"RUSİYA ÜÇÜN YENİ KONFLİKTLƏR, GƏRGİNLİKLƏR YARADILACAQ..." - "Moskva Ukrayna məsələsində güzəştlər barədə düşünməli olacaq”
Rusiyanın Ukraynaya qarşı hərbi-siyasi təzyiqləri davam edir. Moskva Donbassa nəzarəti əlində saxlamaq və böyük hərbi gücünü hərəkətə gətirməklə bir növ ABŞ başda olmaqla Qərb koalisiyasının Ukrayna məsələsində nə qədər dərinə gedə biləcəyini sınaqdan keçirir. Bir çox mütəxəssislər ABŞ Prezidenti Co Baydenin Rusiya lideri Putinə telefon açaraq ona üçüncü ölkədə görüş təklif etməsi və Moskvanın faktiki olaraq bu təklifdən imtina etməsini Rusiyanın ilk qələbəsi kimi təqdim edirlər. “AzPolitika.info” Rusiyanın Ukrayna və ümumilikdə MDB məkanındakı siyasətilə bağlı Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun şöbə müdiri, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun Azərbaycan ofisinin sabiq icraçı direktoru, alim Fərda Əsədovla müzakirə edib:
- Fərda müəllim, Ukrayna hazırda ABŞ və Rusiya arasında açıq qarşıdurma poliqonunu xatırladır. Ukraynanın indiki vəziyyətini və onun ətrafında cərəyan edən proseslərin yaxın gələcək üçün perspektivini necə görürsünüz?
- Ukrayna şübhəsiz ki, hazırda dünyadakı ən kritik nöqtədir. Bu ölkədə bilavasitə rus millətinin haqları məsələsi ortaya çıxarılıb. Rusiyanın özünün seçdiyi konseptual dövlətçilik yanaşması baxımından sərt yanaşmalar ortaya çıxıb. Ümumi tipoloji məsələ vardır –tədricən siyasi və iqtisadi müstəqillik qazanmaq istəyən postsovet respublikalarının siyasəti Ukrayna timsalında xüsusi kəskinlik qazandı. Hər iki tərəfdən, istər Rusiya, istərsə də Ukrayna tərəfindən kompromisdən uzaq, sərt siyasət sərgilənir. Ukrayna üçün bu, yeganə şansdır ki, məsələni daha kəskin və qətiyyətli qoyaraq, problemin birdəfəlik həllinə nail olsun. Son bir neçə gün ərzində ABŞ prezidentinin bəyanatlarını da nəzərə alsaq, görərik ki, sanki Qərb, xüsusilə ABŞ daha sərt mesajlar göndərir, bir növ Ukraynanın ərazi bütövlüyünü və müstəqil siyasət yürütmək haqqını prioritet məsələ sayırlar. Bu, sözsüz ki, keçmiş SSRİ respublikalarının tam müstəqillik qazanması prosesində ən kəskin məqamlardan biridir. Ona görə də tarixi və siyasi nöqteyi-nəzərdən Ukrayna hadisələri olduqca əhəmiyyətlidir.
- Siz deyirsiniz ki, ABŞ Ukrayna məsələsinə dair sərt mövqe ortaya qoyur. Ancaq qəribədir ki, Prezident Bayden bu radikal yanaşmanın ardınca Putinə telefon açdı, hətta ona təklif etdi ki, üçüncü ölkədə görüşüb ətraflı müzakirələr aparsınlar...
- Əvvəla, biz düşünməməliyik ki, ABŞ Rusiya ilə müharibə etmək üçün imkanlar axtarışındadır. Şübhəsiz ki, sərtləşmə, ardınca isə danışıqlar vasitəsilə kompromis axtarmaq Vaşinqtonun daha əlverişli siyasi mövqe qazanması üçün nəzərdə tutulan addımlardır. Amma təəssüf ki, Rusiya tərəfinin mövqeyində yumşalmaya dair mesajlar görünmür. Məncə, burada dərində olan müəyyən məsələlərə - iqtisadi problemlərə, Rusiya üçün qlobal siyasət baxımından yeni-yeni konfliktlər, gərginliklər yaradacaq məsələlərə də diqqət yetirmək lazımdır.
Rusiya tərəfi bunların hamısını nəzərə alsa, bəlkə də Ukrayna problemində güzəştlər etmək haqqında düşünməli olacaq. Gördüyünüz kimi, hələlik biz hər iki tərəfdə sərt mövqe və qəti addım atmağa hazır olmalarına dair işarələr müşahidə edirik. Amma düşünmürəm ki, Ukrayna timsalında açıq hərbi toqquşma mümkün olsun.
- Demək istəyirsiniz ki, Prezident Bayden Putinin qarşısından geri çəkilmir, sadəcə, Moskvanın güzəştlərə getməsinə şərait yaradır?
- Bəli, əlbəttə belədir. Burada iqtisadi analiz də aparmaq lazımdır. Təsəvvür edin ki, bu sanksiyalar fonunda indiki şəraitdə hərbi əməliyyatların təşkili, eləcə də rus cəmiyyətində olan problemlərin həlli üçün nə qədər maliyyə tələb olunur. Mən rusların iqtisadi və maliyyə itkiləri haqqında dəqiq rəqəm səsləndirməzdim, amma bu haqda iqtisadçıların müəyyən fikirləri var. Rusiya daxilində müşahidə olunan gərginlikləri nəzarətdə saxlamaq, səhiyyə, sosial, eləcə də hərbi sahədə problemləri həll etmək üçün maliyyə resursları tələb olunur. Bunlar şübhəsiz ki, Rusiya üçün böyük yükdür.
