“BAYDEN NİTQİNİ ƏRDOĞANLA RAZILAŞDIRMIŞDI...” – Ermənilər eyforiyadan çıxmağa başlayıb
Co Baydenin “soyqırım” ifadəsini işlətməsindən eyforiya yaşayan ermənilər yavaş-yavaş özlərinə gəlməyə və reallığı anlamağa başlayırlar. Artıq erməni mətbuatında ekspertlər ABŞ prezidentinin söylədiklərinin Türkiyə üçün heç bir hüquqi məsuliyyət yaratmadığını və hətta Baydenin nitqinin Rəcəb Tayyib Ərdoğanla razılaşdırıldığını bildirirlər.
Türkiyə Prezidentinin Baydenin nitqinə yumşaq reaksiyası isə ümumilikdə erməni cəmiyyətini və xüsusilə də siyasi şərhçiləri əməlli-başlı heyrətləndirib. Çünki sərt və bəzən çılğın ritorikası ilə fərqlənən liderlərdən sayılan Ərdoğandan bu cür təmkinli reaksiya gözləmirdilər.
RegionXəbərləri.com xəbər verir ki, “Sputnik Armenia”-ya danışan tanınmış türkoloq Tiqran Lokmaqezyan Baydenin məlum nitqindən əvvəl Ərdoğana zəng etməsinin təsadüfi olmadığını deyib: “İstisna etmirəm ki, Baydenlə Ərdoğan Ağ ev rəhbərinin “soyqırım” ifadəsini işlətməsini və Ankaranın buna reaksiyasını əvvəlcədən razılaşdırıblar. Türkiyənin, xüsusilə də Ərdoğanın bu cür yumşaq reaksiyası gözlənilməz oldu. Həmçinin, həmişəkindən fərqli olaraq, Ankarada anti-Amerika hay-küyü başlamadı.”
Erməni türkoloq deyib ki, bu nitqin əvəzində ABŞ-ın Türkiyəyə nələrisə təklif etdiyi şübhəsizdir. Onun fikrincə, Ankaraya Ermənistan və Suriya məsələlərində nələrsə vəd edilib. Lokqamezyan hesab edir ki, bu gedişlə xaricdəki, xüsusilə də ABŞ-dakı erməni diasporunun bütün səyləri və ABŞ prezidentinin məlum nitqi öz mənasını itirəcək.
Bu məsələ ilə bağlı danışan erməni siyasi ekspert Nairi Oxikyan isə erməniləri Baydenin çıxışının sətiraltı mənasını dərk etməyə çağırıb. “Sputnik Armenia”-ya müsahibə verən Oxikyan deyib ki, Bayden sadəcə, seçkiöncəsi vədlərindən birini yerinə yetirib və “soyqırım” ifadəsini ABŞ-ın maraqlarına ən çox uyğun olan dönəmdə səsləndirib.
Erməni ekspertin fikrincə, Baydenin çıxışından çox da ruhlanmağa dəyməz: “Bu, ermənilərə kompensasiya ödənməsi və torpaq verilməsi anlamı daşımır. Odur ki, ABŞ administrasiyası rəhbərinin bəyanatına sadəcə, “daha bir ölkə erməni soyqırımını tanıdı” kontekstində baxmaq lazımdır.”
Oxikyan deyib ki, Baydenin çıxışındakı ən məyusedici məqam müasir Türkiyənin ümumiyyətlə günahlandırılmamasıdır: “Bayden bəyan etdi ki, məqsəd kimisə günahlandırmaq deyil, əsas odur ki, keçmişdəki faciələr təkrarlanmasın. Belə çıxır ki, Amerika lideri milyon yarım erməninin məhv edilməsinə görə təəssüf edir, lakin ABŞ baş verənlərə görə Türkiyəni günahlandırmır. Deməli, hesab olunur ki, Ankara həmin vaxt baş verənlərə görə cavab verməli deyil.”
Ekspert əlavə edib ki, ermənilər ABŞ-ın Ermənistana görə 26 milyard dollarlıq ticarət dövriyyəsi olan Türkiyə ilə münasibətlərini korlamayacağını anlamalıdırlar: “ABŞ heç bir hüquqi addım atmayacaq. Mahiyyət etibarilə ABŞ 106 il əvvəl baş verən hadisələri tanıyır, lakin Ankaranın ünvanına olan bütün ittihamları aradan götürür.”
Qeyd edək ki, ABŞ dünya üzrə “erməni soyqırımı”nı tanıyan 23-cü dövlət oldu, Bayden isə bu ifadəni işlədən 3-cü ABŞ prezidentidir.
Lakin erməni ekspertlərinin də dediyi kimi, bu “tanınmalar” hər hansı hüquqi məsuliyyət yaratmır. Bunun üçün beynəlxalq məhkəmənin həmin hadisələri araşdırması və konkret hüquqi nəticə, ittiham ortaya qoyması lazımdır. Lakin erməni tərəfi öz saxtakarlığını yaxşı dərk etdiyindən məsələnin beynəlxalq məhkəmə, hüquq səviyyəsində qaldırılmasında yox, bu cür siyasi təxribatlar çərçivəsində gündəliyə gəlməsində maraqlıdır.
Göründüyü kimi, ermənilər özləri də “soyqırım” təbliğatının gözlədikləri effekti vermədiyini və bu mövzunun artıq dünya ictimaiyyəti üçün adiləşdiyini anlayırlar. Həmçinin, Türkiyə Prezidentinin və cəmiyyətinin Baydenin məlum ifadəsinə kifayət qədər soyuqqanlı yanaşması da göstərir ki, baş verənblərin ABŞ-Türkiyə münasibətlərinə və Ankaranın maraqlarına hər hansı ciddi, qlobal mənfi təsiri gözlənilmir.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-04-2021, 14:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:28-04-2021, 14:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29