Azərbaycanda 5 min üzvü olmayan partiyalar LƏĞV OLUNUR - YENİ QAYDA
Ölkənin siyasi arenasında ciddi dəyişikliklərin edilməsi planlaşdırılır. Bunun üçün öncə qanunvericilik bazasının dəyişdiriləcəyi bildirilir.
Unikal.org-a daxil olan məlumata görə, əsas məqsəd siyasi partiyaların fəaliyyətini gücləndirmək və siyasi prosesləri aktivləşdirməkdir. Bu səbəbdən də “Siyasi partiyalar haqqında” Qanuna dəyişiklik edilməzi nəzərdə tutulur. Əsas dəyişikliklərdən biri partiyaların qeydə alınmasında üzvlərin sayı məsələsidir.
Məlumat üçün bildirək ki, “Siyasi partiyalar haqqında” Qanunda qeyd olunur ki, siyasi partiyanın qeydə alınması üçün Azərbaycan Respublikasının azı 1000 vətəndaşı onun üzvü olmalıdır. Dəyişiklikdə isə bu rəqəmin 5 minə qaldırılması nəzərdə tutulub. Qanuna edilən dəyişiklikdən sonra partiyaların yenidən qeydiyyat məsələsi gündəmə gələcək. Bu isə üzvlərinin sayı 5 mindən az olan partiyaların ləğv olunması, ya da bir neçəsinin birləşdirilməsinə səbəb olacaq.
Artıq bununla bağlı əksər siyasi partiyaların rəhbərliyinə məlumat verilib. Hətta bəzi üzvlərinin sayı az olan partiyalar birləşmək barədə də müzakirəyə başlayıb.
Xatırladaq ki, hazırda Azərbaycanda 56 qeydiyyatdan keçmiş partiya var. Yeni dəyişiklikdən sonra partiyaların sayının yarıya qədər endiriləcəyi gözlənilir.
Qeyd edək ki, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Yurddaş Partiyası və Milli Qurtuluş Partiyası Yeni Azərbaycan Partiyasına (YAP) qoşulublar.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-06-2021, 16:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-06-2021, 16:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti