"ƏRDOĞANIN ŞUŞA SƏFƏRİ İLƏ TÜRKİYƏ YENİ DÜZƏNƏ MÖHÜRÜNÜ VURACAQ" - "Müharibə hələ başa çatmayıb və bu..."
Sülhəddin Əkbər: "Əsas gözləntimiz ondan ibarətdir ki, Azərbaycan -Türkiyə münasibətləri strateji tərəfdaşlıqdan strateji müttəfqiliyə yüksəldiləcək"
"15 erməni əsirinin mina xəritələri ilə dəyişdirilməsi həm Qərbə, eyni zamanda Rusiyaya yönəlik bir mesajdır"
Sabah-iyunun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gələcək. Səfər proqramına görə, Türkiyə lideri Azərbaycan Prezidenti ilə işğaldan azad edilmiş Füzuli şəhərində görüşüb, birgə Şuşaya gedəcəklər.
Şuşada iki ölkə arasında yeni əməkdaşlığa dair əhatəli müqavilələrə imza atılacağı gözlənilir. Daha sonra liderlər Bakıda Avropa futbol çempionatı çərçivəsində keçirilən Türkiyə-Uels oyununu birgə izləyəcəklər.
Ərdoğanın Azərbaycana NATO sammitindən, ABŞ Prezidenti Co Baydenlə görüşdən sonra gəlməsi diqqət çəkir. Bu səfər eyni zamanda regionda mühüm proseslərin cərəyan etdiyi dövrə təsadüf edir.
Azərbaycan Rusiyadan kənar- Qərbin vasitəçiliyi ilə mina xəritələri ilə bir qrup erməni əsirinin mübadiləsini həyata keçirdi və bu addım Avraatlantik strukturlardan ciddi dəstək qazandı.
Beləliklə, Ərdoğanın Azərbaycana səfəri həm ikitərəfli əməkdaşlığın genişləndirilməsi baxımından, həm regionda gedən proseslər, həm də Qərblə yeni münasibətlər konteksində mühüm əhəmiyyətə malikdir.
Politoloq Sülhəddin Əkbər "AzPolitika.info"-ya şərhində bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın işağldan azad edilmiş Füzuliyə, Şuşaya gəməsi olduqca əhəmiyyətlidir.
Ekspert səfərin zamanlamasına diqqət yetirərək vurğulayır ki, dünyada böyük hadisələr gedir və qardaş Türkiyə də bu proseslərin içərisindədir.
"Bu baxımdan, Ərdoğanın NATO zirvəsindən, ABŞ Prezidenti Co Baydenlə görüşdən sonra Azərbaycana gəlməsinin özü əhəmiyyətli hadisədir" - deyə, S. Əkbər vurğuladı.
Politoloq daha sonra bildirir ki, Türkiyə-Azərbaycan münasibətlərinin yeni bir səviyyəyə yüksəldiməsi baxımdan da bu səfər gözləntiləri doğruldur: " Nəzərə almaq vaxibdir ki, cənab Ərdoğan Şuşada Azərbaycanla Türkiyə arasında əhatəli bir anlaşmanın imzalanacağını açqılayıb. Azərbaycan cəmiyyətinin əsas gözləntisi ondan ibarətdir ki, Azərbaycan -Türkiyə münasibətləri strateji tərəfdaşlıqdan strateji müttəfqiliyə yüksəldiləcək. Hesab edirəm ki, bu səfər iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni bir mərhələyə yüksəlməsində əhəmiyyətli rol oynayacaq".
S. Əkbərin sözlərinə görə, Türkiyə liderinin səfəri həm də regionda gedən proseslər konteksində olduqca əhəmiyyətlidir.
"Məlumdur ki, 44 günlük müharibədə sonra Cənubi Qafqazda yeni geopolitik durum yaranıb. Ərdoğanın Şuşaya gəlib Azərbaycanla əhəmiyyətli sazişləri imzalaması da yeni düzənə Türkiyənin möhürünü vurması kimi dəyərləndiriləcək. Beləliklə, Türkiyə liderinin gəlişi həm qlobal, həm də regional baxımdan vacib proseslərin cərəyan etdiyi, eyni zamanda ikitərəfli münasibətlərin yeni bri səviyyəyə yüksəldiyi indiki dövrdə əhəmiyyətli səfərdir", deyə politoloq vurğulayıb.
