Rusiya Qarabağda həm də öz qanunlarını pozur - Həddini aşan “məram”
Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin səlahiyyət həddini aşması Azərbaycanın ərazi bütövlüyü və suverenliyi üçün təhdid yaradır.
Bu özbaşınalığın hansı həddə çatdığı Rusiya Müfafiə Nazirlyinin rəsmi saytında yerləşdirilən növbəti məlumatda da aydın görünür.
Məlumatda qeyd edilir ki, sülhməramlılar Dağlıq Qarabağa daxil olan Şaumyan rayonunun Aknaberd kəndində yerli əhali üçün tibbi-humanitar aksiya təşkil edib və yerli əhaliyə 1000 kq-lıq yardım paylanılıb. Bununla da Rusiya rəsmi şəkildə nəinki 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əməl etmir, hətta Azərbaycan qanunlarını və beynəlxalq hüququn prinsiplərini də kobud şəkildə pozur. Çünki Rusiya sülhməramlılarının fəaliyyəti münaqişə tərəflərindən birinə yardım etməkdən ibarət deyil.
Rəsmi Moskva bölgədə atəşkəsə nəzarət missiyasını həyata keçirmək əvəzinə Dağlıq Qarabağa ermənilərin məskunlaşdırılması, onların maddi və texniki təminatının artırılması ilə məşğuldur. Sülhməramlı kontingentin komandanı, general Rüstəm Muradov isə özünü general-qubernator kimi aparır. Bu azmış kimi artıq Rusiya Müdafiə Nazirliyi Azərbaycan inzibati ərazilərinin adlarını dəyişərək guya Dağlıq Qarabağda hansısa “Şaumyan rayonu”nun olması barədə iddialar uydurur.
Çox güman ki, bununla Rusiya erməni separatçılarının Gülüstan qəsəbəsinə ərazi iddiasını yenidən gündəmə gətirməyə çalışır. Rusiya sülhməramlı fəaliyyət göstərmək əvəzinə açıq-aşkar münaqişə ocağı yaratmaqla məşğulıdur. Görünür, Kreml Dağlıq Qarabağı Abxaziya, Cənubi Osetiya və ya Krımla səhv salır. Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində Rusiyanın Dağlıq Qarabağ və ətraf rayonların işğalı hesabına 29 ildir yaratdığı status-kvonu darmadağın etdi. Artıq Rusiyanın hərbi müttəfiqi Ermənistan Azərbaycanla yenidən müharibəyə girmək gücündə deyil. Ermənistan hakimiyyəti növbəti məğlubiyyətin daha dəhşətli olacağını bildiyindən, bu münaqişədə maraqlı da ola bilməz. Ona görə də Azərbaycan dağlıq Qarabağda hər hansı anti-terror əməliyyatlarına başlasa, Ermənistan uydurma rejimin köməyinə gələ bilməyəcək.
Bu baxımdan, Rusiyanın sülhməramlı kontingentinin təxribat xarakterli əməlləri yalnız Dağlıq Qarabağdakı erməni separatçılarına zərbə vura bilər. Rusiya hərbi kontingenti Dağlıq Qarabağda sülhməramlı missiya əvəzinə təxribatçı missionerlik işi aparır. Bu da Rusiya hərbçilərinin bölgəni tərk etməsi üçün siyasi və hüquqi zəmin yaradır.
Hətta Kremlin bu özbaşınalığı Rusiyanın qanunvericiliyi ilə də ziddiyyət təşkil edir. Rusiya Federasiyası Silahlı Qüvvələrinin Doktrinasında sülhməramlıların fəaliyyətinin sülhün qorunması və bərpası əməliyyatlarından ibarət olduğu göstərilir. Qeyd edilir ki, Rusiyanın sülhmərmalı kontingentinin vəzifəsi münaqişə tərəflərinin silahlı qruplarının fəaliyyətin aradan qaldırılması, siyasi həll üçün ilkin şərtlərin yaradılmasıdır. Doğrudur, sözügedən hərbi doktrina mülki əhaliyə humanitar yardımın göstərilməsi və zəruri hallarda münaqişə zonasından çıxarılması üçün şəraitin yaradılmasını nəzərdə tutur. Ancaq Rusiya bu prosesi birtərəfli qaydada həyata keçirir. Yəni yalnız erməniləri sanki münaqişədən əziyyət çəkmiş mülki əhali kimi təqdim etməyə çalışır.
Üstəlik, sülhmərmlı qüvvələr erməniləri münaqişə zonasından evakuasiya etməkdən daha çox Dağlıq Qarabağa köçürmək, humanitar yardım adı altında onları məskunlaşdırmaqla Çar Rusiyasının siyasətini təkrarlayır. Rusiya qanunvericiliyinə görə, bu ölkənin Silahlı Qüvvələrinin sülhməramlı əməliyyatlarda iştirak edən hərbi kontingentləri vəzifələrini beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT rəhbərliyinin tanınması prinsipi əsasında həyata keçiir.
Həmçinin, BMT Nizamnaməsinə, beynəlxalq qanunvericiliyə, qəbul edən dövlətin qanunlarına əməl edilməsi, nizamlanmada iştirak edən bütün tərəflərin razılığı, qərəzsizlik əsas hüquqi baza kimi götürülür. Lakin Dağlıq Qarabağda bu şərtlərə Rusiya tərəfindən əməl edildiyini söyləmək çətindir. Çünki Rusiya nə Azərbaycanın qanunlarının tələblərinə, nə BMT-nin Nizamnaməsinə əməl edir. Qərəzsizlik prinsipindən danışmaq isə mümkün deyil. Rusiya Silahlı Qüvvələrinin Doktrinasına görə, sülhməramlılar yerli əhalinin insan hüquqlarına, adət və ənənələrinə hörmət etməlidir. Ancaq bunu Dağlıq Qarabağdakı hərbi kontingenti yerli əhali olan azərbaycanlıların adət-ənənələrinə, hüquqlarına hörmət etmir. Sanki həmin əraziləri erməni torpağı kimi tədim etməyə çalışır. Rusiyanın hərbi qanunlarına görə, sülhməramlı qüvvələrin mandatına zorla maneə törətmək cəhdlərinin qarşısı alınmalıdır.
Buna baxmayaraq, Rusiya minalı ərazilərin xəritəsini vermək istəməyən ermənilərə hələ də heç bir təzyiq göstərmir.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-04-2021, 17:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-04-2021, 17:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20