidir - onlar əsir deyil və cəzalarını alacaqlar!
Aprelin 9-da Bakıdan İrəvana uçan təyyarənin “Erebuni” hava limanına boş enməsi Ermənistanı qarışdırdı. Müdafiə Nazirliyinin qarşısında keçirilən etiraz aksiyası iştirakçılarına “Azərbaycan hərbi əsirləri qaytarıb” xəbərinin çatdırılmasından sonra bir çoxları hava limanına üz tutsa da, kor-peşman geri qayıdıblar.
Sonradan məlum olub ki, Rusiya sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradov təyyarədə tək olub. “Azatutsyun” radiosu və İctimai Televiziya isə “Erebuni” aeroportundan canlı yayım veriblər, təyyarənin boş endiyi xəbərini alınca, canlı yayım dayandırılıb.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti ilə görüşdə də Azərbaycanda həbsdə saxlanılan erməni terrorçuların - onları “hərbi əsir” adlandırdı - azad olunması zərurətindən bəhs etmişdi və Putindən kömək istəmişdi. Azərbaycan isə dəfələrlə bəyan edib ki, hərbi əsirlər son nəfərinədək İrəvana qaytarılıb, saxlanılanlar 10 noyabr bəyannaməsinin imzalanmasından sonra Azərbaycan ərazisinə keçən və Qarabağda cinayət törədən terrorçulardır.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da 8 apreldə İƏT Baş katibi Yusif Bin Əhməd Əl-Osaymin ilə keçirilən birgə mətbuat konfransında bildirib ki, “hərbi əsirlər mövzusu artıq həllini tapıb və bu mövzu bağlanıb”. Nazir bildirib ki, Azərbaycan beynəlxalq münasibətlərdə öz məsuliyyətini dərk edir: “10 noyabr bəyanatından sonra da Azərbaycan öz məsuliyyətli mövqeyini sərgilədi. Azərbaycan tərəfi 10 noyabrdan sonra Ermənistana 70-dən artıq hərbi əsir verdi, Ermənistan isə Azərbaycan tərəfinə 12-yə qədər hərbi əsir qaytarıb. Hazırda Ermənistan tərəfindən qaldırılan məsələ 10 noyabrdan təqribən bir ay sonra yaranan bir məsələdir. 10 noyabr razılaşmasına əsasən, Azərbaycanın nəzarətində olan ərazilərdə Ermənistan hərbçilərin yerləşdirilməsi, təxribatlar törədilməsi nəticəsində 4 Azərbaycan hərbçisi həlak olub, bir mülki şəxs yaralanıb”.
XİN rəhbəri qeyd edib ki, Azərbaycan tərəfindən aparılan əməliyyat nəticəsində ermənilərin həmin qrupu zərərsizləşdirilib və 62 nəfər tutulub: “Aparılan istintaq nəticəsində həmin şəxslərin 26 noyabr tarixində Azərbaycan ərazilərində yerləşdirilməsi öz təsdiqini tapıb. Onlar demək olar ki, hamısı Ermənistandan olan insanlardır. Azərbaycan qanunlarına əsasən, həmin insanlar cinayət əməli törədiblər. Şəxsin hərbi əsir adlandırılması üçün hərbi əməliyyatlar olmalıdır, lakin bu olmadıqda onları terrorçu adlandırmaq olar. Azərbaycan bu barədə beynəlxalq təşkilatları məlumatlandırıb. Biz bununla bağlı beynəlxalq təşkilatlara müraciət etmişdik, bu əməllərin regionda təhlükəsizliyə ciddi təhdid olduğunu və bununla bağlı Ermənistana ciddi təzyiqin göstərilməsinin vacibliyini vurğulamışdıq. Ermənistan tərəfi indi bu kimi spekulyasiyalarla özünün üçtərəfi bəyanata zidd addımlarını gizlətmək istəyir”.
Nazir vurğulayıb ki, üçtərəfli bəyanata əsasən, Ermənistan hərbçiləri qeyd-şərtsiz Azərbaycan ərazilərini tərk etməlidir, lakin biz hələ də görürük ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərində hərbçilər yerləşdirməyə cəhd edilir: “Hətta erməni valideynlər də buna etiraz edir, övladlarının Azərbaycan ərazisinə göndərilməsinə etiraz edirlər, valideynlər həmçinin övladlarının gecə vaxtı, mülki nəqliyyat vasitələri ilə tikinti işləri adı altında Azərbaycan ərazilərinə yerləşdirilməsi cəhdlərindən danışırlar. Azərbaycan tərəfi bununla bağlı məlumatları aidiyyəti beynəlxalq qurumlara təqdim edib”.
