Müharibə bitdi, Avropanın Azərbaycana marağı artdı: - Nazirlər niyə gəlir?
Avropa İttifaqına (Aİ) üzv olan bir qrup ölkənin xarici işlər nazirləri təşkilatın Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrellin adından Cənubi Qafqazın hər üç ölkəsinə səfər edəcək.
Bu barədə C. Borrell Aİ xarici işlər nazirlərinin Lissabonda baş tutan qeyri-rəsmi iclasından sonda keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, səfərin məqsədi Cənubi Qafqazın hər üç ölkəsində baş verən cari hadisələrdə Aİ-nin daha yaxından iştirak etməyə hazır olduğunu bir daha təsdiqləməkdir.
Politoloq Pünhani Əsgərli Cebhe.info-ya bildirib ki, birinci diqqət eləməli olduğumuz məqam Avropa İttifaqına üzv olan ölkələrdən hansıların Xarici İşlər nazirlərinin regiona səfəridir:
"Bəzi ölkələr ola bilər ki, bu səfərdə tamamilə iqtisadi maraqları nəzərdə tuta bilər, bəzi ölkələrin isə həm də siyasi məqsədləri olar. Amma mən düşünmürəm ki, onların indiki halda Qarabağ məsələsinə, məskunlaşmanın həyata keçirilməsinə, Dağlıq Qarabağın inkişafına mənfi təsirləri olsun. Təbii ki, Avropa İttifaqı dünyanın güc mərkəzlərindən biri olduğu üçün bölgədə həm iqtisadi, həm də siyasi olaraq var olmaq istəyir. Avropa İttifaqı bunda çox maraqlı olacaq. Düşünürəm ki, xarici işlər nazirlərinin səfəri də siyasi kontekstdən daha çox iqtisadi kontekstdə həyata keçiriləcək. Bu, yeni, loru dildə desək, xam ərazidir, burada yatırımlara ehtiyac var. Avropa İttifaqı ölkələrinin bir çoxu yatırım etmək gücündədir. Onlar buradakı yatırım imkanlarını müzakirə edə bilərlər. Eyni zamanda, bu səfər Dağlıq Qarabağa yaxın ərazilərdə, Azərbaycan-Ermənistan sərhədindəki gərginliyin azaldılmasına da planlanıb. Çünki Avropa İttifaqı İkinci Qarabağ müharibəsi zamanı bir az arxa planda durmuşdu. Artıq məsələ hərbi sahədən diplomatiya sahəsinə keçdiyi üçün Avropa İttifaqı proseslərdə həm iqtisadi, həm siyasi olaraq güclənməyə çalışacaq. Bunu tam mənası ilə anlamaq üçün hansı ölkələrin bu səfəri etdiyinə diqqət etmək lazımdır. Məsələn, Fransa bura gəlirsə, tamamilə siyasi məqsədləri var, amma Almaniya, Skandinaviya ölkələri gələcəksə, burada artıq iqtisadi məsələlər rol oynayacaq”.
Politoloqun fikrincə, ümumilikdə bu səfər Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yaxşılaşmasına töhfə verəcək:
“Avropa İttifaqı ilə Azərbaycan arasında bağlanmalı olan bir saziş var idi, müharibə vaxtı dayandırılmışdı, bu sazişin də sürətlənməsinə faydalı olacaq. Çünki regionda artıq Gürcüstanın Avropaya inteqrasiyası güclənir, Ukrayna güclənir, Avropa İttifaqına yaxınlaşır, Azərbaycan da artıq istər sosial, istər iqtisadi cəhətdən Avropa İttifaqı ilə yaxınlaşacaq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:28-05-2021, 14:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-05-2021, 14:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07