reklam
Regionxeberlericom.az » Siyasət » ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı

reklam

ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı

Azərbaycanın Qarabağ müharibəsində Ermənistanı darmadağın etməsini bir çox ekspertlər həm də bölgədə bəzi böyük ölkələrin təsir imkanlarının artması kimi qiymətləndirir. Hamıdan əvvəl Rusiyanın adı çəkilir. Hər halda, Rusiya "sülhməramlı"larının Qarabağda yerləşdirilməsi Kreml üçün çox əhəmiyyətlidir. İkinci dövlət kimi Türkiyə fərqləndirilir. Azərbaycana açıq dəstək nümayiş etdirən Ankara həm də Qafqazda söz sahibi olduğunu ortaya qoydu.

Rusiyanın “Pravda” nəşri Qarabağda nüfuz mübarizəsindən bəhs edən yazı hazırlayıb. Yazıda ABŞ və Türkiyənin Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq istəyindən danışılıb.

Məqalə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyadan “İsgəndər-M” raketləri barədə hesabat tələb etməsiylə başlayıb: Dövlət başçısı bilmək istəyir ki, həmin raketlər Ermənistan ordusunun əlinə necə düşüb.

“Pravda” yazır ki, “İsgəndər-M” təkcə Rusiya ərazisində istifadə olunur. Nəşr diqqəti İlham Əliyevin açıqlamasıyla yanaşı, ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Corc Kentin fikirlərinə yer verib. Amerikalı diplomat rəsmi Bakının zaman-zaman narazılıq ifadə edəcəyini bildirib. Kent Azərbaycanın Gürcüstanın 2008-ci ildəki taleyini yaşaya biləcəyinə eyham vurub.

ABŞ dövlət katibinin köməkçisi başqa maraqlı ifadələr də işlədib. Kent Qarabağ münaqişəsinin Rusiya üçün manipulyasiya predmeti olduğunu deyib. Amerikalı hökumət nümayəndəsi Rusiya "sülhməramlı"larının bölgədə daha çox qalmasının Azərbaycanı yalnız qıcıqlandıracağını düşünür.

“Pravda” diqqəti bizim ölkədə "sülhməramlı"lara görə narazıların sayının çoxluğuna çəkib. Nəşr hesab edir ki, Moskva zamanla Bakı ilə hesablaşmalı olacaq. Əks halda Azərbaycan "sülhməramlı"ların Qarabağda qalma müddətini azalda bilər.

“Ermənistanda hakimiyyətə radikallar gəlsə, razılaşma ilə hesablaşmaya bilərlər. Buna görə də Moskva maksimum çalışacaq ki, Paşinyan hakimiyyətdə qalsın və legitim seçkilər keçirsin. Hərçənd, Ermənistan xalqı emosionaldır və problemlərini küçədə həll etmək istəmələri mümkündür”.

“Pravda” hesab edir ki, Türkiyənin bölgədə fəallaşması ABŞ-ın ürəyincədir. Çünki Rusiyanın burada təsir imkanlarını azaltmağın effektli yollarından biri də Ankaranın ortaya güc qoyması ola bilər./Bizimyolinfo


Paylaş:


Müəllif : Tarix:
17-04-2021, 09:53
Sikayət   


loading...
Загрузка...