"Narkoman olmuşam" - Britaniya Baş naziri postuna namizəd
Böyük Britaniya Baş naziri vəzifəsinə namizəd Maykl Qouv vaxtilə narkotik qəbul etdiyini etiraf edib.
O, siyasətə gələnə qədər kokaindən istifadə etdiyini deyib.
"Həmin vaxt mən gənc jurnalist idim. Təbii ki, bu, yanlış hərəkət idi. Geriyə baxıram və düşünürəm ki, gərək belə etməyəydim", - Baş nazirliyə namizəd qeyd edib.
Bununla belə, M.Qouv hesab edir ki, keçmiş səhvlər insanı Mühafizəkarlar Partiyasının rəhbəri postuna namizədliyini irəli sürmək hüququndan məhrum etməməlidir.
M.Qouvu Mühafizəkarların parlament fraksiyasının üzvləri dəstəkləyirlər. Hazırda siyasətçi ətraf mühit məsələləri üzrə nazir vəzifəsində çalışır.
Qeyd edək ki, Tereza Mey partiyanın sədri və Baş nazir postundan istefa verib. M.Qouvdan başqa sabiq xarici işlər naziri Boris Conson, hazırkı xarici işlər naziri Ceremi Hant və "Brexit" məsələsi üzrə sabiq nazir Dominik Raab da hökumətə rəhbərlik etmək istəyir. Bukmekerlər M.Qouvun daha çox şansı olduğunu bildirirlər.
Paylaş:
Müəllif : Redaktor
Tarix:8-06-2019, 12:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:8-06-2019, 12:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
26-12-2024, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
26-12-2024, 08:42