Bakı və İrəvan arasında 3-cü sənəd: təkcə imzalar qalır - NƏ BAŞ VERİR?
Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla yeni üçtərəfli anlaşma imzalamağa hazırlaşdığını açıqlayıb. Lakin N.Paşinyan imzalanacaq sənədin məzmununu açıqlamayıb, onun hələlik “işçi sənəd” formasında olduğunu bildirib. Qeyd edib ki, hazırda Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli danışıqlar aparılır və təklif edilən həll variantı Ermənistanın maraqlarına yüz faiz cavab verir. “Azərbaycan razılığını versə, mən bu sənədi imzalayacam”, -deyə Paşinyan bildirib.
Ermənistan rəhbəri sözügedən sənədin 100 faiz Ermənistanın maraqlarına uyğun olacağını iddia edirsə, bəs Azərbaycanın maraqları? Ümumiyyətlə yeni bir üçtərəfli sənədin imzalanması hansı zərurətdən doğub?
Politoloq Elxan Şahinoğlu öncə bildirdi ki, Nikol Paşinyanın “Azərbaycanla yeni saziş imzalayacağıq” açıqlaması İrəvanda aləmi bir-birinə qatıb, müxalifət yenə hərəkətə keçib: “Ancaq yalnız müxalifət narazı deyil. Ermənistan prezidenti Armen Sərkisyan, hətta Paşinyanın partiyadaşı, parlamentin təhlükəsizlik komitəsinin sədri Andranik Köçəryan sənəd barədə məlumatları olmadıqlarını deyiblər. Prezident Paşinyanı bir az daha sancaraq, ”sənəd üzərində iş açıq getməli və ictimai müzakirələr olmalıdır" fikrini səsləndirib. Başqa sözlə, bu məsələdə prezident müxalifətin yanında yer alıb. Paşinyanla yola getməyən ombudsman Arman Tatoyan da fürsətdən istifadə edərək deyib ki, hakimiyyət xalqın həyatı və təhlükəsizliyi ilə bağlı məlumatları gizlətməməlidir. Nikol Paşinyan sadəcə elan edib ki, guya üzərində iş gedən sənəd 100 faiz Ermənistanın maraqlarına cavab verir. Buna kimsə inanmır. Ona görə inanmırlar ki, Paşinyan Ermənistanın müharibədə məğlubiyyətini də qələbə kimi qələmə verməyə hazırdır. Azərbaycan qalibdir və şərtləri diktə edən tərəfdir. Belə olan halda yeni saziş necə 100 faiz Ermənistanın maraqlarına cavab verə bilər?
Əlbəttə, biz güzəşt olaraq həbsxanalarımızda saxlanılan erməni terrorçularını geri göndərə bilərik. Görünür, Paşinyan bunu uğur kimi cəmiyyətinə təlqin etmək istəyəcək. Ancaq Paşinyan bunun müqabilində Azərbaycanın da bir sıra şərtlərini yerinə yetirmək məcburiyyətində qalacaq. Paşinyan bunu parlament seçkisindən sonra elan etmək istəyərdi. Ancaq onun tənqidçisi Minasyan sənəd haqqında məxfi məlumatı yaymaqla Paşinyanın planlarını pozdu".
Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyanın vasitəçiliyi ilə üçtərəfli sənədi imzalayacağını və bunun Ermənistanın maraqlarına cavab verdiyini deməsi daxili auditoriyaya ünvanlanıb: “Belə bir sənəd var. İndiyə qədər sərhədin delimitasiya və demarkasiyasında Ermənistan tərəfi konkret olaraq prosesi siyasiləşdirməyə və vəziyyəti gərginləşdirməyə xidmət edirdi. Rusiya prezidentinin Paşinyana axırıncı zəngindən sonra Pasiyan bir qədər geri çəkildi. Həmçinin sabiq səfir M. Minasyan əldə edilən razılaşma sənədinin bir nüsxəsini yaydı. Təbii ki, burada olan bəndlər Azərbaycanın maraqlarına cavab verir. Bununla əlaqədar Pasinyana ciddi şəkildə müxalifət təzyiq etməyə çalışır. Amma Paşinyan bununla bağlı narahatlığı olsa da sənədi imzalayacağını qeyd etdi. Belə olan təqdirdə burada Azərbaycanın ciddi şəkildə Ermənistana hər hansı güzəştə getməsi gözlənilmir. Ümumiyyətlə Ermənistanın maraqlanarını özündə ehtiva edən sənəd olsa, Azərbaycan buna getməz. İlk növbədə sərhədlər müəyyənləşir və kəndlər Azərbaycana qaytarılır”.
Politoloq qeyd etdi ki, burada Ermənistana güzəşt ondan ibarət ola bilər ki, diversantlar geri qaytarıla bilər, Ermənistan blokadadan çıxır: “Bir də Gədəbəyin Başkənd kəndi ilə bağlı Paşinyanın qeyd etməsinə gəldikdə, qəti şəkildə bu ərazini vermək olmaz. Ermənistan 30 il ərzində işğalçı müharibəyə görə təzminat verməlidir. Başkənd də təzminatın cüzi bir hissəsidir. Ona görə də bu məsələdə prinsipial olmaq mütləqdir. Düşünürəm ki, Paşinyan seçkidən öncə bu sənədə imza atmaq istəmir. Rusiya çalışır ki, imza atsın. Daxildə vəziyyəti mürəkkəbləşdirsin. Göründüyü kimi, Paşinyan sənədə imza atmağa razıdır. Azərbaycan tərəfi bunu bilir. Ötən gün prezident İlham Əliyev də Ermənistanda seçkiləri gözlədiyini də bir mesaj kimi verdi. Göründüyü kimi, Paşinyan Azərbaycandan vaxt da istəyə bilər ki, seçki ərəfəsində Azərbaycan sıxmasın və sənədə imza atacaq. Artıq sənəd hazırdır və imzalanacaq. Bu, Azərbaycanın xeyrinədir”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:22-05-2021, 09:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-05-2021, 09:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Bu gün, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Bu gün, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Bu gün, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
Dünən, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
Dünən, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
Dünən, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
Dünən, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24
Abşeronun başçısı QƏZA yaratdı, dövlət qurumları TƏCİLİ Xırdalana ÇAĞIRILDI – Fotolar
19-12-2024, 14:22
4 saylı idarə rəisi niyə dövlət qulluqçusu deyil? - Asif Məcidovun diplomu da prolemlidir
19-12-2024, 11:19