reklam
Regionxeberlericom.az » Siyasət » Erməni terroru işə düşüb: - “Yola partlayıcı düzməkdə PKK “dəst-xətti”...”

reklam

Erməni terroru işə düşüb: - “Yola partlayıcı düzməkdə PKK “dəst-xətti”...”



Bu gün iki media işçimiz minaya düşərək həlak olublar. Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşüblər. Bu barədə AzTV-nin əməkdaşı Nigar Etibar məlumat yayıb.

Qeyd olunub ki, baş verən hadisə erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsidir.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC adından hər iki həmkarımızın ailəsinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan rəhmət diləyirik!”.

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli “Sherg.az”a bildirib ki, hadisənin baş verməsi Ermənistanın problemlərin həllinə yönəlik atdığımız addımlara blok qoyulmasına hesablanıb:

“Həlak olanlar mülki şəxslərdir və informasiya siyasəti ilə məşğuldurlar. Ehtimal etmək olar ki, erməni tərəfi bölgədə terrorçuların fəaliyyətindən istifadə edir. Türkiyə zamanında PKK ilə savaş aparırdı- yolların minalanması minlərlə türk əsgərinin şəhid olması ilə nəticələnirdi. Erməni terror təşkilatları, o cümlədən ASALA daşnaksütun təfəkkürü Azərbaycana qarşı işə düşüb. Yola partlayıcılar qoymaq PKK ilə eyni dəst-xəttin göstəricisidir. Əminəm ki, bölgələrin minalardan təmizlənməsinə dair proses aparılıb, amma hesab etmək olar ki, yaxın günlərdə həmin bölgədəki yollara minaların döşənməsini həyata keçiriblər. Bununla bağlı bir neçə gün hadisənin şahidi olduq: Azərbaycan ərazisini minalamaq istəyən erməni əsgərlərinin ələ keçirildi, 6 nəfər saxlanıldı. Bu durum iki məqamı ortaya çıxarır. Birincisi, erməni tərəfi mina xəritəsini dövlətimizə təqdim etmir və mina döşəməyə davam edir. Bunun özü müharibə cinayətidir. İkincisi, beynəlxalq təşkilatlar Azərbaycana qarşı qınayıcı mövqedən çıxış edirdilər. Fransa prezidenti Emmanuel Makron, Minsk qrupu, Avropa Parlamenti və Avropa İttifaqı bu olanlara cavab verməli, beynəlxalq düşüncə Ermənistan cinayətlərinə fikir bildirməlidir. Daha öncə Xocalıda, Birinci və İkinci Qarabağ müharibəsi dönəmlərində terrorun hər “üzünü” görmüşdük. Lakin indi ənənəvi müharibənin yox, tamamilə dövlət terrorunun və terrora məruz qalan ölkənin şahidiyik. Ermənistan tərəfi münasibətlərdə terror mərhələsinə keçib”.



Paylaş:


Müəllif : Tarix:
4-06-2021, 17:19
Sikayət   


loading...
Загрузка...