Eyni gündə Rusiya prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti ilə telefonla danışması, həmçinin Rusiya baş prokurorunun əvvəl İrəvana, daha sonra Bakıya səfəri erməniləri ümidləndirmişdi. Onlar hesab edirdilər ki, baş nazir Nikol Paşinyanın Putinlə görüşündən sonra terrorçuların azad olunması reallaşa bilər. Amma Qarabağ zəfərindən sonra prosesləri diktə edən Bakı bu dəfə də prinsiplərinə sadiq qaldı və düşmənə dərs verdi.
Qarabağ döyüşlərində itkin düşmüş hərbçilərin yaxınları isə ötən gün də Ermənistan Müdafiə Nazirliyini mühasirədə saxlayıb. “Yeni Müsavat” erməni mediasına istinadən xəbər verir ki, nazirliyin binasının giriş-çıxışı tam qapadılıb, əməkdaşlar binanı tərk edə və ya içəri daxil ola bilmirlər.
Aprelin 9-da Ermənistanın Şirak vilayətindən olan sakinlər etiraz aksiyası keçiriblər. Sakinlər Gümrü- İrəvan yolunu bağlayıblar. Etirazçıların Aşotsk və Vanadzor magistralını da blokladığı xəbər verilir. “Bizim tələbimiz birdir: yaxınlarımızın geri qaytarılması, başqa tələbimiz yoxdur”, etirazçılardan biri deyib.
Beləliklə, Azərbaycan Rusiyanın sözünü yerə salıb, erməni terrorçuları təhvil vermədi. Bunun əsaslandırılması odur ki, 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyannamədən sonra Azərbaycan tərəfdə yaxalanan erməni silahlıları cinayətkar kimi həbs edilib. Azərbaycan tərəfin bu qətiyyətli addımı Ermənistanı qarışdırıb. Ermənistan tərəfin minalanmış ərazilərin xəritəsini vermədiyi üçün həmin terrorçuları ölkələrinə verilmədiyi də bildirilir.
Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a bu mövzuda açıqlama verərkən əvvəlcə Ermənistanın baş nazirinin Moskva səfərinə diqqət çəkdi və bildirdi ki, terrorçuların azadlığı İrəvan üçün əsas məsələdir: “Paşinyanin Rusiya səfərinin əsas məqsədlərindən biri məhz seçki marafonuna başlamaq üçün ”xeyir-dua" və təlimat almaqdan ibarət idi. Seçkidə isə ona mane ola biləcək əsas məsələlərdən biri də məhz itkin düşən və əsirlərlə bağlı məsələdir. Daha doğrusu, o, dəfələrlə bu şəxslərin valideynləri və qohumları ilə görüşlərində mütləq şəkildə onların qaytarılacağı sözünü verib. Lakin heç bir vədinə də əməl edə bilməyib. Azərbaycan tərəfi bu məsələdə bir neçə humanist addım atıb və dəyişdirilmə prosesində hərbi əsirlərdən qaytarıb".
Lakin millət vəkili bildirdi ki, son vaxtlar ermənilər, istər özlərinin XİN səviyyəsində, digər qurumlar vasitəsilə dünya ictimaiyyətini Azərbaycana qarşı qaldırır: “Mövzu da təbii ki, hərbi əsirlərlə bağlı olur. Azərbaycan diplomatiyası, hökumət və qeyri-hökumət nümayəndələri, ictimai xadimlər, siyasətçilər və hətta deyərdim adi vətəndaşlar səviyyəsində ermənilərin bu yalanı da ifşa edilib. Əlacsız qalan Paşinyan çıxış yolu kimi artıq Rusiya rəhbərliyinə yalvarır. Təbii ki, hüquqi baxımdan heç kim bizə təzyiq göstərə bilməz. Bu, Azərbaycanın daxili işidir və əfv etmək və ya kimi isə buraxmaq Azərbaycan rəhbərliyinin səlahiyyətindədir. Əslində nə baş verir? Ermənilər öz qohumlarının qaytarılması tələbi ilə mitinq və nümayişlər keçirirlər, yolları bağlayırlar və sair. Bu isə seçki öncəsi ən ciddi maneələrdir və Paşinyan buna görə tənqid obyektidir”.
A.Nağıyevin sözlərinə görə, istər ermənilər, istər digərləri birmənalı şəkildə bilməlidirlər ki, biz tərəfdə olan ermənilər hərbi əməliyyatlar bitdikdən sonra, yəni 10 noyabr sazişindən sonra ələ keçiriliblər: “Onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ən azı 3 maddəsi ilə istər terrorçuluq, hərbi cinayətlər, muzdlu hərbi dəstələr yaratmaq və s. ittiham edilirlər. Bu günə qədər 60 nəfər qaytarılıb, sonuncu dəfə yanvarın 28-də biz 5 nəfəri qaytardıq. Erməni tərəfi isə keçən ilin dekabr ayının ortalarında antiterror əməliyyatı çərçivəsində Çaylaqqalada həbs edilən 62 nəfər terrorçunu və cinayətkarı istəyir. İstər Rusiya, istər digərləri də bilir ki onlar hərbi əsirlər deyillər və hədəfləri terror anklavı yaratmaq olub. Bir sözlə, onlarla bağlı cinayət işləri qaldırılıb və istintaq gedir. Onların istər əfvi, istər ekstradisiyası Azərbaycan qanunlarına uyğun şəkildə həll oluna bilər və danışıqlar predmeti deyil”.
