reklam
Regionxeberlericom.az » Siyasət » Avropa Parlamenti Aİ ölkələrini rusiyalı diplomatları geri göndərməyə çağırdı

reklam

Avropa Parlamenti Aİ ölkələrini rusiyalı diplomatları geri göndərməyə çağırdı

Avropa Parlamenti plenar sessiyasının yekunlarına əsasən Rusiyaya dair qətnamə qəbul edib.

“RİA Novosti” xəbər verir ki, “Rusiya: Aleksandr Navalnı işi, Ukrayna sərhədində hərbi qüvvələrinin cəmlənməsi və Çexiyada hücumlar” adlı qətnamə parlamentin 569 üzvü tərəfindən dəstəklənib.

Sənəddə Avropa İttifaqı ölkələrinə “rusiyalı diplomatların koordinasiyalı şəkildə geri göndərilməsi” tövsiyyə olunub.

Qeyd edək ki, sessiya ərzində aparılan müzakirələrdə Rusiyanın SWIFT beynəlxalq maliyyə sistemindən kənarlaşdırılması barədə də fikirlər səsləndirilib. Qətnamədə bu fikir qismən öz əksini tapıb. Belə ki, sənəddə Rusiyanın Ukrayna ərazisinə müdaxilə edəcəyi təqdirdə, bu addımın atılması tövsiyyə olunub.


Paylaş:


Müəllif : Tarix:
30-04-2021, 09:01
Sikayət   


loading...
Загрузка...