Düşmən mövqelərimizi minaatanlardan atəşə tutub? -Sərhəddə erməni təxribatı
Azərbaycan-Ermənistan sərhəddindən xoşagəlməz məlumatlar gəlir. Xüsusən də Rusiya və erməni teleqram kanalları bununla bağlı çeşidli məlumat yayırlar. JAMAZ.İNFO Avia.Pro saytına istinadən xəbər verir ki, bir neçə saat bundan əvvəl sərhəddin Qubadlı istiqamətində erməni hərbi birləşmələri Ordumuzun mövqelərini atəşə tutub.
Sayt yazır ki, hərbi toqquşma genişmiqyaslıdır və Ermənistan tərəfi Azərbaycan Ordusunun mövqelərini avtomat silahlardan və minaatanlardan atəşə tutub. “Ermənistan və Azərbaycan hərbi qüvvələri arasında güclü toqquşma baş verib. Əvvəlcə avtomat silahlardan açılan atəşi, bir qədər sonra minatanlar əvəzləyib”.
Sayt həmçinin iddia edir ki, bu prosesin ardından Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr sərhədboyu uçuşlar həyata keçirməyə başlayıblar. “Rusiya KİV-lərinin dəqiqləşdirməsinə görə, Ermənistan tərəfi havaya hərbi təyyarələrini qaldırıb. Ermənistan tərəfi havaya hərbi təyyarələrin qaldırılması xəbərini təsdiqləmir. Lakin sərhəddə atışma faktını təsdiqləyərək, belə halın yaşandığını bildirib. Erməni və rus “Teleqram Kanalları”na açıqlama verən bir çox hərbi mənbələr isə həqiqətən də Ermənistan hərbi təyyarələrini qaldırdığını təsdiqləyiblər. Amma onlar uçuşları əks etdirən görüntülərə sahib olmadıqlarını deyiblər”.
İtki barədə hər hansı məlumat yoxdur.
Qeyd edək ki, Azərbaycan Sərhəd Xidməti bu gün Azərbaycan-Ermənistan sərhəddində baş verənlərlə bağlı açıqlama yayıb. Açıqlamada deyilir ki, dünən gecə saatlarında erməni həbdçiləri Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqla yanaşı, bir qrup erməni hərbçi də sərhəddimizə yaxınlaşaraq, ölkəmiz əleyhinə şüarlar səsləndiriblər. Bunun ardından ərazidə olan rus sülhməramlıları hadisəyə müdaxilə edərək, erməni hərbçiləri oradan uzaqlaşdırıblar. Azərbaycan DSX bəyan edib ki, əgər bu hal bir daha təkrarlanarsa, sərt şəkildə cavab veriləcək.
Bildirək ki, düşmən mütəmadi olaraq təxribatlara əl atır. Hadisələrin gedişatı ermənilər üçün yaxşı perspektiv də vəd etmir. 44 günlük müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistanın belə bir risk edəcəyi də, bir o qədər inandırıcı görünmür. Lakin bəlli olan odur ki, sərhəddən həyacanlı xəbərlər gəlir və deyilənlər həqiqət olarsa, bu dəfə Ermənistan Ordusunu daha dəhşətli və faciəvi itkilər gözləyir.
Onu da xatırladaq ki, rus mediasının yaydığı sözügedən xəbərlə bağlı Azərbaycan tərəfindən hələlik açıqlama verilməyib.
Paylaş:
Müəllif : Yazar
Tarix:22-04-2021, 17:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-04-2021, 17:51
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39