reklam
Regionxeberlericom.az » Siyasət » Kreml Paşinyanı niyə kobud şəkildə susdurdu? - "Bu Rusiyanın da imkanları xaricindədir”

reklam

Kreml Paşinyanı niyə kobud şəkildə susdurdu? - "Bu Rusiyanın da imkanları xaricindədir”



"Ermənistan Baş Nazir vəzifələrini icra edən Nikol Paşinyan 14 mayda parlamentdə çıxışı zamanı elan edib ki, Putinlə telefon söhbəti zamanı ondan Azərbaycana qarşı hərbi yardım istəyib. Amma Paşinyanın bu açıqlamasından sonra Kremlin mətbuat katibi Dmitri Peskov Paşinyanın Putindən kömək istəmədiyini bildirib. Onun sözlərinə görə, Putin Paşinyana üçtərəfli razılaşmaların bütün müddəalarının, ilk növbədə atəşkəsin yerinə yetirilməsinin vacibliyini çatdırıb”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. O qeyd edib ki, Paşinyan yalanının ortaya çıxdığını görəndən sonra ikinci yalana əl atdı:

"Guya o, Azərbaycanın Ermənistanın içərisinə doğru irəliləməsinin qarşısı alınmadığına görə ikinci dəfə Putinlə danışıb və ikinci telefon söhbəti zamanı Azərbaycana qarşı hərbi kömək istəyib. Təbii ki, bu da yalandır. Məlumdur ki, Putinlə telefon görüşməsi "şərəfinə” nail olmaq üçün Paşinyan günlərlə növbədə dayanır. Onun bir gündə iki dəfə Putinə zəng etməsi və danışa bilməsi fantastika ilə ciddi məşğul olmasından xəbər verir.

Məsələnin daha maraqlı tərəfi - Paşinyan Rusiya Prezidentindən kömək istəmədiyi halda nə üçün Parlamentdə kömək istədiyini vurğulayır? Deməli o, revanşist erməni siyasətçilərindən fərqli olaraq, Azərbaycan ordusunun hərəkətlərinin ədalətli olduğunun fərqindədir və daxili auditoriyanı sakitləşdirmək üçün yalandan Putinə kömək üçün müraciət etdiyini ermənilərə bəyan edir. Bəs Kremlin sözçüsü nədən bu şəkildə baş nazir səlahiyyətlərini icra edənin yalanını bütün erməni xalqının üzünə vurdu? O, Paşinyanın kömək istəyib-istəməməsi haqqında məlumatı olmadığını bildirməklə məsələni bağlaya bilərdi? Belə çıxır ki, Rusiyada Paşinyanın gələcəkdə daha irəli gedərək Rusiya prezidenti Vladimir Putin və digər rəhbər şəxslərin adından yalançı bəyanatlar verəcəyindən ehtiyat edərək onu bu cür kobud şəkildə susdurmağı qərara alıblar”.

Müsahibimiz bildirib ki, Kremldə də Paşinyan və digər erməni siyasətçilərin yalanından bezib, onları susdurmağın zamanı çatdığını düşünüblər:

"Paşinyan Putinə Ermənistanda iyunun 20-nə nəzərdə tutulmuş növbədənkənar parlament seçkisinə qədər Azərbaycanın hücum diplomatiyasına bir az ara verməsini Prezident İlham Əliyevdən xahiş etməsi üçün zəng edib. Telefon söhbəti zamanı Paşinyan Putinə bildirib ki, belə gedərsə, yəni Azərbaycan Paşinyanı və erməniləri gözdən salmaqda davam edərsə, Ermənistanda növbədənkənar Parlament seçkilərinin baş tutması sual altındadır, nəinki, onun seçkilərdə qalib gəlməsi.

Nikol Putinə etiraf edib ki, İlham Əliyev və Mehriban Əliyevanın təşəbbüsü və birbaşa nəzarəti altında Şuşada möhtəşəm "Xarı Bülbül” festivalının keçirilməsi ermənilərə ən azından 44 günlük müharibədə uğradıqları məğlubiyyət qədər zərbə vurub. Görünən odur ki, bundan sonra da Azərbaycan və Türkiyənin müəyyən etdiyi xətdən kənara çıxan kimi Paşinyanın başı dərdə girəcək. Onu düşdüyü vəziyyətdən çıxarmaq Rusiyanın da imkanları xaricindədir”.



Paylaş:


Müəllif : Tarix:
15-05-2021, 12:40
Sikayət   


loading...
Загрузка...