reklam
Regionxeberlericom.az » Siyasət » Rusiya ilə İran aranı qarışdırır: - Demarkasiya və Zəngəzur məsələləri “tormozlanır”

reklam

Rusiya ilə İran aranı qarışdırır: - Demarkasiya və Zəngəzur məsələləri “tormozlanır”



Azərbaycan-Ermənistan sərhəddindəki gərginlik qalmaqdadır. Rəsmi İrəvan hər cəhdlə çalışır ki, delimitasiya və demarkasiya prosesini ləngitsin. Əslində Ermənistanda seçkiöncəsi belə addımların atılması elə də təəccüblü deyil. Aydın məsələdir ki, Baş nazir Nikol Paşinyan sərhəddəki prosesləri gərginləşdirməklə hələ də ayaqda olduğunu göstərməyə, həmçinin erməni xalqının diqqətini yayındırmağa çalışır.
Sərhəddəki təxribatlarla bağlı digər iddia isə budur ki, gərginlikləri yaradan tərəf Rusiyadır. Yəni rəsmi Moskva demarkasiya proseslərinə mane törədib, təxribatlara əl ataraq Paşinyanın seçkilərdə qalib gəlməsini əngəlləmək istəyir.

Professor, siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev sərhəddəki təxribatların nədən qaynaqlandığı və nə zaman sona çatacağı barədə fikirlərini “Sherg.az”la bölüşüb: Analitikin sözlərinə görə, sərhəddə baş verən proseslər iyunun 20-nə qədər davam edəcək:

“Aranı qarışdıran tərəf əsasən Rusiyadır. Çünki Rusiya Paşinyanın yenidən seçilməsində maraqlı deyil. Ona görə də rəsmi Moskva Ermənistandakı parlament seçkilərində 3 qrupla iştirak edir. Həm Robert Köçəryan, həm Serj Sarkisyan, həm də Ara Abramyan. Əsas məqsəd odur ki, onlar parlamentdə səslərin yarından çoxunu qazansın və həmin qrupun üçünün koalisiyasını yaratsın. Rusiyanın qurduğu planın məqsədi Azərbaycanı KTMT-yə daxil etməkdir. Belarusla da danışıqlar aparılır. Baxmayaraq ki, hazırda Belarusun da vəziyyəti kifayət qədər gərgindir. Bu ayın 18-də İranda prezident seçkiləri keçirilir. Rəsmi Tehran Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil. Ona görə də İran generallarının İrəvana gəlməsi heç də səbəbsiz deyil”.

C.Nuriyev qeyd edib ki, sərhədlərin delimitasiya və demarkasiyası qanuni şəkildə aparılır:

“Nə Ermənistan tərəfi sərhədlərin müəyyənləşməsindən qaça, nə də Azərbaycan ayrı cür hərəkət edə bilər. Çünki proseslər qanuni şəkildə yerinə yetirilir. Coğrafi en və uzunluqların hamısı dəqiqliklə məlumdur, hərbi xəritələrin üzərində məlumatlar var. Azərbaycan son 30 ildə Ermənistanın həyasızlığı nəticəsində işğal olunmuş torpaqlarımızdan erməniləri çıxarır. Burada qeyri-adi nəsə yoxdur, dövlətimiz hansısa qanunsuzluğu həyata keçirmir. Ermənistanda müəyyən qüvvələr var ki, sərhədlərin müəyyənləşməsində ayrı cür fəaliyyət göstərirlər. Hadisələrin qısa müddət ərzində sonlanacağına inanıram. Azərbaycanın da mövqeyini dəyişməyəcəyi birmənalıdır”.


Paylaş:


Müəllif : Tarix:
4-06-2021, 17:19
Sikayət   


loading...
Загрузка...