Bakı Kremli necə zərərsizləşdirdi? - Moskvanı buna vadar edən səbəblər
“Rusiya və Türkiyə münasibətlərin normallaşması üçün Bakı ilə Yerevana yardım səylərini gələcəkdə də koordinasiya etməyə davam edəcək”.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, Moskva və Ankara etimad qurma tədbirlərinin möhkəmləndirilməsi xüsusi vurğulanmaqla münasibətlərin normallaşması üçün Bakı və Yerevana kömək məqsədilə səyləri sıx əlaqələndirmək barədə razılığa gəlib. Lavrov rəsmi Moskvanın Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətindən məmnun olduğunu qeyd edib.
“Azərbaycanın Ağdam rayonunda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətindən razıyıq və bölgədəki konkret vəziyyət barədə fikir mübadiləsi apardıq”, - deyə o, fikrini yekunlaşdırıb. Rusiya Prezidenti Vladimir Putin isə heç kimin Qarabağda böhranının inkişaf etməsində maraqlı olmadığını deyib. Bu fikri V.Putin “Birbaşa xətt” verilişində Rusiya vətəndaşlarının suallarını cavablandırarkən qeyd edib. Prezident Putin heç kimin-nə Ermənistanın, nə də Azərbaycanın Qarabağda böhranın inkişafında maraqlı olduğunu bildirib.
Qeyd edək ki, münaqişə başa çatdıqdan sonra Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırlırması, o cümlədən qarşılıqlı etimadın möhkəmləndirilməsində əsas vasitəçi tərəf kimi yalnız Rusiyanın adı çəkilirdi. Artıq ilk dəfədir ki, rəsmi Moskva bu missiyasını Türkiyə ilə bölüşür. Yəni 2020-ci il noyabrın 10-da Dağlıq Qarabağa sülhməramlı kontingentini yerləşdirdikdən sonra özünü regionda əsas aktor hesab edən Rusiya vəziyyətin nizamalanmasında Türkiyənin iştirakını rəsmən qəbul etməyə başlayıb. Bu isə regionda qüvvələr balansının dəyişməsindən xəbər verir. Lavrovun sözügedən bəyanatı Rusiyanın Şuşa Bəyannaməsinin nəticələri ilə barışması anlamına gəlir.
Bu da öz növbəsində, yaxın perspektivdə bölgədə Türkiyənin fəallığının artmasına səbəb ola bilər.
Əziz Əlibəyli hesab edir ki, bir neçə amillə bağlıdır. O, “Cümhuriyət” qəzetinə bildirib ki, xüsusilə də son zamanlar Rusiyanın NATO ilə münasibətlərində gərginliyin artması Kremli Türkiyəyə güzəştə getməyə vadar edir: “Qara dənizdə Rusiya ilə NATO arasında baş verən qarşıdurma, hərbi ritorikanın artması Türkiyəyə münasibəti də dəyişdirir. Eyni vaxtda İstanbul kanalı layihəsinin açılışı da bu prosesə təsir göstərdi. Bütövlükdə Türkiyə və Rusiya bir-birinə qarşı boş nöqtələri yaxşı tapırlar. Nəticədə, bu problemlərdən son dərəcə səmərəli şəkildə faydalana bilirlər. Bu baxımdan, NATO ilə Rusiya arasında yaşanan toqquşma Türkiyəyə fayda verir. Rusiya Türkiyənin həm Liviyada, həm Suriyada, həm Qarabağda maraqlarını tanımağa başlayır. Hətta Türkiyənin Ukraynaya “Bayraktar TB-2” pilotsuz uçan aparatlarını satması heç də böyük qalmaqal yaratmadı. İkincisi, Rusiya ATƏT-in regiona dönüşünün, yəni Minsk Qrupunun fəallaşmasının qarşısını almağa çalışdı. Növbədənkənar parlament seçkilərində qalib gəlmiş Paşinyanın oynadığı siyasi xətt ondan ibarət idi ki, Rusiya qoşunlarını KTMT vasitəsilə Azərbaycanla sərhəddə yerləşdirsin. Paşinyan paralel şəkildə Minsk Qrupu ölkələrinin həmsədrlərinin fəaliyyətini bərpa etməyə çalışırdı. Yəni bu, ABŞ-ın və Fransanın toqquşma nöqtələrində peyda olması ilə bağlı təhlükələrin artmaması üçün preventiv addımların reallaşmasına gətirib çıxartsın. Üçüncü, Şuşa Bəyannaməsinin imzalanması Türkiyənin regiondakı varlığının hüquqi ifadə oldu. Bu baxımdan, artıq addımlar atılıb. Rusiya anti-Türkiyə mövqeyi tutmaqla hansı cəbhələrdə uğur qazana bilər?“
Ekspert bildirib ki, “Sputnik V” peyvəndindən “S-400” sistemlərinin alınmasına qədər əldə olunmuş razılaşmalar, Liviyada rus qoşunlarının çıxması və onu Türkiyə hərbçilərinin əvəz edəcəyi barədə məlumatlar, Suriyada toqquşmaların arxa plana keçməsi, geostrateji nöqteyi-nəzərdən bu iki ölkəni bir-birinə yaxınlaşdırıb: “Bu cəbhələrdən biri də Qarabağdan keçir.
