Putin mövqeyini dəyişib: - “Zelenski ilə görüşməyin vacibliyini anlayıb”
Ukrayna prezidenti Vladimir Zelenskinin administrasiyası Rusiya prezidenti Vladimir Putinlə görüş təşkil etmək üçün danışıqlar aparır. Bu barədə Zelenski mayın 20-də keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, Rusiya prezidenti ilə görüş ya Donbasda, ya da neytral ərazidə keçirilə bilər: “Ancaq Moskvada olmayacağı dəqiqdir. Rusiya prezidenti Moskvada görüşməyi təklif etdi. Ancaq münaqişə zamanı ənənəvi olaraq belə görüşlər neytral ərazidə keçirlir”. Ukrayna prezidenti bildirib ki, onun administrasiyası bu görüşün hazırlığı üçün Moskva ilə danışıqlar aparır. Görüşün hansı nəticəərə səbəb olacağı isə çoxlarını düşündürür.
Bu barədə “Sherg.az”a danışan siyasi analitik Elçin Xalidbəylinin fikrincə, sözügedən dialoqun baş tutması vacibdir:
“Rusiya və Ukrayna arasında “körpülər, demək olar ki, artıq yandırılıb”. İki ölkənin prezidentləri görüşəcəkləri təqdirdə, Rusiya və Ukraynanın yenidən dost-qardaş dövlətlərə çevrilə biləcəyinə inanmaq çətindir. Amma istənilən halda belə görüşə ehtiyac var.
Hər halda, son dövrlərdə həm Rusiya, həm də Ukrayna qarşı tərəfə münasibətdə "qırmızı cizgiləri" keçiblər. Hətta bu iki ölkənin xalqları arasındakı tarixi bağlar belə, qopmaq üzrədir.
Ən azından bu prosesi bir qədər dayandırmaq, düşmənçiliyin dərinləşməsi baxımından prezidentlərin görüşü vacibdir. Son illərdə, xüsusilə də Donbass böhranı yarandıqdan sonra Rusiya siyasi dairələrində Ukraynaya yuxarıdan aşağı baxırdılar. Ancaq ABŞ və Qərbin də iştirak etdiyi son Rusiya-Ukrayna qarşıdurması bu vəziyyəti nisbətən dəyişib. Belə ki, Kremldə Ukrayna məkanının tamamilə nəzarətdən çıxmaq üzrə olduğunu anlayırlar. Rusiya Ukraynanın tamamilə ABŞ və Qərbin nəzarətinə keçməyə başlamasından ciddi şəkildə narahatdır. Xüsusilə də Ukraynanın NATO-ya tamhüquqlu üzvlük məsələsinin aktuallaşması Kremldə qıcıqla qarşılanır. Çünki bu, baş verərsə, NATO artıq birbaşa MDB məkanı içərisində hərbi bazalar yaratmaq imkanı qazanacaq. Bu isə Rusiyanın milli təhlükəsizlik maraqlarına birbaşa təhdid deməkdir. Ona görə də vaxtilə Ukrayna prezidenti Vladimir Zelenski ilə hər hansı görüşə həvəsli olmayan, hətta hər imkanda buna ehtiyac olmadığına eyham vuran Rusiya prezidenti Vladimir Putin indi öz mövqeyini bir qədər dəyişib. Yəni Kreml sahibi Ukrayna prezidenti ilə görüşməyin vacibliyini qəbul etməyə başlayıb”.
Analitik, həmçinin bildirdi ki, görüş formal xarakter daşıyacaq və nəticəsiz qalacaq:
“Müzakirə ediləcək əsas məsələlər isə böyük ehtimalla Donbass böhranı və Ukraynanın NATO-ya tamhüquqlu üzvlük prosesi ətrafında ola bilər. Ancaq bu məsələ ətrafında hər hansı ciddi anlaşmanın ola biləcəyi inandırıcı görünmür. Çünki hər iki məsələdə Ukrayna və Rusiyanın maraqları ciddi şəkildə toqquşur. Eyni zamanda rəsmi Kiyev ABŞ və Qərbin razılığı olmadan Rusiya ilə bu məsələlər ətrafında anlaşmaya həvəs göstərməz. Əslində Ukrayna prezidenti Vladimir Zelenskinin Kreml sahibi ilə görüş üçün təklif etdiyi məkan da maraq doğurur. Belə ki, o, görüşün Donbass ərazisində keçirilməsini təklif edir. Halbuki prezident Vladimir Putinin Donbasda görüşməyə razılaşmayacağını da çox gözəl bilir. Kreml rəhbərliyi görüşün məhz Rusiya paytaxtı Moskvada keçirilməsində israr edir. Qarşılığında isə rəsmi Kiyev Moskva deyil, Donbass və ya hər hansı neytral ölkə variantını irəli sürür. Belə anlaşılır ki, əslində hər iki tərəf bu görüşdə o qədər də maraqlı deyillər. Sadəcə, siyasi manevrlər ilə qarşı tərəfə psixoloji təzyiq göstərməyə çalışırlar. Görüşdən imtina edən tərəf böyük ehtimalla beynəlxalq ictimaiyyətə qeyri-konstruktiv mövqe tutan ölkə kimi təqdim olunacaq. Sadaladıqlarımı nəzərə aldıqda, hətta baş tutsa belə, bu görüşdən Rusiya və Ukraynanı bir-birinə yenidən yaxınlaşdıra biləcək anlaşmaların çıxa biləcəyi o qədər də inandırıcı görünmür”.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-05-2021, 16:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-05-2021, 16:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09