“İyunun 20-də Ermənistanda güclü ixtişaş olacaq“ - Zərdüşt Əlizadə
İyunun 20-də Ermənistanda keçiriləcək seçkilərlə bağlı müxtəlif proqnozlar səsləndirilir. Hazırda baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın seçkinin favoriti olduğunu iddia edənlərlə yanaşı, bunun əksini düşünənlər də var. Ötən gün keçirilən rəy sorğularında eks-prezident Robert Köçəryanın Paşinyanı üstələməsi Ermənistandakı seçkilərə marağı daha da artırıb.
Maraqlıdır, iyunun 20-də qutudan kim çıxacaq?
Mövzu barədə Yenisabah.az-a danışan politoloq Zərdüşt Əlizadə qeyd edib ki, Ermənistanda təmiz seçkilər keçirilsə, Paşinyanın qələbəsi şübhəsizdir:
“Ancaq Rusiyanın Köçəryanın qayıtmasına maraqlı olduğunu nəzərə alsaq, həmçinin Ermənistan siyasətinin milli ənənələrini də unutmasaq, deyə bilərik ki, iyunun 20-də güclü iğtişaşlar, mübahisələr olacaq və sonda güc amili işə salınaraq Paşinyanı kənarlaşdıracaqlar. Rusiya Azərbaycanla-Ermənistan arasında konflikt yaratmaq istədiyi üçün məhz Köçəryanı hakimiyyətə gətirəcək. Çünki Paşinyan hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanla danışıqlar nisbətən rahat həllini tapacaq, lakin Köçəryanda bu, baş tutmayacaq”.
Həmsöhbətimiz vurğulayıb ki, məhz münaqişə Rusiyanın bölgəyə təsir etmək üçün ən səmərəli alətidir:
“Onsuz da Paşinyan da gəlsə, Rusiya müyyən qədər təsiri olacaq. Amma Paşinyan hər halda açıq şəkildə bildirib ki, Ermənistanı Qərbə tərəf aparmaq istəyir. Fikirləşməyək ki, Paşinyan gücsüzdür. Paşinyanın arxasında dövlət cihazının böyük bir hissəsi durur. Konkret olaraq polis Baş naziri müdafiə edir. Həmçinin ABŞ, Fransa, bütövlükdə Qərb Paşinyanı müdafiə edir. Köçəryan zümrəsinin, Qarabağ klanının Qərbə qarşı getməyə hazır olub-olmayacağı isə hələ bilinmir. Hər halda ortada hakimiyyət kimi şirin kökə var və bu kökə uğrunda Ermənistanda mübarizə gedəcək. Çox zaman milli maraqlar nəzərə alınmır. Azərbaycanın 1990-cı illər tarixi də onu göstərir ki, hakimiyyət məsələsi gələndə milli maraqlar unudulur”.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-06-2021, 11:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:4-06-2021, 11:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti