Dilqəm Əsgərov livanlı muzdlu terrorçulardan danışdı... - “Onlara ömürlük cəza verilməsə, rahatlıq tapmaram...”
Xəbər verdiyimiz kimi livanlı erməni terrorçu Eulcekian Viken Abrahamın məhkəməsi keçirilir. Erməni girovluğunda olmazın işgəncələrinə məruz qalan Dilqəm Əsgərov Moderator.az-a açıqlamasında erməni muzdlularına ən ağır cəza verilməsini tələb edib:
“Ermənilər mənim üzərində qondarma məhkəmə qurdular, saxta ittihamlar irəli sürdülər. Daha sonra Xankəndinin xəstəxanasında məni toka verdilər. Hər iki əlimdən bir barmağımı sındırdılar. Dubinkayla döyülməkdən başımın ortasında dəliklər əmələ gətirdilər. 15 nəfər erməni məni saatlarla döyüb, işgəncələr verdi. Təəssüf edirəm ki, ordumuz tərəfindən saxlanılan erməni diversantlarının isə üzünü görmədim. Gərək onları görəydim. 1990-cı ildən Qarabağda mübarizə aparan insanlardan biriyəm. Onlar Azərbaycan Respublikasının qanunları çərçivəsində ən ağır şəkildə cəzalandırılmalıdır. Necə olur ki, mən kəlbəcərlini anamın qəbrinin üstündə tutub ömürlük həbs verirlər, amma Azərbaycan tərəfi onları ölkəsinə qaytarır. Həmin vaxt Sarksiyan Prezident İlham Əliyevin təklifini eşitmədi. Dilqəm Əsgərov adi bir azərbaycanlı idi. Cənab Prezident Sarkisyana və Paşinyana dedi ki, əsirləri dəyişin, amma onlar mənim adımı terrorçu qoyub bundan imtina etdilər. Məni ömürlük azadlıqdan məhrum etdilər. Bu gün həmin muzdlu döyüşçülərə ömürlük həbs verilməsə, rahatlıq tapmaram. Ona görə ki, onlar birinci mənim Prezidentimin, dövlətimin rəhbərini eşitmədilər. Əslində terrorçu onların özləridir.
Bu gün Laçında mənim basdırdığım azərbaycanlının başı var, onun başını 1992-ci illərdə ermənilər kəsmişdi. Bununla yanaşı, Laçında Ballıqayada bir ailənin bütün üzvünü qırdılar. Dörd uşaqla birlikdə ailə üzvlərini bir qəbirdə basdırdıq. Bunların hamısını gündəmə gətirib, araşdırmaq lazımdır. Azərbaycanlıları qıranlar Liviyadan, Suriyadan gələn ermənilərdi. Onları ömürlük azadlıqdan məhrum etmək lazımdı. Mən ancaq bunun tərəfdarıyam. Əgər biz bu gün ermənilərə güzəştə getsək, onlara yazığımız gəlsə, yenə bu hadisələr təkrar olunacaq. Özünüz də şahidi oldunuz ki, Kəlbəcərdə iki jurnalistimiz necə minaya düşdü. Onların nə günahı var idi? Bu erməni diversantları ömürlərinin axırına qədər Bakı türmələrində saxlanılmalıdır ki, qalan ermənilərə də dərs olsun”.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-06-2021, 16:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-06-2021, 16:54
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti