reklam
Regionxeberlericom.az » Siyasət » “Mehri dəhlizinin açılmasını istəyirsinizsə”... - Moskvadan Azərbaycana ŞƏRT

reklam

“Mehri dəhlizinin açılmasını istəyirsinizsə”... - Moskvadan Azərbaycana ŞƏRT



“Prezident İlham Əliyevin “İskəndər-M” raketi ilə bağlı növbəti dəfə Rusiyaya mesaj verdi. Dövlət başçısının bu açıqlamasından aydın olur ki, iki ölkə arasına şimaldan soyuq küləklər əsir. Göründüyü kimi Rusiya tərərfi konkret açıqlama verməkdən yayınır. Prezidentin bu çıxışı Rusiyanın ölkəmizə qarşı təzyiqləri fonunda geri çəkilməməsidir”.

Bu barədə KONKRET.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə fikir səsləndirib. O bildirib ki, Moskva məhz Mehri dəhlizinin açılması müqabilində Azərbaycanın Avrasiya İttifaqına üzvülüyünü şərt kimi irəli sürür. Ona görə də Mehri dəhlizi ilə bağlı müəyyən problemlər var: “Rəsmi Bakı Moskvanın bu mövqeyinə qarşı çıxmaqdadır. Bu çıxışla sual olunur ki, necə strateji tərəfdaşsan ki, mənə qarşı ballistik “İsgəndər-M” raketindən istifadə edirsən?! Belə olan təqdirdə mən necə sənə etimad edim, senin layihələrində yer alım?! Görünür, Kreml ölkəmizin Gömrük İttifaqına üzv olması üçün təzyiqlər edir və Bakı-Ankara arasında sıx siyasi-hərbi İttifaqın qurulmasına qarşıdır. Məhz Azərbaycanın Türkiyə ilə sıx əməkdaşlığı regionda yeni siyasi nizam formalaşdırıb. Bu da Moskvanı narahat edir”.

Politoloqun sözlərinə görə, ötən gün Rusiya müdafiə naziri NATO Cənubi Qafqazda möhkəmlənir mesajı ilə, Türkiyə və Azərbaycanın hərbi əməkdaşlığına ehyam vurmuşdu: “Qeyd edim ki, Azərbaycanın apardığı hazırkı kurs ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə və təhlükəsizliyinə töhfə verir. Bakı-Ankara əməkdaşlığını Moskva öz geopolitik layihələrinə təhlükə kimi görür. Bundan əlavə, Rusiya Azərbaycanla strateji tərəfdaşlıq etmir və Qarabağda kiçik bir ərazidə sülhməramlı qüvvələrinin fəaliyyəti altında separtizmi dəstəkləyir. Məhz Rusiya sülhməramlı qüvvələrinin 9 mayda parada hazırlaşdığı ərəfədə prezidentin “sülhməramlı qüvvələr Azərbaycanın razılığı ilə oradadır”-açıqlaması, Bakının buna etirazı idi. Azərbaycanın əlində ciddi fakt və arqumentlər var ki, Rusiyadan bundan sonra silahlar almasın və Kremlin layihələrində yer almasın. Azərbaycan Türkiyə ilə geosiyasi, geoiqtisadi bir yola çıxıb və buradan geri dönüş ölkəmizi zəif düşürə bilər. Hazırda olduğumuz platforma “Rusiyaya bizimlə strateji tərəfdaşlıq et və qarşılıqlı etimad siyasətini həyata keçir” mesajını vermək iqtidarındadır. Rusiyadan ölkəmizə qarşı təzyiqlərə gəldikdə isə, onsuzda bu təzyiqlər var və bundan o tərəfə keçə bilməyəcək”.


Paylaş:


Müəllif : Tarix:
21-04-2021, 15:54
Sikayət   


loading...
Загрузка...