reklam
Regionxeberlericom.az » Siyasət » Paşinyanın gizli Zəngəzur səfəri barədə iki versiya - Mehri dəhlizi məsələsi, yoxsa?..

reklam

Paşinyanın gizli Zəngəzur səfəri barədə iki versiya - Mehri dəhlizi məsələsi, yoxsa?..



“Sünikə edilən bu səfər yeni həyəcan yaradıb: insanlar narahatdır, bir-birlərinə zəng edir, bu gözlənilməz səfərin səbəblərini müzakirə edirlər...”

Xəbər verildiyi kimi, Ermənistan baş naziri Nikol Paşinyan dünən axşam saatlarında gözlənilmədən Sünik mərzinə (Azərbaycanın Zəngəzur mahalının əsas hissəsi-red.) gizli səfər edib.

Maraqlıdır ki, Paşinyandan bir az öncə ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi də təxminən eyni əraziyə yollanıb. Ondan bir gün öncə gələn Ermənistanın prezidenti Armen Sarkisyan isə həmin vaxt hələ də Sünikdə olub.

Moderator.az xəbər verir ki, qəsbkar ölkə mediasının yaydığı məlumata görə, erməni hökumət başçısı gecə saatlarındakı Qubadlı rayonu ilə sərhəddəki Şurnuxi kəndində bir neçə evi ziyarət edib və sonra Qafana yollanıb.

Ermənistanda hazırda baş nazirin bu gözlənilməz səfərinin məqsədi üzərində baş sındırırlar.

“Sünikdə sakinlər belə hesab edirlər ki, Ermənistan rəhbərləri ilə ABŞ səfirinin eyni vaxtda bu həssas bölgədə peyda olması təsadüfi deyil. Onların bu ərazilərə gözlənilməz səfərlərinin arxasında hansısa arzuolunmaz maraqlar dayanır"-bir sıra erməni nəşrləri belə yazıb.

“Hraparak” qəzeti isə Paşinyanın məxfi Zəngəzur səfəri haqda iki versiya irəli sürüb.

“Sünikdə bu ziyarət barədə heç kimə məlumat verilməyib. İnsanlar burada təşviş içindədir və müxtəlif fərziyyələr irəli sürürlər. Onlardan biri də Paşinyanın sərhəddə gecə saatlarında Azərbaycan tərəfi ilə görüş keçirməyə hazırlaşmasıdır.
Sünikə edilən bu səfər yeni həyəcan yaradıb: insanlar narahatdır, bir-birlərinə zəng edir, bu gözlənilməz səfərin səbəblərini müzakirə edirlər.
Sünikə bu məxfi səfərlə əlaqəli bir neçə versiya dolaşır: ya Paşinyan Mehri dəhlizi məsələsini müzakirə etmək üçün gecə sərhəddə Azərbaycan nümayəndələri ilə gizli görüşmək üçün gəlib. Yaxud baş nazir bir neçə selfi çəkdirməyə, mitinqlər, görüşlər imitasiyası yaratmağa, bunları seçki kampaniyası çərçivəsində Süniklə əlaqəli dövlət proqramlarını hazırlayırmış kimi təqdim etməyə və gizlicə gəldiyi kimi də bölgədən gizlicə qaçmaq üçün gəlib” – erməni qəzeti belə yazır.



Paylaş:


Müəllif : Tarix:
21-04-2021, 09:55
Sikayət   


loading...
Загрузка...