reklam
Regionxeberlericom.az » Siyasət » “Qarabağda təxribatlar istisna edilmir” - Bakı hazır olmalıdır

reklam

“Qarabağda təxribatlar istisna edilmir” - Bakı hazır olmalıdır



“Yaxın zamanlarda rus əsgərlərinə qarşı mütləq bir silahlı hücum planı hazırlanacaq və elə bir formada icra ediləcək ki, proses Qarabağın dağlıq hissəsində yox, Ermənistanla sərhəddə baş versin”.
Bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib. Onun sözlərinə görə, nəticədə bir neçə rus əsgəri öldürülsün və Azərbaycan tərəfi əsas günahkar kimi göstərilsin:
“Çox diqqətli olmalıyıq”.

“Ağ” partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli “Sherg.az”a açıqlamasında səslənən iddialara münasibət bildirdi:

“Rusiya ilə Türkiyə arasında münasibətlərin pozulmasını, qarşıdurmanın başlanmasını istəyən qüvvələr var. Odur ki, Qərbin, o cümlədən ABŞ-ın əli ilə təxribat ola bilər. Lakin bu, Kremlin maraqlarına cavab vermir. Çünki Azərbaycan və Türkyə ilə Rusiya arasında münasibətlər pozular”.

Ə.Məmmədlinin fikrincə, provokasiyalar istisna deyil:

“Dediyim kimi, ABŞ Rusiya ilə Türkiyənin yaxınlaşmasını istəmir. Eyni zamanda Qarabağ məsələsindəki rolunu artırmaq niyyətindədir. Hətta, ola bilsin, Moskvadakı bəzi qüvvələr də təxribat barədə düşünürlər. Belə ki, Rusiya ehtimal olunan təxribatdan yararlanıb açıq-aydın Ermənistanı müdafiə edə bilər. Bir sözlə, rəsmi Bakı hər şeyə hazır olmalıdır”.


Paylaş:


Müəllif : Tarix:
30-04-2021, 15:18
Sikayət   


loading...
Загрузка...