QAT sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan həm haqlı, həm də gücü tərəfdir, gücünü də müharibədə göstərib: “Putin bu reallıqla hesablaşır. Əsas da güc məsələsidir, güc olmasaydı, heç kəs, xüsusilə də Rusiya bizimlə hesablaşmazdı. 30 il haqqımızı, haqlı mövqeyimizi tanımadılar. Gücümüzü göstərəndən sonra münasibət dəyişdi. Rusiyanın öz mövqeyi var, ona görə də Ermənistanın hay-küyünə məhəl qoymur. Ermənistan rəhbərliyi aciz durumdadır, vəziyyəti azacıq da olsa düzəltmək, siyasətini qurmaq üçün hər vasitəyə əl atır, yaranmış situasiyanı dəyişdirməyə çalışır”.
A.Nağının sözlərinə görə, reallıq ondan ibarətdir ki, Azərbaycan qalib gəlib, Ermənistanı ağır vəziyyətə salıb: “Normalda Paşinyan bu həqiqəti qəbul edib, yeni reallıqdan çıxış etməli, Azərbaycanın bütün şərtlərini yerinə yetirməlidir. Lakin məğlub Ermənistan bunu qəbul etmək, həzm etmək istəmir. Əvvəlcə çalışdılar ki, beynəlxalq birliyin diqqətini Azərbaycanın guya Ermənistana, ”arsak"ın “müstəqilliyi”nə qarşı “qəsd”inə cəlb etsinlər. Bu cəhdləri alınmadı, Azərbaycan diplomatiyası haqlı mövqeyini sübut edə bildi, həm də hərbi əməliyyatları elə bir səliqə ilə, dəqiqliklə apardı ki, düşmənin söz deməyə yeri qalmadı".
QAT sədri ermənilərin “hərbi əsir” məsələsində də səhvə yol verdiyini qeyd etdi: “10 noyabr razılaşmasından, hərbi əməliyyatlar dayanandan sonra silahlı müqavimət göstərməyə cəhd etdilər. Onlar uğur qazanıb Azərbaycanı fakt qarşısında qoyacaqlarına ümid edirdilər. Amma tam uğursuzluğa düçar oldular. Üstəlik, razılaşmanı pozaraq Azərbaycanın əlinə əlavə təsir imkanları verdilər. Bütün bunların fonunda Azərbaycan ermənilərin silahlı əks-həmlə cəhdini beynəlxalq normalara uyğun olaraq terror aktı kimi təqdim etdi. Dünya, o cümlədən Rusiya bu haqlı mövqenin qarşısında heç nə deyə bilmədi. O da qeyd olunmalıdır ki, rəsmi Bakı ermənilərin bu əsassız iddiasını neytrallaşdırmaq üçün təsirli əks iddianı, mina xəritələri məsələsini ortaya qoya bildi. Burda da beynəlxalq hüquq bizim tərəfimizdədir. Azərbaycan bu mövqeyini davam etdirməlidir. Ermənilərin ”hərbi əsir" dedikləri terrorçular heç bir halda geri qaytarıla bilməz. Onların üzərində məhkəmə prosesi qurulmalı, uyğun və ədalətli hökm çıxarılmalıdır. Bu, həm ədalətin bərpası demək olacaq, həm də ermənilərə qarşı real təsir vasitəsi kimi saxlanılmalıdır. Ermənilər hələ çox oyunlardan çıxacaqlar, heç bir məsələdə onlara güzəştə getməməliyik. Bizim humanistliyimizdən həmişə sui-istifadə etmiş ermənilərə münasibətdə yumşalma və güzəşt elementləri yolverilməzdir".
P.S. Rusiyanın Qarabağdakı sülhməramlı kontigentinin komandanı, general-leytenant Rüstəm Muradov isə jurnalistin Ermənistan rəhbərliyinin məhbusların qayıtmasını elan etməsi məsələsini soruşduqda cavab olaraq deyib ki, bu, yalan və təxribatdır. “Bu, yalandır, bir təxribatdır. Onlardan soruşun. Əhalini aldadırlar. Planlaşdırılmamışdı (məhbusların qaytarılması - red.). Bakıya sadə bir işgüzar səfər idi”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:10-04-2021, 09:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-04-2021, 09:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
25-12-2024, 12:45