reklam
Regionxeberlericom.az » Siyasət » Muradov Bakıdan İrəvana hansı mesajı aparıb? – Erməni mediasından iddia

reklam

Muradov Bakıdan İrəvana hansı mesajı aparıb? – Erməni mediasından iddia


Ermənistan mətbuatı Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyən edilməsi üçün razılığın olduğunu, lakin baş nazir Nikol Paşinyanın seçkilərə kimi onu imzalamaq istəmədiyi barədə məlumat yayıb. JAMAZ.İNFO xəbər verir ki, Ermənistanda nəşr olunan “Hraparak” qəzeti bununla bağlı iddia ilə çıxış edib.

Qəzet yazır ki, əgər Nikol Paşinyan seçkilərə kimi Azərbaycanla sərhədlərin demarkasiya və delimitasiyasına dair sənədi imzalamasa, Bakı güc tətbiq edəcək. “Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovun 24 mayda Bakıya və İrəvana səfərlər etməsi məhz bu məsələ ilə bağlı olub. Muradov Bakıdan ermənilər üçün heç də xoş olmayan xəbərlə gəlibmiş. O bütün cəhdlərinə rəğmən, Azərbaycan Prezidenti İlham Əliyevi qoşunların Qara göl ətrafından çəkilməsi və demarkasiya prosesinin bir qədər təxirə salınmasına razı sala bilməyib. Ona deyiblər ki, Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanla demarkasiya prosesini, onun hansı xəritə ilə həyata keçirməyə dair üçüncü sənədin imzalanması öhdəliyi götürüb. Azərbaycanın təklif etdiyi xəritə Ermənistan üçün məqbul deyil. Əgər Paşinyan bundan imtiuna edərsə, Azərbaycan gücdən istifadə edəcək. Muradov bildiriblər ki, Paşinyan götürdüyü öhdəlikləri, verdiyi sözü yerinə gətirməlidir”.

Qeyd edək ki, Ermənistanda bu tip iddialar mütəmadi olaraq yayımlanır. Lakin gedişat onu göstərir ki, həqiqətən də Azərbaycan tərəfi Ermənistanla sülh sazişi bağlamaqda nəinki maraqlıdır, hətta buna ciddi cəhd edir. Bakının verdiyi bəyanatlardan da aydın görünür ki, sərhədlərin müəyyən edilməsi, ərazi bütövlüyünün tanınması, habelə sərhədlərin müəyyənləşməsi vacibdir və bölgə üçün davamlı sabitlik deməkdir. Üstəlik, Nikol Paşinyanın Bakıya verdiyi vədlər və üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırdığı, bunu açıq şəkildə bəyan etməsi də göz qabağındadır. Təkcə, dünən gecə Kəlbəcərlə sərhəddə baş verənlər deməyə əsas verir ki, İrəvan hökuməti vaxt qazanmağa çalışmaqla yanaşı, təxribata əl ataraq, bölgədəki durumu daha da gərginləşdiməyə çalışır. Hədəf isə bir çoxdur. Onlardan biri də Moskvada əldə olunmuş razılaşmadan boyun qaçırmaq, yeni situasiya yaratmaq və öhdəliklərin icrasını həyata keçirməməkdir. Amma rəsmi Bakı da bu məsələdə geri çəkilmək fikrindən uzaqdır və o razılaşmanın yerinə yetirilməsini israr edir. Lakin bunun üçün gücdən istifadə edəcəyinə dair məlumatlar yalandan başqa bir şey deyil. Çünki Azərbaycan davamlı olaraq sülh çağırışları edən tərəfdir, hər hansı bir təxribata əl atmır və mümkün qədər prosesin tezləşməsinə çalışır.


Paylaş:


Müəllif : Tarix:
27-05-2021, 14:01
Sikayət   


loading...
Загрузка...