Amma bu münasibətlərin tamamilə yaxşı olması demək deyil. Çünki Dağlıq Qarabağda yaşanan proseslər, erməni tərəfinin verdiyi bəyanatlar, sərhəddə törədilən təxribatlar bir sıra məsələlərin həlli ilə bağlı sualların açıq qalmasına səbəb olub”.
Rusiya və Türkiyə arasında anlaşmanın əldə olunmuş bölgədə gərginliyin azalmasına kömək etdiyindən bölgədə bir sıra problemlərin həllini sürətləndirə bilər. Xüsusilə də hər iki ölkə koordinator kimi Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də sülh sazişinin imzalanmasında iştirak edə bilər.
Lakin Əziz Əlibəylinin fikirncə, Rusiyanın ikibaşlı siyasi mövqe tutması prosesin tez bir zamanda müsbət həllinə mane olur: “Azərbaycan tərəfi Ermənistana vasitəçilərin iştirakı olmadan demarkasiya prosesini tamamlamağı təklif edir. Amma bu, Azərbaycana problemi Ermənistanla birbaşa həll etməyə imkan vermir. Çünki Ermənistanın arxasındakı qüvvə Rusiyadır. Hazırda Azərbaycanın prioriteti demarkasiya prosesini tamamlayıb delimitasiyaya keçmək və Ermənistanla sülh müqaviləsi bağlamaqdır. Digər prioritet isə nəqliyyat və kommunikasiya xətlərinin açılmasıdır. Bunlar isə dalana dirənib. Deməli, fərqli vəziyyət yaranıb. Yəni Rusiya və Türkiyə arasında əldə olunan razılaşmanın üçüncü və dördüncü ölkəyə fayda gətirəcəyini iddia etmək mümkün deyil. Ona görə də yaxşı olar ki, Rusiya “açıq kart”la oynasın. Rusiya Azərbaycan Prezidentinin icazəsi ilə Qarabağda sülhməramlı fəaliyyət həyata keçirir. Eyni zamanda, Rusiya hakimiyyət nümayəndələri Qarabağdakı ermənilərlə bağlı Azərbaycanın maraqlarına cavab verməyən bəyanatlar verir. Bunlar yaxşı niyyətdən xəbər vermir. Ona görə də bu prosesin sülhə təkan verəcəyini söyləmək çətindir. Amma Azərbaycan Ermənistana konkret vaxt verə bilər. Çünki erməni tərəfinin artıq prosesləri uzatmaq üçün şansı və limiti yoxdur. Azərbaycan tərəfi bəyan etməlidir ki, problem danışıqlar yolu ilə həll olunmasa, hərbi əməliyyatlar qaçılmaz olacaq”.
Ekspert onu da vurğulayıb ki, Ermənistan böhranlı vəziyyətdən çıxmaq üçün Türkiyənin regiondakı mövcudluğunu qəbul etməlidir. Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan növbədənkənar parlament seçkilərində revanşistlər üzərində qələbə qazanmasından sonra kart-blanş əldə edib. Türkiyə ilə əlaqələri bərpa etməyə ehtiyacı olan Ermənistan tərəfi sərhədlərin açılmasında maraqlı olmalıdır. Ancaq müəyyən dəyişmələrdən sonra Ermənistanın Türkiyə ilə düşmənçiliyə son qoymaq və barışığa getməkdən başqa yolu qalmayacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-07-2021, 17:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-07-2021, 17:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39