reklam
Regionxeberlericom.az » Siyasət » Qarabağın azadlığı yeni hərbi vəziyyət yaradıb - GƏLİŞMƏ

reklam

Qarabağın azadlığı yeni hərbi vəziyyət yaradıb - GƏLİŞMƏ



Xəbər verdiyimiz kimi iyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq başlayıb. İclasda müdafiə sahəsində inkişaf perspektivləri və əsas fəaliyyət istiqamətləri nəzərdən keçirilib. Bu arada məlumat yayılıb ki, “Bayraktar TB2”lərin istehsalçısı olan “Baykar Makina”nın Azərbaycanda istehsalat bölməsinin açılması ilə bağlı da danışıqlar gedir. Türkiyə hərbi-sənaye kompleksinin nəhənglərindən olan “Aselsan”ın ölkəmizdə bölməsi artıq var.

Qardaş ölkə ilə hərbi əməkdaşlıqla bağlı “Şərq”ə danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, Azərbaycanla Türkiyə arasında olan münasibətlər istənilən sahə üzrə müsbət dinamika ilə inkişaf edir. Ekspertin sözlərinə görə, hazırda iki qardaş ölkə arasında əlaqələr özünün ən pik səviyyəsini yaşayır:

“Təhlükəsizlik, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələri əhatə edən ikitərəfli əməkdaşlıq məsələləri Bakı ilə Ankara arasında hər il mütəmadi keçirilən birgə yüksək səviyyəli hərbi dialoq iclasında müzakirə edilir. Adətən belə iclaslarda hər iki tərəfdən yüksək rütbəli generallar iştirak edirlər. İclaslarda həm əvvəllər qəbul edilmiş qərarların icrası, cari məsələlər, həm də iki ölkənin qarşısında duran birgə hərbi vəzifələr müzakirə olunur. Ələlxüsus, indiki dövrdə, yəni Qarabağın azadlığından sonra yeni yaranmış situasiyada bu cür müzakirələr mühüm əhəmiyyət kəsb edir. Bildiyimiz kimi Azərbaycan hazırda Qarabağda böyük inşaat işlərinə başlayıb. Ağdamda sənaye parkı inşa ediləcək. Hesab edirəm ki, işğala qədərki dövrdə müdafiə sənaye potensialına sahib olan Ağdamda Türkiyə ilə birgə qurulan müdafiə sənayesi müəssisələrinin fəaliyyəti normal olardı”.

Ə.Verdiyev vurğulayıb ki, “Aselsan” Bakıda çoxdan fəaliyyət göstərir. “Baykar Makina”nın Azərbaycana gəlməsini isə ekspert hələ Səlcuk Bayraktarın cənab Prezident tərəfindən qəbul edilməsi zamanı ehtimal olaraq irəli sürüb:

“Hələki bu məsələlər ehtimal olaraq qalır. Lakin reallığa çevriləcəyi ehtimalı böyükdür və bu təşəbbüslərin həyata keçəcəyinə şübhə etmirəm. Amma hadisələri tələsdirmək lazım deyil. Müzakirə olunan əsas məsələlələrdən biri Azərbaycan Ordusunun Türkiyə modelinə keçməsi ilə bağlıdır. Bununla əlaqədar ştat strukturlarının uyğunlaşdırılması və Azərbaycan tərəfindən müharibədə istifadə olunan silah-sursat sistemlərinin alınması, bərpası, birgə layihələrin detallı müzakirəsi ehtimal olunur. Həmçinin, iki ölkənin hərbi qurumları qarşısında duran vəzifələrin müəyyən ediləcəyi də gözlənilir”.


Paylaş:


Müəllif : Tarix:
5-06-2021, 09:53
Sikayət   


loading...
Загрузка...