Səməd Seyidov AŞPA-nı tənqid edib
"Avropa Şurasının fundamental hüquqlarından olan söz azadlığından birtərəfli məlumatların yayılması üçün istifadə edirlər".
"Report"un yerli bürosu xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov qurumun bu gün öz işinə başlayan yay sessiyasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Büronun fəaliyyətinə həsr olunmuş hesabatda AŞPA-nın sonuncu sessiyasından etibatən baş verən ən əlamətdar hadisələr yer almalıdır: "Bununla belə, iyunun 12-də Azərbaycanla Ermənistan arasında baş verən razılaşma haqqında burada heç bir məlumat verilmir. Bu razılaşma nəticəsində Azərbaycanın Ağdam rayonundakı mina sahələrinin xəritəsi Ermənistan tərəfindən Azərbaycana təqdim edilib və bunun əvəzində bir sıra erməni əsir azad edilib. Lakin bunun əksinə olaraq, əsirərə qarşı humanitar hüquqa zidd şəkildə rəftar olunması haqqında yoxlanılmamış, yalan məlumatlar verilir. Yəni birtərəfli məlumatlara rast gəlirik. Fundamental hüquqlarımızdan olan söz azadlığından birtərəfli və yoxlanılmamış məlumatların yayılması üçün istifadə edilməməlidir. Məsələlər tam şəkildə öyrənilməlidir. İki ölkə arasında barışığın yaranmasına çalışılmalıdır".
Paylaş:
Müəllif : Yazar
Tarix:21-06-2021, 17:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-06-2021, 17:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti