“Fransa sülhməramlı missiyada iştirak edə bilməz” - Deputatdan ETİRAZ
Rusiya xarici işlər naziri Sergey Lavrov fransalı və almaniyalı həmkarları Jan iv Lö Drian və Hayko Maasla telefonla danışıb. Rusiya XİN-nin məlumatına görə, xarici siyasət idarələrinin rəhbərləri Azərbaycan-Ermənistan sərhədindəki və Dağlıq Qarabağ ətrafındakı vəziyyəti, həmçinin, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il tarixli və 11 yanvar tarixli bəyanatlarının müddəalarının yerinə yetirilməsinin gedişaatını müzakirə ediblər.
Atəşkəs rejiminə ciddi riayət olunmasının, eləcə də ortaya çıxan fikir ayrılıqlarının siyasi və diplomatik yolla həllinin vacibliyi vurğulanıb. Nazirlər ATƏT-in Minsk qrupunun Azərbaycan və Ermənistan arasında danışıqlar prosesindəki rolunu təsdiqləyiblər.
Rusiya tərəfindən qeyd edilib ki, beynəlxalq təşkilatların danışıqlar prosesində hər hansı bir iştirakı yalnız Bakı və İrəvanın razılığı ilə mümkündür.
Millət vəkili Asim Mollazadə “Sherg.az”a bildirib ki, Lavrovun dedikləri tamamilə real vəziyyəti əks etdirir:
“Çünki Minsk qrupunun həmsədri olan Fransa öz bəyanatları və mövqeyini ifadə etməklə məhz Ermənistan tərəfdarı olduğunu göstərib. Təbii olaraq bununla da vasitəçilik funksiyasını itirib. Ona görə də hazırda Azərbaycanın razılığı olmadan hansısa ölkəyə tərəf çıxan həmsədr dövlət gəlib sülhməramlı missiyada iştirak edə bilməz. Reallıq onunla bağlıdır ki, həmsədr ölkənin sülhü yaratmaq üçün təklifləri varsa, prosesdə iştirak edə bilər. Lakin həm Fransa parlamentinin qəbul etdiyi sənədlər, həm də icra sturukturlarının bəyanatları nəticəsində tərəf tutduğu üçün vasitəçilik imkanlarını itirir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-06-2021, 18:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-06-2021, 18:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti