reklam
Regionxeberlericom.az » Siyasət » İDDİA: “9 noyabr 2020 - ci il tarixli bəyanatda Zəngəzur dəhlizindən danışılmır” - Paşinyandan növbəti HƏYASIZLIQ

reklam

İDDİA: “9 noyabr 2020 - ci il tarixli bəyanatda Zəngəzur dəhlizindən danışılmır” - Paşinyandan növbəti HƏYASIZLIQ



“Azərbaycan rəhbərliyi 10 noyabrda imzalanmış 3-tərəfli bəyanatda çəkilmək və regionda vəziyyəti gərginləşdirmək istəyir ki, Ermənistanı mühasirəyə almaq siyasətini davam etdirsin”.

Ovqat.com xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin Az.TV-yə müsahibəsini şərh edərkən belə deyib.

Baş nazir qeyd edib ki, 9 noyabr 2020 - ci il tarixli bəyanatda Zəngəzurdan və dəhlizdən danışılmır: “Söhbət regionun nəqliyyat kommunikasiyalarının açılmasından gedir. Əgər Azərbaycan" Zəngəzur dəhlizi"ndən danışırsa, eyni məntiqlə Ermənistan "Naxçıvan dəhlizi", "Cənubi Azərbaycan dəhlizi"ndən də danışa bilər. Azərbaycan bu razılaşma və qəbul olunmuş sənədlərlə Ermənistanın Azərbaycan və Naxçıvan ərazisindən alacağı "dəhliz"lə də qarşılaşa bilər", - deyə o vurğulayıb.


Deyəsən, Nikol Paşinyan Azərbaycan prezidentinin nə dediyini düzgün anlamayıb. Xatırladaq ki, İlham Əliyev dəfələrlə İrəvanı 3 tərəfli bəyanata əməl etməyə çağırarkən yalnız Naxçıvan üçün dəhlizin açılmasını tələb etməyib. O, həmçinin Ermənistanı da özünütəcrid vəziyyətindən çıxarmağın ən optimal yolundan danışıb. 30 ildir Azərbaycana zərər vurmaq üçün dəridən-qabıqdan çıxan və özünü beynəlxalq layihələrdən məhrum edən İrəvan isə hələ də Bakının hətta düşməninə belə, çox görmədiyi bu xoşməramlı niyyətini anlamaqda çətinlik çəkir. Anlamır ki, bu axmaq düşmənçilik siyasəti ilə təkcə regiona deyil, həm də beynəlxalq ticari münasibətləri əngəlləyir və bu gedişlə Azərbaycanın öz tarixi torpağı Zəngəzuru qaytarması həm də beynəlxalq sifarişə çevrilə bilər. Prezident İlham Əliyev də son müsahibəsində məhz bu məqama eyham vuraraq demişdi:


“Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq.

Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.

Mümkündür ki, əslində Paşinyanın iş görmək əvəzinə, söz oynatmaqla məşğul olması Rusiyanın sifarişi və erməni xalqını bu ruhda kökləməsindən irəli gəlir. Zira bölgədə kommunikasiya əlaqələrinin bərpası bölgənin dünyaya inteqrasiyasını möhkəmlədə bilər. Beləcə, region dövlətləri iqtisadi inkişaf prosesinə qədəm qoyaraq Rusiyadan asılılıq qurtularlar. Bu isə Moskvanın geopolitik maraqlarına cavab vermir.

Təsadüfi deyil ki, Paşinyanın dünən Mehriyə səfəri öyrədilərək meydana çıxarılmış erməni gəncləri tərəfindən boykot edildi. “Mehridən rədd ol”, “Xain Paşinyan” şuarlarının səsləndiyi bu aksiya Rusiyapərəst erməni mediası tərəfindən təşviq olunurdu.

Heydər Oğuz
Ovqat.com


Paylaş:


Müəllif : Tarix:
22-04-2021, 09:35
Sikayət   


loading...
Загрузка...