reklam
Regionxeberlericom.az » Siyasət » Xankəndidə yaşananlar: "Rusiya iş başındadır" - Pərdəarxası...

reklam

Xankəndidə yaşananlar: "Rusiya iş başındadır" - Pərdəarxası...



Xankəndidə baş verənlər fonunda Ermənistan mətbuatında yayılan iki informasiya diqqət çəkir:
Birincisi, yaxın gələcəkdə Ermənistan və Rusiya rəhbərliyi Rusiya sülhməramlılarının Gegarkunik bölgəsinə yerləşdirilməsini nəzərdən keçirir.
Bu informasiyanı baş qərargah rəisi Aryak Davtyan təsdiqləyib.
Artak Davtyan danışıqlarda Azərbaycanın da iştirakçı olacağını bildirib.
Artak Davtyanın açıqlaması həm erməni ictimai rəyində Qarabağa dair bütün izləri silməyə yönəlib, həm də Azərbaycanın sərhədlərini bərpa edərkən İrəvanın acziliyini sətiralatı da olsa etiraf etməyə hədəflənib.

Onun “Azərbaycan bizim ərazilərə gələndə ondan soruşacağımız bir şey yoxdur, lakin danışıqlar Rusiya ilə aparılır. Məqsədimiz odur ki, toqquşma olmadan Azərbaycan qoşunları geri çəkilsin (sərhəddən)” deməsi də İrəvanın seçkilərdən sonrakı prioritetlərinin ifadəsidir.
Xankəndidə baş verən etirazlar, separatçıların başçısı Araik Arutyunyana qarşı cəbhənin fəallaşması, Araikin bir sıra mesaj verməsi də Davtyanın dediklərini tündləşdirir.

Araik deyir ki, Ermənistan olmadan Qarabağda yaşayan ermənilər yaşaya bilməz, üstəgəl, bir neçə aydır Qarabağda yaşayan ermənilərin sayının şişirdilməsini bilərəkdən etiraf edib. Bəli, məhz bilərəkdən, məqsəd “artıq Qarabağda ermənilər yaşamaq istəmir, tərk edirlər” mesajını vermək idi.
İndi Ermənistan üçün Qarabağ həyati əhəmiyyət kəsb etmir, indi əsas diqqət sərhədə fokuslanıb.

Düşünmək olar ki, Xankəndidəki etirazları Rusiya körükləyir. O başqa məsələ ki, Araik piyadadır və həm Moksvanın, həm də İrəvanın əlinə oynayır. Etirazların hədəfi heç də o deyil, Nikol Paşinyandır.

Rusiyanın məqsədi həm Qarabağda, həm də sərhəddə sülhməramlı kontingentini saxlamaqdır, lakin birinci ilə Azərbaycan uzun müddət razılaşa bilməz.
Bununla belə, ümumilikdə götürdükdə, Araikə qarşı başlanan etirazları həm də Bakının xeyrinə addım kimi qiymətləndirmək olar. Çünki:

1. Azərbaycanın diplomatik masada əli gücləndirir və şərtlərini Ermənistana diktə etməkdə davam edir.
2. Əks təqdirdə, hərb variantı – antiterror əməliyyatları keçirilə bilər.

Baş verən prosesləri Azərbayana fayda gətirən arqumentlər hesab etmək olar, lakin Rusiya yenə iş başındadır.
Rusiya Prezidenti Vladimir Putin bu gün deyib ki, Qarabağda münaqişə dayandırılıb. Fikir verirsinizsə, dayandırılıb. Putinin ifadəsi münaqişənin hələ bitmədiyi anlamını verir və Rusiyanın hərbi iştirak imkanlarını genişləndirməyə hesablanıb. Səbəbi isə aydındır – Şuşa Bəyannaməsi Moskvanı qıcıqlandırır.

İkinci informasiya isə Ermənistanın sülh sazişini imzalamağa hazırlaşması ilə bağlıdır.

Bildirilir ki, bu ilin sentyabrında Ermənistan sülh sazişinə imza atmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq.
Böyük ehtimal ki, həmin saziş Vətən müharibəsinin başlanmasının ildönümü ərəfəsində və ya ondan az sonra imzalanacaq. Bu isə Qarabağda qalan erməni qoşunlarının çıxarılması deməkdir. Çünki ən azından nəzərə almaq lazımdır ki, sülh sazişində belə bənd olmadan sülhdən danışılması mümkün deyil. Top Azərbaycan diplomatiyasındadır və növbəti dəfə “qollar”ın şahidi olacağımıza əminlik artır.


Paylaş:


Müəllif : Tarix:
23-06-2021, 14:51
Sikayət   


loading...
Загрузка...