ABŞ-dan Putinə cavab: “Dərimiz qalındır”
ABŞ Vladimir Putinin bir bənzətməsinə cavab verib. Yenisabah.az “Tvitter”ə istinadla xəbər verir ki, Rusiya Federasiyasının prezidenti aprelin 21-də Federal Məclisə müraciətində Rusiyanın düşmənlərini Kiplinqin “Cəngəllik kitabı” (“Mauqli”) qəhrəmanları ilə müqayisə edərək, bəzilərinin səbəbsiz olaraq Rusiya Federasiyasını şərlədiyini və ağalarına xoş gəlmək üçün çaqqal Tabaki kimi hay-həşir qopardığını qeyd edib.
ABŞ administrasiyası Rusiya liderinin açıqlamasını münasibətini bildirib. Ağ Evin sözçüsü Cen Psaki “Twitter” hesabında yazıb: “Prezident Putinin dediyi hər sözün bizə şamil olunduğunu düşünmürəm. Dərimiz qalındır”.
Rusiya Federasiyasının Prezidenti çıxışında konkret dövlətlərin adını çəkməyib. Eyni zamanda, o, Moskvanın beynəlxalq ünsiyyətin bütün iştirakçıları ilə yaxşı münasibətlərə sadiq olduğunu, ancaq “kimsə təkəbbürlü və eqoist bir tondan istifadə edərsə”, mövqeyini qoruyacağını vurğulayıb.
Həmin gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Putinin qeyd etdiyi Qərbə münasibətdə “qırmızı xətlər”in Rusiya üçün təhqir, ölkənin daxili proseslərinə və milli maraqlarına müdaxilə olacağını bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-04-2021, 08:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:22-04-2021, 08:41
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Dünən, 11:52