- Bir sıra mütəxəssislər hesab edirlər ki, Ukrayna problemində hazırkı an üçün qalib gələn tərəf Rusiyadır. Bu fikirləri əsaslı saymaq olarmı?
- Açığı, mən bu cür düşünmürəm. Rusiya üçün qalib gəlmək nə olardı? Məsələn, Krımın Rusiya ərazisi kimi tanınması istiqamətində hansısa irəliləyiş. Ancaq mən bu istiqamətdə ciddi nəticə görmürəm. Yaxud, nəqliyyat dəhlizinin Ukraynadan deyil, şimal istiqamətindən keçməsinə nail olmaq və beləcə Ukraynanı iqtisadi baxımdan bir qədər də sıxılmış vəziyyətə salmaq. Bu məsələdə də Rusiyanın uğur əldə etməsini görmürük.
Mən gözləmirəm ki, Bayden-Putin görüşü baş tutduğu təqdirdə nələrəsə nail olunacaq. Əksinə, gərginlik bir qədər də artacaq. Digər yandan Almaniyadakı növbəti seçkiləri və orada yeni hökumətin formalaşmasını gözləməliyik ki, “Şimal Axını” layihəsi haqqında aydın təsəvvür yaransın.
Bir sözlə, doğrusu, mən görmürəm ki, Ukrayna məsələsində tərəzinin bir tərəfi Rusiyanın xeyrinə qalxıb, yaxud enib.
- Bəs, Avropanın mövqeyini qənaətbəxş hesab etmək olarmı? Sizcə, hansı səbəbdən Avropa Ukrayna məsələsində acizlik nümayiş etdirir?
- Birincisi, indi iqtisadiyyat və maliyyə imkanları baxımından Avropa heç də ən yaxşı dövrünü yaşamır.
İkincisi, Avropa ehtiyat edir. O mənada ki, ABŞ-la eyni siyasəti yürütmək ona uğur gətirən nəticələr verəcəkmi? Xüsusilə “Breksit”, ABŞ və Britaniyanın birgə maraq dairəsinin formalaşması Avropanı ehtiyatlandırır. Yəni onlar ehtiyatlanırlar və istəyirlər ki, nəticə etibarilə ABŞ və Britaniyanın yumşaq təzyiqi fonunda Rusiya ilə də hansısa münasibətlər modeli yaransın. Bu modeldə həm Avropanın maraqları öz həllini tapsın, həm də Rusiya ilə əməkdaşlığa başlamaq mümkün olsun. Başqa sözlə, onlar Avropanın xarici siyasətində qətiyyətli prioritetlər sistemini qura bilməyiblər. Odur ki, ortada qəti siyasi mövqe yoxdur, əksinə, bir qədər amorf mənzərə yaranıb.
- “Covid-19” pandemiyasından əvvəl Rusiyada SSRİ dövrünün nostalgiyası yaşanırdı, hətta SSRİ-nin başqa ad altında bərpası kimi yanaşmalar ciddi şəkildə ortaya atılırdı. Necə düşünürsünüz, indi də bu yanşma aktualdırmı?
- Rusiya cəmiyyətində təəssüflər olsun ki, əsas etibarilə Rusiyanın varlığı ancaq və ancaq imperiya ideyası, forması ətrafında mümkün sayılır. Bu ideya sözsüz ki, Rusiya cəmiyyətində hələ də dövlətçiliyin əsasını təşkil edən siyasi məfkurə olaraq qalır. Söhbət həm də Rusiyanın milli konsepsiyasından gedir. Rusiya əvvəlki ənənəvi konsepsiyasını müəyyən dəyişikliklərlə davam etdirsin, yoxsa hansısa yeni mühit formalaşdırsın? Məsələn, Britaniya İmperiyasına baxa bilərik. Keçmiş imperiya müstəmləkələri bu və ya digər şəkildə tamamilə müstəqil ölkələrə çevriliblər. Rusiya da bu modelə üstünlük verə bilərmi? Təəssüf ki, biz hələlik Rusiyanın ənənəvi siyasətini görürük...
- Bəs, Rusiya keçmiş SSRİ respublikalarını tam nəzarət altına alacaq cəlbedici ideologiyaya, imkan və resurslara malikdirmi?
- Xeyr, əgər söhbət Rusiyanın əvvəlki qüdrətinin, nəzarət imkanlarının bərpasından gedirsə, mən bunun mümkün olduğunu düşünmürəm. Dünya dəyişir, çoxçeşidli modellər yaranır. Bu modellərin bir-birilə nəticəsi bilinməyən təmasları formalaşır. Artıq bu səviyyədə tarixin arxivinə verilmək ərəfəsində olan avtoritar çoxmillətli dövlətin qalması o qədər də perspektivli görünmür. Tarixdəki imperiya savaşlarından, qanlı müharibələrdən sonra Avropada bir model ortaya çıxdı. Bu modelin də enişli-yoxuşlu yolu oldu. Türkiyəyə, elə Osmanlı İmperiyasına baxaq. Nə qədər qanlı döyüşlərdən sonra Türkiyə böyük müsəlman imperiyasından müasir türk millətinin qüdrətli dövlətinə çevrildi.
Odur ki, tamamilə yeni münasibətlər sistemi yaranmalıdır və Rusiyanın keçmiş modeli bərpa və davam etdirməsi mümkünsüz görünür.
Paylaş:
Müəllif : Yazar
Tarix:20-04-2021, 11:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-04-2021, 11:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09