Qarabağda ortalığı KİM QARIŞDIRIR? - 3-cü Qarabağ Savaşı QAPIDA
Qarabağda son günlər atəşkəsin davamlı olaraq pozulması, prosesin artıq Naxçıvanla sərhəddə qədər genişlənməsi səbəbsiz deyil.
Əksəriyyətimiz birmənalı olaraq, bu işin içində Rusiyanın olduğunu düşünürük. Haqsız deyilik. Çünki indiyə qədər Rusiyanın ermənilərlə əlbir olub, başımıza çox oyunlar açdığının şahidiyik.
Lakin son günlər Qərbdən gələn açıqlamalar, yanaşma tərzləri, gedişat bir qədər fərqli düşünməyə də əsas verir.
Öncəliklə, Rusiyanın Qarabağda və Ermənistanla sərhəddimizdə vəziyyətin gərginləşməsindən əldə edəcəyi üstünlüklərə diqqət yetirək. Rusiya bununla Qərbə meyillənən Nikol Paşinyana sübut etmək istəyir ki, o, Ermənistanın rəhbəri ola bilr, amma ordu Kremlin əmrlərinə tabedir. Bir başqa, üstünlük odur ki, ruslar bununla Azərbaycana müəyyən təzyiqlər etmək istəyir. Xüsusən Şuaşada imzalanan Bəyənnamədən sonra hadisələrin intensivləşməsi bunu deməyə əsas verir. Çünki Rusiya Azərbaycanı Avrasiya İttifaqında və KTMT-də olmasını istəyir. Növbəti bir üstünlük, bölgədə süni gərginlik ocaqları sönməyə qoymamaqla, hər iki tərəfi öz təsir dairəsində saxlamağa çalışır. Və beləcə bunun sayını artırmaq da olar.
Bəs, itirdikləri nədir? İstənilən insident Rusiyanın Qarabağ və Ermənistandakı mövqelərini zəiflədir, onu etibarsız müttəfiq olmasını təsdiqləyir və bu işi təkbaşına həyata keçirə biləcək güc olmadığını nümayiş etdirir. Yəni, Qarabağda baş verənlər birmənalı olaraq Rusiyanın xeyrinə görsənmir. Əksinə, onu ciddi problemlərlə üz-üzə qoyur. Nəticədə, bölgəyə başqa qüvvələrin gəlməsi üçün qapılar açır.
Ancaq bir məsələ var ki, Rusiya hal hazırda Qafqazda marağı olan və son yaranmış vəziyyətdən istifadə edib bölgəyə gəlmək istəyən Qərbin buraya buraxılmasında maraqlı deyil. Nikol Paşinyanın “Həmsədr ölkələrin müşahidə missiyası bölgəyə gəlsin” açıqlamasına Lavrovun verdiyi cavab bunu deməyə kifayət qədər əsas verir. Lavrov deyir: “Qarabağın status məsələsini indiki dövrdə qaldırmaq doğru deyil. Əsas məsələ etimad mühitinin yaradılmasıdır. Rusiya bu işi həyata keçirmək üçün lazım olan hər şeyi edir”.
Yəni, Lavrov deyir ki, istər Qarabağda, istərsə də Ermənistanla sərhəddə baş verənləri Rusiya aradan qaldıra bilər və başqalarına da ehtiyac yoxdur.
Bunun fonunda, ABŞ-ın dövlət katibi Entoni Blinken deyir ki, Qarabağdakı hazırkı status-kvo sabit deyil və hər an dəyişə bilər. O, faktiki vəziyyətin təhlükəsizliyə təminat vermədiyini də söyləyib. Belə olan təqdirdə ortaya maraqlı bir neçə nüans çıxır.
– Qərb Rusiyanın Ermənistan və Qarabağda dominant olmasını qəbul etmir. Elə bu səbəbdən də “münaqişə bitməyib”, “statu-kvo bölgənin təhlükəsizliyi üçün təhdiddir” açıqlamaları verir.
– Ermənistanı öz tərəfinə çəkərək, münasibətləri gərginləşdirmək, bütün istiqamətlərdə silahlı insidentlərə rəvac verməklə, Paşinyanın təklif etdiyi “Minsk Qrupunun müşahidə missiyası bölgəyə gəlsin” məsələsini reallaşdırmağa çalışır.
– Bölgədə vəziyyətin gərginləşməsi, silahların işə düşməsi nəticə etibarı ilə Qərbin bölgəyə gəlişini tezləşdirir. Rusiyanı nüfuzdan salaraq, onun təkbaşına bu işlərin öhdəsindən gələ bilmədiyi rəyini yaratmağa nail olur.
– Bir ehtimal da odur ki, Paşinyan əvvəlki kimi, yenə də vəziyyəti gərginləşdirməklə, Qarabağ məsələsindən birdəfəlik canını qurtarmaq istəyir. Yəni, təxribatlara rəvac verərək, Azərbaycanın yenidən hərbi vasitəyə əl atması, bununla da Qarabağın ermənilərin əlindən rəsmi olaraq tam çıxmasına çalışır.
Hadisələrin dinamikası, son günlər Qarabağdakı ermənilərin “rus sülhməramlıları bizi it yerinə də saymır” açıqlamaları, Blinkenin sözləri, Fransanın davranışları onu deməyə əsas verir ki, bölgədə yeni konfrantasiyanın ilk işartıları görünməyə başlayıb. Proses yaxın gələcəkdə ciddi silahlı insidentlərin baş verməsi ilə müşahidə oluna bilər.
Xatırladım ki, Nikol Paşinyan Rusiyaya səfərdən döndükdən sonra Kremldə danışıqların heç də uğurlu keçmədiyinə dair məlumat yayılmağa başladı. Bunun ardından Paşinyan Qarabağda bir sıra iri sosial-iqtisadi layihələr həyata keçirəcəklərini bəyan etdi və ardından erməni terroçularının rəhbəri Arayik Hharutyunyanla görüşdü. Həmin vax 8 aydır dilinə gətirmədiyi “Artsax Respublikası”nı səsləndirdi. Və növbəti addım olaraq köməkçisini Xankəndinə hesabat hazırlamağa yolladı.
Bütün bunlar təsadüfi deyil, planlı şəkildə həyata keçirilən proseslərdir. Və biz yaxın günlərdə Türkiyənin də iştirakçısı olduğu, Rusiyanın və Qərbin baş rolda oynadığı yeni bir toqquşmanın şahidi ola bilərik.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-07-2021, 15:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-07-2021, 15:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti