“Gorbagor” olan BİŞKEK PROTOKOLU: - “O sənədin imzalanması bizə vaxt qazandırdı”
“Həmin sənəd imzalananda heç kim düşnümürdü ki, danışıqlar bu qədər uzanacaq, Minsk qrupu öz missiyasını yerinə yetirə bilməycək”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında 1994-cü il mayın 12-də imzalanmış Bişkek protokolunun Vətən Müharibəsi sayəsində əhəmiyytətini tamamilə itirməsini şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Şair Ramaldanovun sözlərinə görə, “Bişkek protokolu”nun imzalanmasına məqsəd o dövrdə aktiv döyüşlərin dayandırılması olub:
“Bişkek protokoluundan sonra məsələ sülh yolu ilə həll olunmalı idi. Bunun uzanmasının səbəbi isə Ermənistan konstruktiv mövqe tutmaması idi. Azərbaycan da öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verə bilməzdi. Azərbaycan hər zaman öz torpaqlarını azad etmək niyyətinin birmənalı olduğunu bəyan edib. O baxımdan, iki tərəfin maraqları toqquşurdu.
1994-cü ildə Ermənistan aktiv hücum əməliyyatları apara bilmirdi, Azərbaycan onların hücumunu dayandırmışdı. Ordumuz həmin ilin yanvarında uğurlu Horadiz əməliyyatı keçirərək 22 kəndi və 1 qəsəbəni işğaldan azad etmişdi. Bununla belə, bizdə də müəyyən çatışmazlıqlar özünü göstərirdi. Müəyyən mənada pat vəziyyəti yaranmışdı. Məhz belə bir şəraitdə Bişkek protokolu imzalandı.
Bişkek protokoluna əsasən, münaqişə sülh yolu və beynəlxalq hüquq normaları çərçivəsində öz həllini tapmalı idi. Həmin sənəd imzalananda heç kim düşnümürdü ki, danışıqlar bu qədər uzanacaq, Minsk qrupu öz missiyasını yerinə yetirə bilməycək. Ötən illər ərzində Azərbaycan həm ordusunu, həm də iqtisadiyyatını inkişaf etdirirdi ki, danışıqlar nəticə verməsə, güc variantından istifadə etsin. Zaman keçdikcə güc variantı daha da aktuallaşdı.
Mən düşünmürəm ki, Bişkek protokolunun imzalanması səhv olub. Fikrimcə, Bişkek protokolunu imzalamaqla vaxt qazandıq və hazırlıq işlərinin həyata keçirilməsi üçün imkan əldə edildi.
Danışıqların davam etməsinə baxmayaraq, son bir neçə ildə artıq “barıtın qoxusu” gəlirdi. Prezidenti İlham Əliyev bir dəfə açıqlamasıda bildirmişdi ki, Azərbaycanla Ermənistan meydanda təkbətək qalsa, düşməni darmadağın edib torpaqlarımızı qısa müddətdə işğaldan azad edərik. Nəticədə Ermənistanla təkbətək qalmaq üçün zəruri siyasi gedişlər edildi. 2016-cı il Aprel döüyüşlərindən sonra bu proses daha da sürətləndi. 2020-ci ilin Tovuz döyüşlərindən sonra Azərbaycan hücum diplomatiyasına üstünlük verdi və yekunda Ermənistanla meydanda təkbətək qalaraq, işğalda olan torpaqlarını azad etdi. Müharibəni sonunda məlum üçtərəfli bəyanat imzalandı”.
Polkovnikin fikrincə, müharibənin yenidən alovlanmaması üçün Ermənistan 10 noyabr üçtərəfli bəyanatının şərtlərini yerinə yetirməlidir:
“O bəyanatda 9 bənd var. Azərbaycanın birinci növbədə ərazi bütövlüyü bərpası, sülhməramlı missiya, Zəngəzur dəhlizi və digər məsələlər rada əks olunub. Bunların heç biri Azərbaycanın mövqeyinə zidd deyil. Üçtərəfli bəyant hüquqi sənəddir. Onu Azərbaycan və Rusiya prezidentləri ilə Ermənistanın baş naziri imzalayıb.
Bu sənədin tələbləri yerinə yetirilməlidir. İstər Bişkek protokolu, istərsə də üçtərəfli bəyanat tam hüquqi sənəddir. 10 noyabr bəyanatı əsasında işçi qrupları da yaradılıb. Bunlar onu göstərir ki, hər üç tərəf bəyanatın yerinə yetirilməsi üçün işlər görür, hüquqi baza hazırlayır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-05-2021, 16:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-05-2021, 16:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45