QARABAĞLA BAĞLI MOSKVA-PARİS -VAŞİNQTON İŞBİRLİYİ... - Türkiyə həmsədr dövlətlərin anti-Azərbaycan həmlələrini neytrallaşdırmağa çalışır
Azərbaycan ötən il 44 gün davam edən qalibiyyətli müharibə ilə Qarabağ problemini böyük ölçüdə həll etsə də, münaqişənin uzun illər davam etməsinə səbəb olan dövlətlər məsələni bitməsiilə barışmaq istəmirlər. ABŞ və Fransa prosesi separatçı erməni azlığının status məsələsini qaldırmağa çalışır. Əsas hədəf ATƏT-in Minsk Qrupunu dirçəltmək, onun tərəflərə təqdim etdiyi təkliflər paketi ətrafında yenidən müzakirələrə başlamaqdır. Heç şübhəsiz bu zaman Qarabağın statsunun Ermənistanın tələb etdiyi şərtlər daxilində müəyyən edilməsini arzulayırlar.
Rusiya müharibədən sonra bölgədə hərbi-siyasi imkanların genişləndirib və öz maraqları çərçivəsində vasitəçilik institunun bərpa olunmasına dəstək verir. Moskva-Paris arasında bu barədə prezidentlər və xarici işlər nazirləri səviyyəsində dialoq mövcuddur.
Beləliklə, həmsədrlər dövlətlər əvvəlki kimi beynəlxalq hüquq prinsiplərini deyil, ermənilərin marqlarınıqorumağa çalışırlar.
Rəsmi Bakı haqlı olaraq münaqişənin tam həllinə həmsədr dövlətlərin köhnədən fərqlənməyən yeni yanaşmasını qəbul etmir. Azərbaycanın strateji müttəfiqi Türkiyə də bu çərçivədə fəal diplomatiya aparır.
İki gün əvvəl Parisdə olan Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu fransalı həmkarı ilə müzakirələrdə Azərbaycan və Ermənistan arasındakı gərginliyə toxunub.
O deyib ki, Türkiyə və Fransa burada hər iki xalqı mənfəətləndirəcək davamlı sülhün dəstəklənməsində birgə çalışa bilərlər: "Tarixdən sui-istifadə və ya onun təhrif edilməsi heç vaxt mübahisələrin çözümünü və ədalətin icrasını mümkün etməyib”.
Çavuşoğlu bildirib ki, “ekstremist ermənilərin” Türkiyə-Fransa münasibətlərini girov etməsinin qarşısını almaq mümkün olsa, bu iki ölkə Cənubi Qafqazda stabilliyə daha yaxşı töhfə verə bilər.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ABŞ prezidenti Cozef Baydenlə iyunun 14-də NATO sammitində planlaşdırılan görüşündə Qarabağ məsələsini müzakirə edəcəyini planlaşdırır. Bu barədə Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan jurnalistlərə bildirib.
O qeyd edib ki, dövlət başçılarının görüşündə Qarabağ məsələsi ilə yanaşı, həmçinin Suriya, İran və Əfqanıstan mövzuları diqqət mərkəzində olacaq.
Baydenlə Ərdoğanın təkbətək görüşünün detallarını açıqlayan Ağ Ev rəsmisi "iki liderin Aralıq dənizinin şərqi, Suriya, İran, Qarabağ kimi regional məsələlərə dair geniş və əhatəli gündəliyi olacaq”, - deyə bildirib.
"Prezident Bayden prezident Ərdoğanı çox yaxşı tanıyır və bu iki şəxs bir-birləri ilə çox vaxt keçiriblər. Bayden və Ərdoğan bu fürsətdən istifadə edərək, münasibətlərinin bütün aspektlərini nəzərdən keçirməyi səbirsizliklə gözləyirlər", - Ceyk Sallivan vurğulayıb.
Politoloq Elxan Şahinoğlu "AzPlitika.info"-ya bildirib ki, son vaxtlar böyük dövlətlər həmsədrlik institunu gücləndirməyə çalışırlar. O, Rusiya prezidenti V. Putinin avropalı həmkarları ilə telefon danışığını, Çavuşoğlunun Franasada apardığı müzakirələri, Baydenin Avropada bu istiqamətdə müəyyən toplantılarda iştirakının nəzərdə tutulduğunu misal gətirir.
Ekspert daha sonra bildirir ki, eyni zamanda Bayden Putin və Ərdoğanla görüşəcək.
"Əlbəttə ABŞ liderinin müzakirə etmək istədiyi mövzular çoxdur, ola bilsin, Qarabağla bağlı Putin və Ərdoğanla da qısa fikir mübadiləsi olsun" - deyə, politoloq əlavə edib.
E. Şahinoğlunun sözlərinə görə, həmsədrlik institunun gücləndirlməsi cəhdləri həm də onunla bağlıdır ki, ABŞ və Fransa bölgədə faktiki olaraq oyundankənar vəziyyətdə qalblar: "Bölgənin iki aparıcı dövləti Rusiya və Türkiyə arasında gedən danışıqlarda məsələlər müzakirə olunur və həll edilir. Ona görə də Paris və Vaşinqton da hansısa şəkildə oyuna daxil olmaq istəyirlər".
Əsas sual ondan ibarətdir ki, beynəlxalq proses nə dərəcədə Azərbaycanın maraqlarına cavab verir?
Çünki Fransa birmənalı şəkildə Ermənistanın mövqeyindən çıxış edir, ABŞ-dan da ədalətli mövqe gözləmək əbəsdir.
E. Şahinoğlu qeyd edir ki, ona görə də bu çabalar bizim maraqlarımıza uyğun deyil.
"Amma biz həmsədrlik institundan da imtina edə bilmirik. Qarşımızda böyük güclər var. Uzaqbaşı vasitəçilər bölgəyə səfərlər edib hansısa təkliflər gətirəcəklər. Necə ki, Ermənistan 30 il məsələni uzatmadı, eyni strategiya və taktikadan biz istifadə etməliyik. Gəlsinlər, danışaq, fikir mübadiləsi aparaq, amma Qarabağın statusunun müəyyənləşməsi bizi maraqlara cavab vermir" - deyə, ekspert vurğulayıb.
Politoloq hesab edir ki, Azərbaycan öz hədəflərini həyata keçirməklə məşğul olmalıdır, bu da ondan ibarətdir ki, Ermənistanla bütün sərhədləri müəyyənləşdirmək və nəzarətə götürmək, Qarabağda təmizləmə işlərini sona çatdırmaq vacibdir: "Torpaqlarımzın böyük bir hissəsini işğaldan azad etdik, amma hələ də ciddi problemlər qalır. Biz Şuşanın kəndlərini azad etməliyik, Xocalıya, Xankəndinə daxil olmalıyıq, orada bizim qanunlar işləməlidir. Elə etməliyik ki, Ermənistanın diversiya qrupları ərazilərimizə minalar basdıra bilməsinlər. Bu da bizim əsas vəzifələrimizdən biridir. Bu haqda dünyada danışan yoxdur, həmsədrlər də bu barədə susurlar. Yəqin ki, bundan sonra onların regiona səfərlərinə o qədər də əhəmiyyət verməyəcəyik".
"AzPolitika.info"
Paylaş:
Müəllif : Yazar
Tarix:8-06-2021, 16:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-06-2021, 16:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07