reklam
Regionxeberlericom.az » Siyasət » "Azərbaycan təhdidlərə hazır olmalıdır" - Rusiya arxa fonda İrana təzyiq edir ki...

reklam

"Azərbaycan təhdidlərə hazır olmalıdır" - Rusiya arxa fonda İrana təzyiq edir ki...



"ABŞ-ın İranla başlatdığı nüvə danışıqları prosesində tərəflərin ortaq məxrəcə gəlməsi mümkündür. İran bu danışıqlara ehtiyac duyur və ağır sosial-iqtisadi vəziyyətdən çıxmaq üçün sanskiyaların yumuşalmasına çalışır”.

Sfera.az-ın məlumatına görə, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, getdikcə İranda infilyasiya inkişaf edir:

"Hazırkı prosesdə İranla növbəti dəfə nüvə anlaşmasına Rusiya mane olmağa çalışır. Ona görə də İran XİN rəhbəri Cavad Zərifin Rusiya nüvə sazişinə qarşı çıxmaqla bağlı səs yazısı mətbuata məqsədli şəkildə ötürüldü. Nüvə danışıqlarında təmsil olunan Rusiya üzdə anlaşmanı dəstəkləsə də, arxa fonda İrana təzyiq edir ki, anlaşmaya getməsin. Göründüyü kimi Rusiya masada bir təklif verir, arxa planda verdiyi təklifə qarşı çıxır”.

Politoloq qeyd edib ki, Rusiyanın hazırkı siyasəti onu beynəlxalq tədricə gətirəcək:

"Azərbaycan Rusiya ilə məsafəli davranmalı və Türkiyə ilə sıx işləməlidir. ABŞ-la İran nüvə anlaşmasına gəldikdən sonra, Rusiyaya qarşı sanksiyalar daha da genişlələnəcək. Hətta neft və qaz alışı dayandırla bilər. Əvəzində İrandan neft-qaz alınması mümkündür. Regionda çox ciddi, gərgin proseslər gedir. Azərbaycan təhdidlərə hazır olmalı, Türkiyə ilə öz hərbi imkanlarını dərinləşdirməlidir”.


Paylaş:


Müəllif : Tarix:
29-04-2021, 16:11
Sikayət   


loading...
Загрузка...