London Moskvanı hədələdi: - “Ukraynanın ərazi sularına girməyə davam edəcəyik”
“Böyük Britanyanın Hərbi Dəniz Qüvvələri Ukraynanın ərazi sularına girməyə davam edəcək".
Ovqat.com xəbər verir ki, Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raab İcmalar Palatasında (Parlamentin Aşağı Palatası) “Defender” hərbi gəmisinin Qara dənizdə üzlədiyi rus təhdidi ilə əlaqədar dinləmələr zamanı belə deyib.
Nazirin sözlərinə görə, ötən ay Qara dənizdə Rusiyanın xəbərdarlıq atəşi ilə qarşılaşan ingilis gəmisi ən qısa və birbaşa marşrutla hərəkət edirdi: “Bu beynəlxalq səviyyədə tanınmış nəqliyyat marşrutudur. Beynəlxalq hüquqa uyğun olaraq Ukraynanın ərazi sularından sərbəst keçmək hüququmuz var. Bundan sonra da həmin hüququmuzdan faydalanmağa davam edəcəyik”.
Xatırladaq ki, 23 iyun tarixində Rusiyanın Qara Dəniz Donanması Krımın akvatoriyası ilə hərəkət edən ingilis gəmisi “Defender”ə Rusiyanın ərazi sularını pozmaq ittihamı ilə xəbərdarlıq atəşi açmışdı.
“Defender” Qara dənizdə keçirilən “Sea Breeza-2021” hərbi təlimlərinə qatılmaq üçün bölgəyə gəlib. Hələ ki, təlimlərdə Odessa sahillərində xilasetmə və sahilə desant çıxarmaq tapşırıqları məşq edilir. İyulun 10-a qədər davam edəcək təlimlərdə Ukraynanın ərazi sularından Gürcüstana qədər xətt boyunca hərəkətlərin məşqi də gözlənilir. Bu istiqamətdə ən qısa məsafə isə Krımın akvatoriyasından düzxətt üzrə keçir.
Məlum olduğu kimi, NATO ölkələri Krımı Ukraynanın ərazisi kimi tanıyırlar. 2014-cü ildə bu yarımadanı əvvəl işğal, daha sonra ilhaq edən Rusiya isə Krımı özününkü sayır və onun yaxınlığından keçən gəmiləri dənizdə batırmaqla hədələyir. Belə vəziyyətdə NATO-nun rus təhdidlərinə boyun əyib qısa marşrutdan vaz keçməsi Alyansın hərbi nüfuzunu beşqəpiklik edə bilər. Eyni zamanda Alyans gəmilərinin qısa marşrut üzrə hərəkəti də Rusiyanın imicinə zərbədir. Üçüncü orta yol olmadığından “Sea Breeza” təlimləri çərçivəsində NATO gəmilərinin qısa marşrutdan keçməsi qaçılmaz kimi görünür. Böyük Britaniyanın Xarici İşlər nazirinin bu gün ölkə parlamentində verdiyi hesabat da bu ehtimalı təsdiqləyir.
Dominik Raabın hesabatında dilə gətirdiyi fikirləri təhdid kimi alqılayan Rusiya Qara dəniz Donanmasının keçmiş komandanı admiral Vladimir Komoedov da qarşı tərəfi sərt üslubla hədələyib.
"Moskva hər hansı bir təxribata sərt və gözlənilməz şəkildə cavab verəcək" deyən admiral “Vzglyad” qəzetinə açıqlamasında bildirib: “Kobudluğa adekvat cavab verməlisən. İngilislər Rusiyanın Krım və ərazi suları üzərindəki suverenliyini tanımırsa, Krımlardan milliyəti barədə soruşsunlar”.
Admiralın sözləri zahirən sərt görünsə də, tonu çox ölçülü təsir bağışlayır. Çünki Rusiyanın əsaslandığı yeganə arqument Krımlıların keçirdiyi saxta referendumdur. Belə saxta referendumların isə beynəlxalq hüquqda yeri yoxdur. Fakt budur ki, Krım bütün dünya tərəfindən Ukraynanın tərkib hissəsi kimi tanınır.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-07-2021, 16:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-07-2021, 16:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45