reklam
Regionxeberlericom.az » Siyasət » Bakıda Lavrovla çox açıq danışıldı! - “Ya Zəngəzur dəhlizi açılacaq, ya da...”

reklam

Bakıda Lavrovla çox açıq danışıldı! - “Ya Zəngəzur dəhlizi açılacaq, ya da...”



"Lavrovla çox açıq danışıldı və xəbərdarlıq da edildi".
"Sherg.az" xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib.
Ekspert bildirib ki, iki dövlət arasında aparılan danışıqlarda gündəliyi kimin müəyyənləşdirməsi çox mühüm məsələdir:

"Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Ermənistana səfərində bu baxımdan vəziyyətin necə olduğu yəqin kimsəyə sirr deyil. Və orası da sirr deyil ki, əgər söhbət süverenlə forpostdan yox, iki müstəqil dövlətdən gedirsə, onda danışıqların predmeti qarşılıqlı maraq doğuran məsələlər olmalıdır. Amma onların heç də hamısı hər iki tərəf üçün eyni dərəcədə önəm daşımaya bilər. Ona görə də hər bir dövlət çalışır ki, aparılan danışıqlarda bütün diqqət ilk növbədə daha çox özünün həllini istədiyi problemlərə yönəldilsin. Digərləri isə ya arxa plana keçsin, ya da onlara heç toxunulmasın.
Bu baxımdan götürdükdə əminliklə demək olar ki, Lavrovun Bakıdakı danışıqlarında üzərində ən çox dayanılan ilk növbədə Azərbaycanın həllini istədiyi qarışıq yox, qarşılıqlı maraq doğuran məsələlər idi. Ən azından cənab Prezidentlə onun görüşündə kameralar qarşısında səslənənlərdən belə bir nəticəyə gəlmək olur.
Qarışıq deyəndə mən olmayan Dağlıq Qarabağın zibilliyə atılmış "statusu" və yaxud da noyabrın 26-dan sonra Azərbaycana göndərilmiş hay terrorçularının "hərbi əsir" adı altında Ermənistana təhvil verilməsi kimi məsələləri nəzərdə tuturam. Prezidentimizin elə görüşün əvvəlindəcə “Müharibənin yekunlarına əsasən bizdə olan bütün hərbi əsirləri vermişik” sözləri o demək idi ki, Azərbaycan bu danışqlarda terrorçuların azad edilməsi məsələsinə vaxt ayırmaq fikrində deyil".

Parlament üzvü vurğulayıb ki, bizi maraqlandıran iki mühüm məsələ var ki, onlardan biri Zəngəzur dəhlizinin tezliklə işə düşməsi, ikincisi isə regionda gərginliyin azaldılmasıdır:

"Dövlət başçımızın Naxçıvanda da vurğuladığı kimi bu dəhliz mütləq işə düşəcək. Ermənistanın ayrı yolu yoxdur. Həm də ona görə ki, yolu Azərbaycandan keçir. Cənab İlham Əliyevin Lavrova Ermənistanın bir neçə yaşayış məntəqəsini birləşdirən yolun 20 kilometrinin bizim torpaqlardan keçdiyini və orada haylara gediş-gəliş üçün heç bir mane yaradılmadığını xatırlatması elə-belə deyildi. Demək, Zəngəzur dəhlizi açılmasa, bu yol da bağlana bilər. Və təkcə o yox, Ermənistandan Qarabağa gedən yol da. Üstəlik onu da nəzrə alamaq lazımdır ki, Naxçıvanda yeni hərbi aerodromun istifadəyə verilməsindən sora həmən yol artıq çoxqatlı nəzarət altındadır. Rusiya strateji müttəfiq adlandırdığı, əslində isə vassal rolu oynayan Ermənistanın tam məhvini istəmirsə, revanşist ünsürlərin yaranmış reallığa uyğun davranmalarına ”şərait yaratmalıdır”. Ümid edirəm ki, Moskva bu şəraiti yaradacaq".


Paylaş:


Müəllif : Tarix:
12-05-2021, 16:27
Sikayət   


loading...
Загрузка...