Sülhəddin Əkbər bildirir ki, siyasətdə heç bir təsadüf olmur, hər bir reallaşdırılan səfərlərdə mesajlar verilir və bunlar simvollarla yüklənir: "Ona görə də Ərdoğanın Şuşaya səfər etməsini, sənədlərin orada imzalanmasını Bakıda Qələbə paradını birgə qəbul etməyə bənzətmək olar. Beləliklə, Bakı və Ankara həm dünyaya, həm region dövlətlərinə, həm də Azərbaycan və erməni xalqlarına növbəti mesajlarını çatdırırlar. Dünyada, regionda yeni bir vəziyyət yaranıb və hamı onunla barışmalıdır. Əlbəttə, Azərbaycan xalqına da ciddi mesajlar var ki, Türkiyə bundan sonra da onun yanında olacaq. Yəni, həm dostlara, həm də düşmənə buradan ciddi mesajlar veriləcək".
Ekspert Azərbaycanın 15 erməni əsirini Ağdamda basdırılmış mina xəritələri ilə dəyişdirilməsini müsbət qiymətləndirir. "Əvvəla, mən həmişə deyirdim ki, Bayden hakimiyyətə gəldikdən sonra Azərbaycan həm ABŞ-a yönəlik siyasətinə, həm də Vaşinqtonun lideri olduğu Qərb strukturları ilə münasibətlərinə yenidən baxmalıdır. Çünki müharibə hələ başa çatmayıb və bu, strateji savaşdır. Müharibə diplomatik-siyasi müstəvidə hələ uzun çəkəcək. Bayden administrasiyasının Qərb institutlarını yenidən gücləndirdiyi bir vaxtda Bakının bu siyasəti aparması, ABŞ-la, Avropa Birliyi ilə münasibətlərinə yenidən baxması çox mühümdür", -deyə S. Əkbər vurğulayıb.
Poltoloq bildirir ki, Azərbaycanın Qərbin vasitəçiliyi ilə mina xəritələri ilə əsirlərin mübadiləsini aparması, ABŞ və Fransanın Rusiya tərəfindən oyundakənar vəziyyətə qoyulması prosesini tam da olmasa bir qədər kompensasiya edəcək: "Beləliklə, bu hadisəni həm Qərbə, eyni zamanda Rusiyaya yönəlik bir mesaj kimi qiymətləndirirəm. Yəni, Rusiya regionda vəziyyətdən istifadə edib yaratdığı inhisarçı mövqeyinin dayanıqlı olmasından çox da əmin olmasın. Onun mövqeyini tarazlaşdıra biləcək digər güclər də var və Azərbaycan qardaş Türkiyə ilə birgə bu gücləri prosesə cəlb edə bilər".
"Paşinyan bəyan etmişdi ki, o, əvvəllər də bəzi ərazilərin mina xəritələrini Rusiya tərəfinə verib. Amma məlum olduğu kimi Rusiyanın vasitəçiliyilə hansısa mübadilə baş verməyib. Paşinyanın bu bəyanatına Rusiyadan hansısa reaksiya gəlməyib. Bu faktdan çıxış etsək, Rusiyanın Azərbaycanın Qərbin vasitəçiliyi ilə həyata keçirdiyi prosesə hansısa reaksiyası olacaqmı?"
Bu suala cavabında Sülhəddin Əkbər bildirdi ki, ciddi bir reaksiyasının olacağını düşünmür: "Mariya Zaxarovanın açıqlamasından görünür ki, guya əsrilərin mina xəritələri ilə dəyişdirilməsindən seviniblər. Hesab edirəm ki, Paşinyana münasibətləri daha da tündələşəcək. Çünki onun bu açıqlaması Rusiyanı pis vəziyyətdə qoyur. Deməli, Rusiya Azərbaycana münasibətdə düşməncə davranmaqda davam edib. Bu, Moskvanın imperalist xislətini bir daha ortaya qoyur. Mən hər zaman demişəm ki, bu vəkalət müharibəsidir və onu başladan Rusiyadır. 1721-ci ildən Rusiya imperiya elan olunandan sonra ilk yürüşü Xəzərsahili vilayətlərə olub. 1828-ci ilə qədər bizim torpaqların işğal edən, burada süni ermən dövləti quran, bu gün Dağlıq Qarabağ probleminin əsasını qoyan da Rusiyadır. İndi də yaranmış vəziyyətdən istifadə edib zorla bölgəyə soxuldu. Bundan sonra da əlindəki bütün rıçaqlardan istifadə etməklə Azərbaycana təzyiq etməkdə davam edəcək. Rusiya bütün daşları indidən əlinə yığır, bilir ki, getdikcə onun burada qalması çətinləşəcək. Ona görə də çalışacaq ki, Azərbaycana qarşı əlində mümkün qədər çox "daş" olsun".
Paylaş:
Müəllif : Fuad
Tarix:14-06-2021, 18:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:14-06-2021, 18:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16