reklam
Regionxeberlericom.az » Siyasət » “Vəziyyət gərginləşərsə, Ukraynaya konkret kömək edəcəyik” - Landsbergis

reklam

“Vəziyyət gərginləşərsə, Ukraynaya konkret kömək edəcəyik” - Landsbergis

Litvanın Xarici İşlər nazir Qabrielyus Landsbergis Kiyedən qayıdarkən, bəyan edib ki, o, axıra kimi anlaya bilmir, əslində NATO indiki mərhələdə Ukraynaya hansı köməyi göstərə bilər («RuBaltic.ru.»).

Onun sözlərinə görə, hələlik NATO və Avropa İttifaqı (Aİ) Ukrayna üçün dəqiq siyasi dəstəyi ifadə etməklə, həmrəyliyi saxlaya biliblər.

«Əgər situasiya gərginləşərsə, bu dəstək və konkret addımlar daha da aydın olacaq» - XİN başçısı bildirib.

O, qeyd edib ki, Litva prezidenti Qitanas Nauseda ilə görüşəcək və Kiyev üçün ondan «siyasi dəstək» xahiş edəcək.

«Bu, bizim Ukraynadakı dostlarımızın ilkin xahişidir. Ardınca, əlbəttə, fkirləşmək olar ki, biz nəyi edə bilərik və ya hansı siqnalları, siyasi və digər siqnalları, həm Rusiyaya, həm də Avropadakı və NATO-dakı həmkarlarımıza göndərə bilərik - o baxımdan ki, bu da mühümdür. Litva beynəlxalq formatlarda eşidilən dövlətdir» - Landsbergis əlavə edib.

Bu ərəfədə Landsbergis Latviya və Estoniyadan olan həmkarları ilə birlkdə Kiyevə səfər edib. Ukrayna xarici işlər idarəsinin başçısı Dmitri Kuleba qonaqları Aİ və NATO qarşısında Ukraynaya praktik dəstək göstərmək məsələsini qaldırmağa çağırıb. Bu barədə nazir Kiyevdə Latviya, Litva və Estoniya XİN başçılarının iştirakı ilə keçirilən brifinqdə bəyan edib: «Mən, əminəm ki, Estoniya, Latviya və Litva hər zaman Ukraynanı dəstəkləməyə hazırdırlar - təkcə sözdə yox, həm də konkret fəaliyyətdə…»


Paylaş:


Müəllif : Tarix:
17-04-2021, 00:26
Sikayət   


loading...
Загрузка...